Bu saytın hazırlanmasının məqsədlərindən biri “İslama xidmət” etmək istəyən, ancaq bunu necə edəcəyini bilməyən insanlara yol göstərməkdir. Əgər insan sahib olduğu imkanları daxilində bir az düşünərsə, İslam dininə xidmət etmək üçün qarşısında bir çox yol olduğunu görəcək. Hər insan ailəsində, dostları arasında, işində, məktəbində çox şey edə bilər. Bu bölmədə müxtəlif peşə sahiblərinin İslam əxlaqını yaymaq üçün edəcəkləri bəzi hikmətlər hissə-hissə göstərilmişdir. Təbii ki, siz bunlardan daha çox yol tapa bilər, Quran əxlaqını, Peyğəmbərimizin (səv) sünnətini insanlara izah etmək üçün yeni fikirlər düşünə bilərsiniz. Daha sonra bu fikirlərinizi saytımıza yazaraq başqa oxucularla da paylaşa bilərsiniz.
Əvvəla, onu qeyd etmək lazımdır ki, hər iman sahibi olan şəxs Allah’ın varlığını, İslam əxlaqını insanlara izah etməklə məsuliyyət daşıyır. Bu səbəbdən işlədiyiniz yerdə iş yoldaşlarınıza və ya digər tanışlarınıza İslam əxlaqını izah etməklə bu vacib vəzifəni yerinə yetirməyə başlaya bilərsiniz. Bunun üçün əvvəlcə özünüzü təkmilləşdirməlisiniz. Quran ayələrini, peyğəmbərlərin həyatından bəhs edən qissələri və Peyğəmbərimizin (səv) sünnətini yaxşı öyrənməyiniz sizə İslam əxlaqını izah edərkən çox kömək edəcək. Bundan başqa, Allah’ın yaratma sənətinin dəlillərini, Quran möcüzələrini, dünyadakı problemlərin yeganə həllinin Quran əxlaqının yaşanması olduğunu, təkamül nəzəriyyəsinin saxtakarlıqlarını üzə çıxaran Harun Yəhya kitabları sizin üçün bu mövzuda çox dəyərli bir yol göstərici olacaq. Çox sadə üslubda, hər insanın başa düşəcəyi dildə yazılmış bu kitablardan İslam dini haqqında bilmədiyiniz hər mövzunu öyrənə bilərsiniz. Görəcəyiniz işlər bunlar ola bilər:
İş yerinizdə çox şey edə bilərsiniz:
- İş yerinizdə yemək fasiləsindəki söhbətlərdə boş və lazımsız söhbətlər yerinə, İslam əxlaqı, Quran möcüzələri, iman həqiqətləri, təkamül nəzəriyyəsinin iflası kimi mövzulardan danışa bilərsiniz.
- İşə gedəndə və qayıdanda iş avtobuslarında İslam əxlaqı və yaradılış dəlilləri haqqında səs kasetlərinin dinlənilməsini təmin edə bilər, Harun Yəhyanın kitablarındakı maraqlı mövzulardan bəhs edə bilərsiniz.
- Şirkət sahibisinizsə, şirkətinizdə Harun Yəhya kitablarından ibarət kitabxana yaradıb, işçilərinizin buradan sərbəst istifadəsini təmin edə bilərsiniz.
- İş yerinizdə gözləmə salonu və ya kafe varsa, bura Harun Yəhyanın kitablarını, “Araştırma” və ya “Mərcək” kimi jurnalları qoya bilərsiniz. Əgər burada televizor varsa, sənədli filmlər göstərə bilərsiniz. Beləliklə, insanların gözləmə vaxtlarını faydalı şəkildə dəyərləndirmələrini təmin edə bilərsiniz.
Televizor və ya radio proqramı hazırlayırsınızsa, qəzet və ya jurnalda məqalələr yazırsınızsa:
- Müxtəlif yarışlar təşkil edərək, qalib gələnlərə Harun Yəhyanın kitablarını hədiyyə verə bilərsiniz. Bu yarışlarda sualları Harun Yəhya külliyyatından hazırlaya bilərsiniz.
- Kampaniyalarla Harun Yəhya kitablarının oxunmasını təmin edə bilərsiniz.
- Proqramlarınızda Harun Yəhyanın müxtəlif əsərlərindən qısa iman həqiqətlərini, yaradılış dəlillərini izah edə bilərsiniz.
- İslam əxlaqını, Allah’ın yaratma sənətini, dinsizliyin zərərlərini izah edən kitabları, internet saytlarını tanıda bilərsiniz.
- Yazıçının kitablarından müxtəlif iman həqiqətləri, gözəl əxlaq nümunələrini yaza bilərsiniz.
Əgər bir internet kafeniz varsa:
- Kompüterlərin açılış səhifələrini www.harunyahya.org saytına, ya da Harun Yəhyanın əsərləri əsasında hazırlanan saytlara yönləndirə bilərsiniz.
- Harun Yəhyanın əsərlərindən hazırlanmış internet saytlarını tanıdan reklamları müştərilərin asanlıqla görə biləcəyi yerdə yerləşdirə bilərsiniz.
- Kompüterlərdə Harun Yəhyanın əsərlərini tanıdan saytların adlarının yer aldığı arxa fon şəkillərini və ekran qoruyucuları istifadə edə bilərsiniz.
Əgər DVD, səs kaseti, VCD, VHS kasetləri satılan mağazanız varsa:
- Mağazanızda görünən yerdə Harun Yəhyanın əsərlərindən hazırlanmış DVD,video kaset, VCD və ya səs kasetlərindən ibarət bir stend qoya bilərsiniz.
- Əgər mağazanızda televizor varsa, bu televizorda gün ərzində Harun Yəhyanın əsərlərindən hazırlanan sənədli filmləri göstərə bilərsiniz.
- Kampaniyalar təşkil edərək alver edən şəxslərə Harun Yəhyanın əsərlərini hədiyyə verə bilərsiniz.
Əgər ticarətlə məşğul olursunuzsa:
- Müxtəlif kampaniyalar təşkil edib müəyyən məbləğdə alver edən müştərilərinizə Harun Yəhya kitablarından, video kasetlərindən, VCD-lərindən hədiyyə verə bilərsiniz.
- Ərzaq dükanı, kitab evinin sahibisinizsə və ya kiçik ticarətlə məşğul olursunuzsa, Harun Yəhyanın kitablarını alıb maddi mənfəət güdmədən bunları faizsiz kreditlə (müddətli ödəmə yolu ilə) sata bilərsiniz. Bunu da kampaniyalar vasitəsilə müştərilərinizə xəbər verə bilərsiniz.
- Mağazanızın qapısına Harun Yəhyanın saytlarını tanıdan plakat asaraq insanların tanımasını təmin edə bilərsiniz.
- Əgər bərbər köşkünüz varsa, müştərilərinizin Harun Yəhyanın kitab və ya jurnallarını oxumalarını təmin edə bilərsiniz.
- Harun Yəhyanın kitablarının PDF və Word formatlı mətnlərini internetdən yükləyərək çoxaldıb dostlarınıza, iş yoldaşlarınıza, ailə üzvlərinizə paylaya bilərsiniz.
Taksi şoferisinizsə:
- Avtomobilinizdə gözəl əxlaqdan bəhs edən kitabları, jurnalları və ya internet saytları tanıdan broşurlar qoya bilərsiniz.
- Müxtəlif səs kasetlərini dinləyərək özünüzü İslam əxlaqı və iman həqiqətləri mövzusunda təkmilləşdirə bilərsiniz. Öyrəndiklərinizi insanlarla bölüşə bilərsiniz.
Həkimsinizsə:
- Sahənizlə bağlı Harun Yəhyanın kitablarını diqqətlə oxuyaraq xəstələrinizə orqanizmlərindəki qüsursuz sistemlərin yaradılış hikmətlərini danışa bilərsiniz.
- “İnsan Vücudu”, “İnsanın Yaradılış Möcüzəsi”, “DNT Möcüzəsi”, “Hormon Möcüzəsi”, “Göz Möcüzəsi” kimi kitabları xəstəxanalarda qoyub, gözləmə salonundakı xəstələrinizin kitab və ya jurnallardan faydalanmasını təmin edə bilərsiniz.
- Gözləmə salonunda televizor və video varsa, xəstələrinizin sənədli film seyr etməsini təmin edə bilərsiniz. Videonuz yoxdursa, sənədli film yayımlayan TV kanallarını aça bilərsiniz.
Əgər mətbəəniz varsa:
- Harun Yəhya əsərlərinin, broşurların və təqdimat plakatlarının çoxaldılmasına kömək edə bilər, bunun üçün saytımızla əlaqə saxlaya bilərsiniz.
- Nəşriyyat evi rəhbərlərinə kitablarda istifadə etmək üçün fərqli çap metodları, kağız, texnika məsləhət görə bilərsiniz.