Science jurnalının 12 fevral 2016-cı il tarixli sayında ABŞ Vanderbilt Universitetində aparılan yeni çalışmanın nəticələrinə yer verildi. Məqalə ilk anda irsi xəstəliklərlə əlaqəli kimi görünsə də əslində “Müasir insanlarla neandertallar arasındakı qarışımdan yaranan fenotipik miras” şəklində atılmış olan başlığı bizə məqalədə təkamül təbliğatı aparıldığını göstərirdi.
Araşdırmanın başında olan Vanderbilt Universitetindən genetikçi Con Kapra bir qarşılaşdırma edərək belə deyirdi:
“Müşahidələrimiz, neandertal DNT-sinin müasir insanların xəstəliklərinə təsir etdiyini göstərir. "Neandertal DNT-si ilə immunoloji, dermatoloji, nevroloji, psixiatrik və çoxalma xəstəliklərimiz arasında əlaqələr olduğunu kəşf etdik”.
Kapranın neandertalların da bizimlə oxşar xəstəliklərə sahib olduğu istiqamətindəki bu təsbiti əhəmiyyətlidir və əslində təkamül nəzəriyyəsini çürüdən dəlildir.
Fərqli mədəniyyətlər və fərqli fiziki xüsusiyyətlər
İnsan övladı nəsillər boyu müxtəlif xəstəliklərə tutulub və bunlara aid genetik xüsusiyyətlər nəsildən-nəsilə ötürülərək günümüzə qədər çatmışdır. "İrsi"- deyə adlandırılan belə genetik nüanslar o xəstəliyin meydana çıxma gözləntisini qüvvətləndirər, ancaq bunu təkamül dəlili kimi göstərmək son dərəcə mənasızdır.
Əsrlər boyu fərqli coğrafiyalarda fərqli tiplərə malik insan icmaları yaşamış, bəzən də bunlar bir araya gələrək qarışmışlar. Bu gün Anadoluda, ya da daha bariz şəkildə ABŞ-da yaşanan vəziyyət buna misaldır. Asiyalı, Avropalı və Afrikalı bir çox millət edilən ailələrlə bir-birinə qarışmış vəziyyətdədir.
Burada diqqət edilməli olan məqam, bir-birlərindən bəzi fərqliliklər olsa da bu fərdlərin "insan" olduğu həqiqətidir. Fərqli mədəniyyətlərə və ya fiziki xüsusiyyətlərə malik olmaları onları tamamilə başqa bir canlı etməz, ya da "geri" və ya "irəli" olaraq təsnif edilmələrini tələb etməz. Belə bir baxış bucağı son dərəcə yanlışdır və irqçilikdir. Həqiqət belə ikən 19-ci əsrin müstəmləkəçi siyasətini hüquqi sahədə haqlı çıxarmaq cəhdində bəzi adamlar, "Ağ Avropalı" (Germen və Anqlosaks) irqin mövcud insan irqləri arasında sözdə "ən müasir" və "ən inkişaf etmiş" olduğu iddiasını ortaya atmışdılar. Bunun nəticəsində, Afrika və Avstraliya yerlilərinin heyvanlara daha yaxın olduğu iddia edilmiş, təkamül prosesinə görə yox edilmələrinin insanlığın irəliləməsinə töhfə verəcəyi kimi ağlasığmaz bir fikirlə ortaya çıxmışdır.
Hekkel ilə başlayan irqçilik bəlası
İlk olaraq Alman bioloqu Ernst Hekkel canlıları bir təsnifata tabe tutmuş, ağ avropalıları da özünə görə bu sıralamanın zirvəsinə yerləşdirmişdir. Hekkel bu yanlış təkamülçü görüşü "mədəniyyətlərin irəliləməsində irqlərin rolu" kimi qəbul görmüşdür.
İrq anlayışını isə ilk olaraq yenə Alman bir həkim olan İohann Fridrix Blumenbach (1752-1840) ortaya atmış, bəşəriyyəti Qafqaz (ağ), Monqol (sarı), Malay (qəhvəyi), Zənci (qara) və Amerikan (qırmızı) olaraq 5 qrupda təsnif etmişdir. Hekkel bu irq anlayışını qurum olaraq nizamlayıb Avropalıları ən üstə, Şrilanka yerliləri Veddaları, Avstraliya yerliləri Aborigenləri və Zimbabvedəki Rodeziya yerlilərini də ən alta qoymuşdur. Bu fikirlər o qədər təsirli olub ki, bir çox irqçi bu icmalardan insanlarla evlənib uşaq sahibi olmağı özlərinə "təkamül pilləkənindən düşmək - deyə qiymətləndirib, bəşəriyyətə zərər verdiyinə inanacaq qədər irəli getmişdilər.
Bax, eynilə bu keçmişdəki ağlasığmaz iddiaların bir bənzəri olaraq günümüzün bəzi təkamül tərəfdarları da neandertallarla qarışmış olmağı mənfi bir hal kimi göstərməyə çalışırlar. Əlbəttə ki, bu böyük səhvdir belə ki, elmi kəşflər bizə neandertalların tam insan olduğunu göstərir.
Bu yerdə qısaca neandertalları "ibtidai" kimi göstərməyə çalışan darvinist məntiqin səhv olduğuna dair elmi dəlillərdən bəzilərini xatırlatmaqda fayda var:
Neandertallar müasir insandan daha üstün xüsusiyyətlərə sahib idi
Kəllə sümüyü həcmlərinin böyüklüyü darvinistlərin neandertalların "ibtidai insan" olduğu iddiasını çürüdür. Neandertal kəllə sümüyü həcmi 1700 cc həcmində olub müasir insandan 200 cc daha böyükdür. Kəllə sümüyü sahələri insanları daha irəli və geri olaraq sinifləməyə çalışan təkamülçü mentalitet burada çökər. Daha böyük beyinə sahib olan Neandertallar təkamül ideologiyasının əsas anlayışına görə indiki insandan daha üstün qəbul edilmək vəziyyətindədirlər ki, bu həqiqət nəzəriyyə baxımından böyük bir ziddiyyət yaradır.
Buna əlavə olaraq, arxeoloji işlər də neandertalların indiki insandan fərqli olmayan sosial həyatlarını ortaya çıxarmışdır. Neandertallar nəsli kəsilmiş bir insan irqidir. Neandertal mütəxəssisi Erik Trinkous bu vəziyyəti belə etiraf edir:
Neandertalların anatomiyasında ya da hərəkət, alətdən istifadə, zəka səviyyəsi və danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insandan aşağı hesab ediləcək heç bir şey yoxdur... Şübhəsiz, neandertallar, bir insan irqi olduqları üçün, dövrümüzün irqləri ilə eyni xüsusiyyətlərə malikdilər. Neandertal insanı bacarıqlı alət hazırlayan və uğurlu ovçu idi. Hətta musiqi və incəsənətlə məşğul olurdu. Eynilə indiki cəmiyyətlər kimi mədəni və sosial quruluşa malik idi, dini inancları var idi. Bu səbəbdən neandertalların yaratdığı mədəniyyət, müasir mədəniyyətlərdən çox da fərqli deyildi.
(Erik Trinkaus, "Hard Times Among the Neanderthals", Natural History, cild 87, dekabr 1978, səhifə, 10)
Neandertallarla eyni genlərə sahib olmağımız hansı mənaya gəlir?
Əvvəla, neandertallara ayrı növ demək, genetik olaraq mümkün deyil. Neandertal genomu layihəsi neandertalların da bizim kimi 23 cüt xromosoma malik olduqlarını ortaya qoymuşdur. Təkamülçü mənbələrdə gördüyümüz isə, neandertalları "ayrı növ" kimi səciyyələndirən darvinistlərin genlərimizin ortaq olduğunu gördüklərində yaşadıqları təəccübdür. Eyni xəstəlik genlərinə malik olduğumuzun müəyyən olması təbii olaraq eyni xəstəliklərə meylli olduğumuz mənasına da gəlir. Bu genlərin bizə neandertallardan gəldiyi ritorikası isə irsi təbii nəticədir. Bunlar sadəcə Neandertallara spesifik genlər yox, insan növünə aid geniş yayılmış genlərdir.
Neandertallar ibtidai növ deyil, bizim kimi insandır
Neandertallar indiki insandan daha fərqli sosial həyata malik deyildi. Arxeoloji işlər bu insan növünün də musiqi alətləri istifadə etdiklərini, dərzilik etdiklərini, rəsm və heykəl kimi bədii fəaliyyət göstərdiklərini ortaya qoymuşdur. Hətta neandertallar fiziki xüsusiyyətləri ilə indiki insandan daha üstün idilər; bədən olaraq daha iri, daha qüvvətli olub, təkamülün iddiasına zidd olaraq daha böyük beyin həcminə sahib idilər.
Fərqli irqlər: Coğrafi izolyasiya və fərqli görünüşə sahib insanlar
Dövrümüzdə fərqli coğrafiyalarda yaşayan insanlar təbii olaraq bir-birindən fərqli mənzərələrə (fenotip) malikdir. Buna coğrafi izolyasiya adlanır. Aborigenlər, eskimoslar ya da zəncilər bir-birindən uzaq coğrafiyalarda yaşayan insanlardır. Bu irqlər də avropalı ağ irq ilə birgə genlərə malikdir.
Tarix boyu, texnologiya və digər maddi imkanlar baxımından daha inkişaf etmiş olan avropalılar öz görünüşlərini xoşlamadıqları hər bir insan irqini "geri" olaraq qiymətləndirərkən özlərini "müasir" olaraq sinifləndirmiş, digərlərinə görə üstün tutmuşdurlar. Darvinist ideologiyadan haqq tapan bu irqçi münasibət praktikada soyqırımların, müstəmləkəçiliyin və əzib-xor görmənin əsasını təşkil etmişdir.
NƏTİCƏ: Neandertallar qədim insan qövmüdür
Təkamülçülərin, fərqli insan irqi "irəli" və "geri" olaraq sinifləndirmələri genetik və bioloji əsaslardan tamamilə məhrumdur. Belə ki, neandertalların çox sosial mədəniyyət yaşamış olduqları arxeoloji tapıntılar işığında bu gün razılaşdırılmışdır. Müasir insanlardan heç bir fərqin olmadığı aydındır. Neandertallar bizim kimi insanlardır, hətta eyni xəstəlikləri tutmuş, mədəni həyat yaşamış və daha sonra yer üzündən silinmiş qövmdür.