Semurenin rəvayətinə görə, Rəsulullah əleyhissalatu vəssalam bunu söylədi: "ALLAH, OVUCLARINIZI ƏCƏMLƏRLƏ (TÜRKLƏRLƏ) DOLDURACAQ. ONDAN SONRA ONLARI ARSLANLAŞDIRACAQ VƏ ONLAR SİZİN DÜŞMƏNLƏRİNİZLƏ (İNKAR EDƏNLƏRLƏ) DÖYÜŞƏCƏK (FİKRİ MÜBARİZƏ APARACAQ) VƏ QƏNİMƏTLƏRİNİ YEYƏCƏKLƏR."
(Əhməd, Bezzar, Taberani, Əbu Nuaym, Hakim) (İsmayıl ibn Yusuf Nebhani, Rəsulların Əfəndisi Haqqında Allahın Aləmlərə Qarşı Hücceti Peyğəmbər Əfəndimizin Möcüzələri, cild 2, Tərcüməçi: Abdülhalı Dayanan, s. 759, nömrə: 1840)
Hədisdəki "Allah ovuclarınızı türklərlə dolduracaq" sözləriylə axır zamanda ateist sionistlərə və masonlara qarşı "türklərin böyük güc sahibi olacağı" ifadə edilmişdir. "Allahın onları arslanlaşdıracağı" ifadəsi isə bu dövrdə türklərin cəsur hərəkət və davranışları ilə diqqət çəkəcəklərini və cəsur danışıqları ilə bunu bütün dünyaya göstərəcəklərini ortaya qoyur. Hədisdəki məlumatlardan türklərin axır zamanda arslanlar kimi olacağı, ateist sionist və masonlar kimi o dövrün bütün azğın ünsürlərinə qarşı çox təsirli fikri mübarizə aparacaqları aydın olur.
Hədisdəki "türklərin qənimətləri yeməyi" sözləri ilə də Türk İslam Birliyinin qurulması nəticəsində türklərin çox böyük güc əldə edəcəkləri və bu birliyin imkanları sayəsində həm türklərin çox zəngin hala gələcəkləri, həm də bütün İslam aləmini zəngin edəcəkləri izah edilmişdir.