O, Xaliq, yoxdan Yaradan, Surətverən Allah'dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
İnsanın ətrafında gördüyü hər şey yaradılmışdır. Kainatda müəyyən bir istiqamətə doğru hərəkət edən qalaktikalar, Günəşin ətrafında müəyyən bir orbitdə dövr edən Dünya, canlıların bədənlərindəki -hələ bu əsr kəşf edilən- mürəkkəb sistemlər və gözlə görülməyən mikro aləmdə meydana gələn -yeni kəşf edilmiş- hadisələr silsiləsi... Şübhəsiz, elm inkişaf etdikcə, insanların elmi artdıqca, ən kiçikdən ən böyüyə qədər kainatdakı hər detalın nə qədər incə hesablarla nizamlanmış olduğu daha da aşkar görünür.
Bu gün əldə edilən elmi səviyyə ilə bu gerçək ortaya çıxmışdır: Kainatın yoxdan var olduğu ilk andan etibarən yaranan bütün hadisələr müəyyən bir planla inkişaf etmişdir. Belə ki, bu planın nəticəsində üzərindəki bütün canlılarla birlikdə Dünya meydana gəlmişdir və ağıl sahibi olan insan yer üzündə öz yerini almışdır. Əlbəttə, bu vəziyyətdə insanın vəzifəsi, öz varlığı üçün ən uyğun şərtlərin nizam içində yaradıldığını dərk etmək, kainatın meydana gəlmə mərhələlərindəki hikmətləri qavraya bilməkdir.
İnsan özünə verilən bu qədər nemət qarşısında unutmamalıdır ki, hər şeyin müəyyən bir yaradılış məqsədi və hikməti var. Özünün rahatlıqla yaşadığı planet yaradılmışdır. Yalnız bu mövzu üzərində düşünmək belə Allah'ın hər şeyi sonsuz bir hikmətlə yaratdığını görmək üçün kifayətdir. Ayələrdə belə buyrulur:
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32)
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allah'a və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)
Həqiqətən, Rəbbin onları toplayacaq. Çünki O, Müdrikdir, Biləndir. (Hicr surəsi, 25)