Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)
Ayədə bildirildiyi kimi, "heç bir şəkk-şübhəyə düşmədən iman etmək" həqiqi imanın təməl əsaslarından biridir. Müsəlman Allahın varlığına qəti olaraq inandığı kimi, imanında heç vaxt tərəddüdə düşməz, Allahın hər an onu gördüyü və eşitdiyinin şüurunda davranar, həyatı boyunca Allahın əmr və tövsiyələrinə əməl edər, Onun əmr etdiyi gözəl əxlaqı qeydsiz-şərtsiz tətbiq edər. Digər yandan axirətin varlığından elə əmindir ki, hər an ölümlə qarşılaşacaqmış və hesaba çəkiləcəkmiş kimi yaşayar. Bu iman, Allahın Quranda bütün Müsəlmanlara əmr etdiyi iman şəklidir.
Ayədə gördüyümüz kimi, Allah, Özünə və Peyğəmbərə iman edən və sonra heç bir şübhəyə qapılmadan Öz yolunda - dinsizliyə, ateist düşüncələrə qarşı fikri mənada - mübarizə verənlərin yüksək iman gücünü tərifləyir. Lakin iman etdiyini söyləyən hər insan, burada bəhs edilən iman dərinliyinə sahib olmaya bilər. Allah Quranın bir çox ayəsində zəif imanlı insanlardan da bəhs edir, bu insanları lazımı şəkildə iman etmədikləri üçün belə xəbərdar edir:
İnsanlardan eləsi də vardır ki, Allaha şəkk ilə ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! (Həcc surəsi, 11)
Şübhə yoxdur ki, həqiqi mənada iman edən insan Allaha bütün varlığı ilə təslim olar və Allahın razı olduğu əxlaqdan həyatının heç bir anında zərrə qədər də olsa güzəştə getməz. Yuxusuz da olsa, ehtiyac içində də olsa, fiziki bir yorğunluq halında da olsa Allahın razı olmasını ummduğu ən dərin, ən gözəl əxlaqı göstərər. İstənilən şərt altında ən gözəl sözlü, ən mülayim, ən bacarıqlı, ən ağıllı, ən cəsur, ən səbirli rəftar göstərər.
Tarix boyunca yaşamış bütün peyğəmbərlərin sahib olduğu bu iman dərinliyinə Allahı çox sevən, Allaha olan sevgisindən dərin zövq alan, Ondan lazımı kimi qorxan və yalnız Ona yönələn hər Müsəlman nail ola bilər. Vacib olan Allaha yaxınlıqda daimi bir qətiyyətlə səy göstərməsi, Allahdan başqa heç bir gücün olmadığını unutmaması, həyatının hər bir anında özünə yalnız Onu dost və vəkil etməsidir. Həqiqi imanın bütün bu xüsusiyyətlərini ürəkdən və eşqlə yerinə yetirən bir mömin dünya həyatını sanki cənnətdən gəlmiş bir insan kimi yaşayar. Küsmək, hirslənmək, təlaşa qapılmaq, çaxnaşmaya düşmək, qorxmaq, kədərlənmək kimi Quran əxlaqından uzaq davranışları əsla özündə saxlamaz. Beləliklə peyğəmbərlərin, vəlilərin iman dərinliyinə bənzər, Allahın razı olduğu qulları arasına girməyi qüvvətli bir şəkildə ümid edə biləcək bir iman yetkinliyinə çatmış olar.
Heç bir şübhəyə qapılmadan, dərin bir eşq və qətiyyətlə əldə edilən yüksək iman dərinliyini anlamaq üçün Allahın Quranda bizlərə nümunə verdiyi peyğəmbərlərin həyatlarını araşdıra bilərik. Məsələn Hz. İsa (ə.s) həqiqi imana sahib olan bir insanın davranış formasını həyatının bütün mərhələlərində göstərmişdir. Başına gələn çətinliklər qarşısında hərmişə Allaha bağlı qalmış, hər şeydə xeyir görmüş, əsla təlaşa qapılmamış, ağıllı və yetkin rəftarını həmişə qorumuşdur. Həvarilərindən (Yardımçılarından) bəzilərinin zəif olan imanı qarşısında onları o şəkildə yaradanın Allah olduğunu bilərək yetkinliklə davranmış, onları şəfqətlə doğru yola çağırmış, imanlarının güclənməsi üçün Allaha yönəlmişdir:
Onu da xatırla ki, o zaman həvarilər demişdilər: "Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa): "Əgər möminsinizsə, Allahdan qorxun!" – demişdi. Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!" (Maidə surəsi, 112-114)
Allah onu sorğuladıqda isə çox gözəl bir qarşılıqla Allaha yönəlmiş, Onu tərifləyib təsbeh etmiş, hörmət və təslimiyyət dolu sözləriylə Ona olan dərin sevgisini və bağlılığını göstərmişdir. Aşağıdakı ayələr araşdırıldığında Hz. İsanın (ə.s) üslubundakı səmimiyyət, Allaha bəslədiyi dərin hörmət və güclü Allah sevgisi dərhal sezilər. Bu səmimiyyət və dərinlik Allaha olan dərin sevginin, güclü Allah qorxusunun, yüksək iman dərəcəsinin açıq bir göstəricisidir:
Allah: Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" – demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən" (Maidə surəsi, 116-118)
Peyğəmbərləri özünə nümunə götürən bir mömin də qarşılaşdığı hadisələrdə həmişə Allaha yönələr, Allahın bəyənməyəcəyi bir davranışdan şiddətlə çəkinər, qorxmaq, hirslənmək, əsəbiləşmək, küsmək kimi bəsit davranışları özünə əsla yaraşdırmaz və hər zaman yüksək imanlı bir möminə yaraşan şəkildə kübar, nəcib və yetkin davranaraq Allaha və Qurana bağlı qalar.