Məhəmməd ibn. Hənəfi (ə.s)-dan rəvayət edildi ki: Bir gün biz hz. Əlinin yanında olarkən birisi hz. Mehdidən sual verdi. Əli (ə.s) “Heyhat” dedi. Sonra ƏLİ İLƏ BİR DOQQUZ İŞARƏSİ ETDİ və sonra da O AXIRZAMANDA, İNSANA “ALLAHDAN QORX, ALLAHDAN QORX” DEYİLDİYİ ZAMAN ÇIXAR, DEDİ. Buludların səmada toplaşdığı kimi, Allah Onun ətrafına bir qövm toplayar. Onların qəlblərini uzlaşdırar. Onlar içlərindən şəhid olana üzülməz, özlərinə qatılana da sevinməzlər. Sayları Bədr əshabı qədərdir. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər və onların sayları Talud ilə çayı keçənlər qədərdir. (Kitab ul Burhan fi Alamet-il Mehdiyy il Ahir zaman, səhifə 57) |