Homoseksuallıq (cinsi azğınlıq) haqqında insanlardan gizlədilən önəmli gerçəklər
ucgen

Homoseksuallıq (cinsi azğınlıq) haqqında insanlardan gizlədilən önəmli gerçəklər

632

Ailə cəmiyyətin təməlidir. Valideyn və uşaqlardan ibarət ailələr cəmiyyətin inkişaf etməsi və sağlam qala bilməsi üçün lazımdır. Ancaq hal-hazırda bəzi Qərb ölkələrində normal ailə anlayışı ilə ziddiyyət təşkil edən yeni trend mövcuddur: homoseksual evliliyi. Aydındır ki, bir cəmiyyətin müasir olması o cəmiyyətin azad olması ilə mütənasibdir. Ancaq dəyişən Qərb mədəniyyətləri və dəyərləri homoseksual evliliyinin də guya bir növ azadlıq olduğunu müdafiə edir və bir çox aktivist cinsi əxlaqsızlığı "qorunmalı olan insan hüquqları problemi" kimi qəbul edir. Onları nümunə götürənlər də guya müasir və dəbə uyğun davranmaq naminə onları müdafiə edərək əslində cəmiyyətə, xüsusən də uşaqlara və gənc nəsilə verdikləri zərərin fərqində olmurlar.

 

Nəticə olaraq homoseksual aktivistlər yaşadıqları azğın həyat tərzini həm öz cəmiyyətlərinin daxilində, həm də xaricində genişləndirmək üçün hər cür imkandan istifadə edirlər. Bəzi media orqanları isə homoseksualların bu istiqamətdə fikirlərini yaymaq və haqlı çıxarmaq üçün istifadə etdikləri ən mükəmməl vasitə halına gəlib. Homoseksual hüquqlarını və cinsi azğınlıqlardan ibarət olan həyat tərzini müdafiə edənlər Hollivud filmləri, televiziya şouları, dəb proqramları, informasiya bülletenləri, köşə yazıları, musiqi videoları, kitablar və jurnalların yer verdiyi informasiyalar sayəsində intensiv şəkildə dəstəklənir, azğın fikirlər leqal hala gətirilir.

 

Bəzi media orqanları homoseksuallığı çox normal, sağlam və mədəni mənada dəbə uyğun kimi təqdim edir. Bunu möhkəmləndirmək üçün bəzi aktivistlər əslində cinsi azğınlıq içində olan insanları sağlam, gözəl və yaraşıqlı, müasir və cəmiyyətdə rəhbər vəzifələrdə olan müvəffəqiyyətli şəxslər kimi göstərirlər. Belə ki, bu səylərinin təsiri də görünür. Amerikalıların 20%-i homoseksual evlilik mövzusundakı fikirlərinin televiziya proqramları sayəsində dəyişdiyini açıqlayıb. Xüsusilə kino və moda sənayesində çalışanlar özlərinə daha yaxşı karyera qurmaq üçün homoseksuallığı dəstəkləyirlər. Bunu etməyənlər işlərindən məhrum olur, təzyiq görürlər. Halbuki evlilik qurumunun məzmununu dəyişərək, homoseksualizmi marketinq məsələsi halına gətirmək cəmiyyəti əxlaqi, fiziki və iqtisadi baxımdan təhdid edən ciddi təhlükədir.

 

Gənclərin bu tələyə düşməmələri, mənəvi dəyərlərini qoruyub saxlamaları və şərəfli həyat yaşamaları üçün "insan hüquqları" adı altında qəbul etdirilməyə çalışılan bu "yeni tip" həyat tərzinin azğınlığını ifşa etmək hər kəsin məsuliyyətidir. Burada üzərində dayanılmalı olan ən əhəmiyyətli məsələ isə homoseksualizmin İlahi dinlərin müqəddəs kitablarında Allah tərəfindən qəti şəkildə haram edilmiş olmasıdır (Qurani Kərim, Əraf surəsi 80-82, İncil, Romalılar 1/24-28).

 

Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?

 

Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.

 

Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 80-82)

 

24  Allah da onların ürəyindəki arzuları görüb, bədənlərini rüsvay etsinlər deyə, onları natəmizliyə təslim etdi. 25  Onlar Allahın həqiqətini yalana dəyişdilər, Xaliqi qoyub xilqətə səcdə qıldılar, xilqətə ibadət etdilər. Xaliqə əbədilik alqış olsun! Amin.26  Elə buna görə də Allah onları azğın şəhvətə təslim etdi, onların qadınları təbii yaxınlığı qeyri-təbii əlaqə ilə əvəz etdilər.27  Kişilər də qadınlarla təbii yaxınlığı qoyub bir-birilərinə şəhvətlə qızışdılar. Kişilər kişilərlə əxlaqsızlıq etdilər və günahlarına görə tamamilə layiqli cəza aldılar.

 

Bu əxlaqsız hərəkətləri edənlərin Allah Qatında böyük cəza ilə qarşılıq görəcəkləri də yenə müqəddəs kitablarda dəqiq şəkildə açıqlanmışdır (Qurani Kərim, Hicr surəsi 68-75, İncil, Petrus 2/6-10).

 

(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!

 

Allahdan qorxun və məni hörmətdən salmayın!”

 

Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?”

 

(Lut) dedi: “Bunlar mənim qızlarım! Əgər istəyirsinizsə, (onlarla evlənin)!”

 

Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.

 

Günəş doğanda qorxunc səs onları yaxaladı.

 

Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.

Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır.(Hicr surəsi, 68-75)

 

O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi. Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı. Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi.  Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir. O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar.(Petrusun 2-ci Məktubu, 2:6-10)

 

Allahın lənətlədiyi, iyrənc əməldən ibarət evliliklə qurulan ailələrdə uşaq təcavüzlərinə tez-tez rast gəlinir. Unutmayaq ki, bu müdafiəsiz uşaqların hüquqlarını qorumaq mənəvi olaraq üzərimizə düşən məsuliyyətdir. Aparılan araşdırmalar göstərir ki, homoseksual valideynləri olan uşaqlar yaşadıqları cinsi qarışıqlığa görə homoseksual əməllərə meyilli olur və nəticədə psixi pozğunluqları, narkotik asılılıqları meydana gəlir. Bundan əlavə cinsi təcavüzə və intihara meyilli olduqları kimi QİÇS kimi cinsi yolla yayılan xəstəliklərə də daha tez yoluxurlar. Məsələn, Amerika Birləşmiş Ştatlarında hökumət hər il QİÇS xəstəliyinin müalicəsi üçün 24 milyard dollardan çox pul ayırmaq məcburiyyətində qalır.

 

Homoseksuallar arasında evlilik statistikaları və bu evliliklərin nəticəsində övladlığa götürülən uşaq sayındakı artım araşdırıldıqda bu vəziyyətin nə qədər təhlükəli olduğunu daha aydın görə bilirik. ABŞ-da homoseksual ailələrlə birlikdə yaşayan 94.627 uşaq var. Valideynlərindən birinin homoseksual həyat sürdüyü uşaq sayı isə 6-14 milyon arasında dəyişir. İngiltərədə isə 2015-ci ilin mart ayından etibarən homoseksual valideynlər tərəfindən övladlığa götürülmüş uşaq sayı son 12 ayda sürətlə artaraq rekord səviyyəyə çatıb.

 

Homoseksual valideynləri tərəfindən cinsi təcavüzə məruz qalan oğlan uşaqları ilə bağlı hallar olduqca çoxdur. Bundan başqa başlarına gələnləri utandıqları, ya da qorxduqları üçün açıqlaya bilməyən uşaqlar da var. Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovun homoseksual cütlər tərəfindən təcavüz edilən uşaqlarla bağlı açıqlaması bu şəkildədir:

 

"Yetim qalan rus uşaqlarla əlaqə yaratmaq asan olduğundan xarici ölkələrdəki pozğun insanların diqqətini çəkirlər. Xaricilər ölkəmizə gəlib asanlıqla pul ödəyərək uşaqlarımızı ala bilirlər".

 

2012-ci ildə Rusiya qanunlarda bəzi dəyişikliklər edərək Amerika vətəndaşlarının rus uşaqlarını övladlığa götürmələrini qadağan edib. Növbəti il isə xarici homoseksual cütlərə rus uşaqlarının övladlığa verilməsini qadağan edən qanun Dumada təsdiq olundu.

 

Digər tərəfdən bu tip travmaların kiçik uşaqların üzərində yaratdığı psixoloji təsirləri də nəzərə almalıyıq. İlk öncə bu məsələdə atılacaq ən mühüm addımlardan biri uşaqları bu tərz bir təhlükəyə qarşı maarifləndirməkdir. 4-5 yaşlarından etibarən bu məsələ izah edilməli, özlərini qorumaları üçün lazımi tədbirləri necə alacaqları uşaqlara öyrədilməlidir. Hər hansı bir cinsi istismar ilə qarşılaşdıqda heç çəkinmədən bunu ifşa etmələri barədə cəsarətləndirmək, başına nə gəlirsə-gəlsin, özlərini günahkar hiss etməmələri, utanmamaları yaxşı izah edilməlidir.

 

Cinsi azğınlıq içində olan insanlar cəmiyyət tərəfindən qəbul edilmək və azğın hərəkətlərini haqlı çıxarmaq üçün  "estrogen hormonlarının yüksək səviyyələrdə olduğunu" və ya "genetik olaraq bu yaradılışda anadan olduqlarını" iddia edirlər. Halbuki bu iddialar elmi cəhətdən qətiyyən doğru deyil. Əvvəla, homoseksual bir kişi ilə normal bir kişi arasındakı estrogen və testosteron hormon səviyyələrində fərq yoxdur. Həmçinin elm adamları homoseksualların genetik olaraq bu fitrətə malik olduqlarını dəstəkləyən heç bir dəlil tapa bilməyiblər. Son 20 ildir ki, Avstraliya, ABŞ və Skandinaviya ölkələrində aparılan səkkiz ayrı araşdırmaya görə homoseksualizmin qətiyyən genetik olmadığı üzə çıxıb. Digər tərəfdən bu hal genetik belə olmuş olsa, bu, əxlaqdan kənar davranışları əsla haqlı çıxarmaz. Anadangəlmə cüt cinsiyyətli olan və ya bunun kimi cinsi inkişaf anomaliyaları yaşayan insanlar ola bilər. Ancaq bu vəziyyət heç kimin azğın davranmasına bəhanə ola bilməz. Bir insan hər bir şəraitdə namusunu və əxlaqını qoruyaraq, şərəfli yaşamaqla məsuldur.

 

Hamımız daha əxlaqlı, daha keyfiyyətli bir mühitdə yaşamaq üçün cəmiyyət şüurunun artırılmasına çalışmalıyıq. Homoseksualizmin həm özlərinə, həm də ətraflarına mənfi istiqamətdə təsir etdiyini insanlara yaxşı çatdırmalıyıq. Bunun xoş həyat tərzi kimi göstərilməsinə heç vaxt imkan verməməliyik. Burada xüsusilə qeyd etmək istəyirəm ki, homoseksuallara qarşı zorakılığı heç vaxt müdafiə etmirəm. Mən homoseksuallar tərəfindən icra edilən anormal və azğın davranışların əleyhinəyəm. Dolayısilə sağlam düşüncəli insanlar cinsi əxlaqsızlığın cəmiyyətə verdiyi və verə biləcəyi ziyanı yaxşı görməli və bir araya gələrək hər kəsi bu barədə məlumatlandırmağın yolunu tapmalıdırlar.


Adnan Oktarın Pravda.ruda dərc edilən məqaləsi:

http://www.pravdareport.com/opinion/columnists/12-05-2016/134394-homosexuality-0/


 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo