(Sünen'i Neseî, Cild 7-8, Hadîs No: 5030)

"Bera (rədiyallahu ənh)-dən; Rəsulullah (Səlləllahu əleyhi vəsəlləm)-ə qədər gözəl kimsə görmədim. Qırmızı jiletini geyinmiş, saçları çiyinlərinə çatırdı." (Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3635.)       

(Kütüb-i Sitte, Cild 7, Hadîs No: 2122) 

"...Əbu Katadə (rədiyallahu ənh) izah edir: - “Ey Allahın Elçisi! dedim. Mənim çiyinlərimə qədər tökülən (gur) saçlarım var, darayıb tənzimləyimmi? - Bəli! dedi. Ona qulluq et (saçlarına fikir ver). Ravi deyir ki: "Əbu Katadə "Bəli ona (saçlarına) qulluq et! Sözünə görə, gündə iki dəfə qulluq edər və saçlarını yağlayardı.”

                                                                              

(Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3631)

"(Əbu Talibin qızı) Ümmü Hanı (rədiyallahu ənh) belə demişdir: - “Rəsulullah (səlləllahu əleyhi vəsəlləm) Məkkəyə dörd hörgüsü olduğu halda girdi" (Sünen-i Tirmizî, Cild 3, Hadîs No:1840-1841; Mevâhib-i Ledünniyye, Cild 1, s. 453; Əbu Davud və Əhməd ibn Hənbəl rəvayət etmişlər)

(Râmûzu'l-Ehâdîs, Hadîs No: 3812) 

"Məscidi Hayfda namaz qıl. Çünki orada yetmiş peyğəmbər namaz qılmışdır. İçlərində ehramlı olduğu halda hz. Musa (ə.s)-da vardır. Sanki üzərində iki pambıq əbası var. Dəvəsi üstündə saçları hörgülü bir halda görürəm."

(Râmûzu'l-Ehâdîs, Hadîs No: 1145)

"Kişiyə gəlincə o qüsl dəstəmazında  saçlarının diblərinə su çatana qədər mükəmməl bir şəkildə yusun. ...."  (Kütüb-i Sitte, Cild 10, Hadîs No: 3744.)

(Sahîh-i Müslim, Cild 7, Hadîs No: 95 (2338), s. 213) 

"Katadə Ənəsdən rəvayət etdi: - Rəsulullah (səlləllahu əleyhi vəsəlləm)-in saçları iki çiyini arasını əhatə edərdi.."       

(Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3635)

"...Aişə (rədiyallahu ənh) belə demişdir:“Rəsulullah (səlləllahu əleyhi vəsəlləm)-in çiyinlərinə çatmayan və qulaq ilə çiyin arasını keçən saçı var idi.”

(Sünen'ün Neseî, Cild 7-8, Hadîs No: 5033) 

“...Ziyad İbn Hüseyn atasından izah edir:  “Mədinədə Rəsulullahın yanına getdiyimdə mənə: - Yanıma yaxınlaş, buyurdu. Yanına yaxınlaşınca əlini saçımın hörgüsünün üzərinə qoydu, saçımı oxşadı, mənə dua etdi.”

(Râmûzu'l-Ehâdîs, (30. Bölüm), Hadîs No: 24)

“Peyğəmbərimiz (səlləllahu əleyhi vəsəlləm) ... Saç hörgüsünü açarkən iki yerə ayırardı, əks halda elə hörgülü olardı ...” (Şemâil-i Şerif, Hadîs No: 6, s. 52; Sünen-i ibn-i Mâce, Cild 9, Hadîs No: 3634. (Bir benzeri))

(Sünen-i ibn-i Mâce, Cild 3, Hadîs No: 884) 

"…İbni Abbasdan (rədiyallahu ənh) rəvayət edildiyinə görə, Rəsulullah (səlləllahu əleyhi vəsəlləm) belə  demişdir: -“Mən yeddi (sümük) üzərinə səcdə etməklə və (səcdəyə gedərkən) saç və paltarı yığmamaqla əmr olundum.”
( Sünen-i ibn-i Mâce, Cild 3, Hadîs No: 1040-1041; Sahîh-i Buhari Tecrîd-i Sarîh, Cild 2, Hadîs No: 451.)       

(Sahih-i Buhâri Tecrîd-i Sarîh, Cild 9, Hadîs No: 1400)

"Abdullah İbni Ömər (rədiyallahu ənh)-dən rəvayət olunduğuna görə, Nəbi (səlləllahu əleyhi vəsəlləm) demişdir ki:  “Mən bu gecə yuxumda  özümü Kəbədə gördüm. Qəflətən əsmər bir adam gördüm. Sanki, o əsmər insanların  ən gözəli, saçları iki çiyini arasında sallanırdı.  Sanki saçları yeni daranmış və təmizlənmişdi. Saçından su damırdı. İki əlini iki adamın iki çiyininə qoyaraq Beyti təvaf edirdi. Orada olanlara:  “Bu kimdir? deyə soruşdum. - Bu Məryəm oğlu  İsa Məsihdir, dedilər.”

(Mevâhib-i Ledünniyye, Cild 1, s.452)

Berain (Rədiyallahu ənh) hədisində: "Peyğəmbərimiz (s.ə.v)-in saçı mübarək çiyinlərinə düşərdi."      

(Râmûz-ul Ehâdîs (30.  Bölüm) Hadîs  No:  24.)

 "Ənəs (Rədiyallahu ənh) rəvayət etmişdir:  - “ Rasullullah (s.ə.v)-in saçı recil (yəni, nə düz, nə də buruq olub, azacıq dalğalı) bir saç idi, qulaqları ilə çiyinlərinə qədər uzanırdı.”