Həqiqəti tapa bilmək üçün insanın öz ağılı, biliyi və ya təcrübəsi kifayət etmədiyi hallarda, başqa bir insanın öyüdü ilə hərəkət etməsi Quranda tövsiyə edilən əxlaqformasıdır. İnsanlar çox vaxt səhv edəcəklərini düşündükləri məsələlərdə doğrunu bilmək və yanlış etməməküçün qarşılarındakı insanlarla məsləhətləşirlər. Yəni öyüd almaqda məqsəd həqiqəti tapa bilməkdir.
Lakin hər bir insan hər bir hadisədə doğru olanı seçə biləcək ağıla və şüura malik deyil. Ən azı doğrunu görsə də, öz mənfəətlərinə etinasız yanaşıb bu həqiqəti qarşı tərəfə izah etmək əxlaqına sahib deyil. Buna görə də yol göstərməsi üçün məsləhətləşmə aparacağı insanlarda da müəyyən xüsusiyyətlər olmalıdır. Bu xüsusiyyətlərin ən əsası insanın Allaha iman gətirməsidir. Çünki bir insanın həqiqəti dərhal müəyyənləşdirməsi və hətta öz mənfəətlərinə zidd olsa beləqarşı tərəfə izah etməsi vicdan işidir. Bir insanın maneəsiz olaraq öz vicdanından istifadə etməsini təmin edən yeganə qüvvə Allah qorxusu və Allah sevgisidir.
Əxlaqında nöqsan olan, yəni vicdanı ilə hərəkət etməyən bir insan nə özü həqiqəti görmək iqtidarında olar, nə də qarşısındakı insanı doğruya yönəldə bilmək bacarığına sahib olar. Buna görə də insanlar məsləhət üçün müraciət edib, fikirlərinə etimad göstərdikləri şəxsləri yaxşı seçməlidirlər. Bu səbəbdən Allah Quranda bu məsələdə insanlara yol göstərəcək bir çox incəlikləri bildirir. Ayədə fikrinə etimad göstərilməyən insanların əxlaqi xüsusiyyətləri bildirilib və həmin insanların göstərdiyi yola tabe olmaq qadağan edilib. Ayələrdə belə buyrulur:
Başqa bir ayədə də sözü dinlənilməyən insanların xüsusiyyətlərindən ikisinə diqqət çəkilmişdir:
Sözlərinə etimad göstərilməyən, yəni onların göstərdiyi yola, öyüdünə güvənilməyən kəslər ayələrdə açıq və anlaşıqlı şəkildə bildirilir. Bu təfsirə görə, bir müsəlman yalançı, dedi-qoduedən, aqressiv, bəhskeş, Allahın hökmlərini çox rahat şəkildə pozan, hiyləgər və ya lağ edən insanın tövsiyələri ilə hərəkət etməməlidir.