Keçdiyimiz günlərdə mediada darvinist yanlışlıqlara bir yenisi əlavə olundu və “təkamülün düşünüləndən 20 milyon il daha əvvəl başladığını” iddia edən bəzi əsassız xəbərlər yer aldı. Bu yazımızda sözügedən xəbərlərə qaynaq olaraq göstərilən məqalənin orijinalı əsas götürərək, göstəricilərin ağıllı şərhin necə olmalı olduğuna yer veriləcəkdir.
Yer üzündəki mürəkkəb həyat Kambriyendən daha əvvəl başlayır
Darvinistlər həyatın "ibtidai" hüceyrədən başladığını iddia edirlər, halbuki elmi həqiqətlər bu iddianın tam əksini ortaya qoyur. Məsələn, günümüzdən təxminən 530-535 milyon il əvvəl, canlı müxtəlifliyi və kompleksliyi bütün yer üzündə böyük ehtişam içində toplanmağa başlamışdır. Yer üzünün müxtəlif məkanlarında, eyni anda ortaya çıxan bu canlı müxtəlifliyi o qədər möhtəşəmdir ki, elm adamları bu dövrü Kembri partlayışı və ya "Bioloji Big Bang" kimi adlandırırlar. Aparılan son bir iş isə daha da təəccüblü nəticələr ortaya qoymuş və kompleks canlıların daha əvvəl də mövcud olduğunu ortaya çıxarmışdır.
Moskva Dövlət Universiteti, Biologiya fakültəsi, Bioloji Təkamül hissəsindən Andrey Yu. Juravlev rəhbərliyi altında aparılan işin nəticələri may 2015-ci il tarixli Earth Science Reviews jurnalında çap olunmuşdu. Sibirdə aparılan araşdırmalar maraqlı nəticəni də ortaya çıxarırdı:
Kembri dövrünə aid kompleks həyat məlum olandan 20 milyon il daha əvvəl başlamışdı. Çalışmaya görə Sibir platformasından 84 fərqli Archaeocyath növünə aid 6121 üzvü təmsil edən 58 nümunə təhlil edildi. Statistik hesablamalar indiki tropik riflərdə eyni anda mövcud olan cinslərlə tam oxşarlıq ortaya sərgiləyirdi.
(Zhuravlev, Andrey Yu., Naimark, Elena B., Wood, Rachel A., Controls on the diversity and structure of earliest metazoan commu- nities: Early Cambrian reefs from Siberia, Earth Science Reviews (2015), doi: 10.1016/j.earscirev.2015.04.008)
Yer üzündə məlum olan ilk və yayğın skeletli metazoa (çox hüceyrəli canlılar) topluluqlarını araşdıran elm adamları erkən-Kembri (Tommotian-Atdabanian) dövrünə aid Archaeocyathan süngər riflərinin təxminən 555 milyon ildən əvvələ aid olduqlarını sübut etmiş oldular.
Araşdırmanın rəhbəri Juravlev, kompleks canlıların özlərinə məxsus bənzərsiz skelet quruluşları qarşısındakı çaşqınlığını belə ifadə edirdi:
"Daha öncə ilk skeletli heyvanların sadə quruluşlu olduğuna inanılırdı. Ancaq dəlillərimiz bu nəzəriyyənin yenidən nəzərdən keçirilməsini tələb edir. İlk heyvanlar çox mürəkkəb quruluşlu imiş”.
(http://tr.sputniknews.com/bilim/20150916/1017778458.html)
Darvinist ədəbiyyatını alt-üst edən archaeocyathlar kompleks canlılardır
Archaeocyathanlar, "fotosintez edən dəniz yosunları, çıxıntıları ilə ovlarını tutan cnidarialar, yenə çıxıntılara malik nəhəng frominiferalar və damarlı bitkilər" kimi təsnif edilirlər.
İlk rast gəldikləri yer erkən-kembri dövründə Sibir olmuşdur. Bu canlılar qısa müddətdə dünyanın hər yerinə yayılıblar. Yüzlərlə fərqli növdən əmələ gəlirlər. Nə var ki, orta-kembri dövründə nəsilləri kəsilmiş, tamamilə yer üzündən yox olmuşlar.
Araşdırmalar, Archaeocyathan morfologiyasının (bədən quruluşu) hidrodinamik qanunlarını (su axar dinamikalarını) mükəmməl şəkildə istifadə etdiyini göstərmişdir. Bu skeletli süngərəbənzər canlılar kənardakı suyu skeletlərindəki dəliklərdən içəri doğru vuraraq su içindəki qidaları ayırd edib, süzülən suyu və tullantı maddələri mərkəzdəki boşluğa boşaldırdılar. Ona görə bu kimi kompleks anatomik və fizioloji xüsusiyyətlərə malik olan sözügedən canlıları "ibtidai" kimi təsvir etmək, əlbəttə, mümkün deyil.
Bu məqaləyə mövzu olan çalışmada ilk canlılar bənzərsiz orqanizm planları ilə ayrı növlər kimi təsnif edilmək məcburiyyətində qalmışdır. Lakin təkamül nağılına görə bu canlıların bir-birlərindən çox az fərqlərlə var olmaları və demək olar ki, bir-birindən seçilməmələri idi. Halbuki müxtəliflik canlılıq tarixinin ən əvvəlindən etibarən vardır və bunun yeni sübutları davamlı olaraq vardır.
Nəticə: Təkamül heç yaşanmamışdır
Kompleks həyatın, daha əvvəl başladığı hesablanan 535 milyon ildən 20 milyon il əvvəl başlamış olması, təkamül nəzəriyyəsinə yeni zərbədir. Çünki Kembri dövrü canlılarının əcdadları yenə yoxdur. Bundan başqa bu çalışmada müəyyən fosil canlılarının xəyali əcdadlarından da heç bir təkamülçü bəhs etməmişdir. Tək bir hüceyrənin içindəki mürəkkəb quruluşu belə açıqlamaqdan çəkinən darvinist ideoloqların etdiyi tək şey isə həmişə canlıları kiçikdən-böyüyə doğru sıralamaq olmuşdur.
Kembri canlıları necə bir anda ortaya çıxıblarsa, onlardan 20 milyon il əvvəl yaşamış bu canlılar da bir anda ortaya çıxıblar, kompleks bədənləri, orqan və sistemləri Allahın "Ol" deməsi ilə yaradılmışdır.
Aparılan hər bir tədqiqat, ortaya çıxarılan hər bir fosil bizlərə həyatın tarixin heç bir dövründə sadə quruluşlu olmadığını və hər canlının özünə xas xüsusiyyətləri ilə bir anda meydana çıxdığını ortaya qoymuşdur.
Qaynaq:
(Zhuravlev, Andrey Yu., Naimark, Elena B., Wood, Rachel A., Controls on the diversity and structure of earliest metazoan commu- nities: Early Cambrian reefs from Siberia, Earth Science Reviews (2015), doi: 10.1016/j.earscirev.2015.04.008)