Hər hansı bir qərar verməzdən əvvəl bizə yol göstərən, doğru yola yönəldən bir səs eşidirik.
Səhər oyanıb gözümüzü açdığımız andan etibarən hara getsək, nə iş görsək bizimlə birlikdə hərəkət edir bu səs.
Bizdən başqa heç kim eşitmir. Amma o səs bizə ədaləti, gözəl əxlaqı, təvazökar olmağı, düzgünlüyü, səmimiyyəti, qısası hər şeyin ən doğrusunu bildirir.
Bizə yol göstərən və yaxşılığı əmr edən bu daxili səs vicdanımızın səsidir. Ancaq Allah bir Quran ayəsində “Biz ona iki yol göstərmədikmi?” (Bələd surəsi, 10) deyə bildirir. Yaxşılığa yönəldən bir səs olduğu kimi, pisliyə çağıran bir səs də var. İnsanlar bilərək və ya bilməyərək Rəhmanın yoluna, yəni vicdanlarına, yaxud da fücura, şeytanın yoluna tabe olurlar.
Allah insanlara yanlışı, fücuru və ondan qorunmağı ilham etdiyini də Quranda xəbər vermişdir:
And olsun nəfsə və onu yaradana (ona biçim verənə), Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə.(Şəms surəsi, 7-8)
"Fücur" sözünün mənası "günaha girmək, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi" deməkdir. Yəni fücur anlayışı insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Qısası, vicdanın tam əksidir.
Qəlbə ilham Allah'dan bir nemətdir
Əslində vicdanın səsi Allah’ın hər insana ilhamıdır, yəni bir növ vəhydir. Bu mənada hər kəs, hətta hər canlı vəhy alır, ancaq əlbəttə ki, bu səsli bir vəhy deyil, Peyğəmbərlərə gələn vəhydən fərqli olaraq qəlbə ilham edilir.
Allah Quranda bəzi canlılara da vəhy etdiyini bildirir:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal). (Nəhl surəsi, 68)
Allah vəhy ilə bal arısına necə yuva quracağını, ruzisini harada tapacağını ilham edir, qarışqalar Allah'ın ilhamı ilə kütləvi şəkildə yaşayır, balalarını necə böyüdəcəklərini bilir və möhtəşəm qarışqa şəhərləri qururlar. Ayədə bildirildiyi kimi, bütün canlılar Allah'ın vəhyi ilə hərəkət edir, nəyi necə edəcəklərini bilirlər.
Quranda bu mövzuya işarə edən ayələrdən biri də hz.Musanın anası ilə bağlıdır:
Biz Musanın anasına: “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik. (Qasas surəsi, 7)
Ayədə bildirildiyi kimi, Allah hz. Musanın (əs) anasının qəlbinə hz. Musanı qoruması üçün necə davranacağını ilham etmişdir. Bundan əlavə qəlbinin rahat olması üçün uşağının özünə geri qaytarılacağını da bildirmiş, yəni vəhy etmişdir.
Allah başqa bir ayədə də hz.İsanın (əs) həvarilərinə vəhy etdiyi bir bilgini belə xəbər vermişdir:
Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab vermişdilər. (Maidə surəsi, 111)
Yanlışı ayırd etməyi təmin edən güzəllik
Allah’ın ilhamı inananlar üçün bir nemətdir, doğruya yönəldən, yanlışı ayırd etməyi təmin edən bir gözəllikdir.
Vicdan Allah'ın ilhamı olduğu üçün bütün insanlarda ortaqdır. Allah hər insana vicdanı vasitəsilə Özünün razı olacağı ən doğru və ən gözəl davranışları bildirir. Lakin bəzi insanlar zəiflik göstərərək nəfslərinə məğlub olur və şeytanın yoluna uyurlar. Bu insanların qəribə bəzi ortaq xüsusiyyətləri var. Məsələn, qanuni olan heç bir şeydən xoşları gəlmir.
Halal qazanc yerinə qeyri-qanuni yolla əldə edilmiş qazanc əldə edir, yeməyi, içməyi halal yoldan yox, oğurluqla əldə edir, yaşıl işıqda yox, qırmızı işıqda keçirlər. Qanunlara zidd hərəkət etmək vicdanlarının səsini dinləməyən insanlara qeyri-adi bir zövq verir. Halbuki Allah qanuni, yəni vicdana uyğun yaşayanları sevir.
Vicdanın səsinə zidd şəkildə, yəni qanunlara uyğun olmayan şəkildə yaşayan insanların üzündə düzgün yaşamamağın kirli izi olur, yanlış əxlaqları simalarına nursuzluq olaraq əks olunur. Belə insanların ağlı, bəsirəti, fərasəti qapanır, davranışları müvazinətsiz olur, heç bir zaman xoşbəxtliyə nail ola bilmirlər.
Bir insan vicdanlı və səmimidirsə, etidallı olur. Vicdanına uyaraq hərəkət edən insan yanlışdan necə qorunacağını bilərək doğru da hərəkət etmiş olar. Ancaq vicdanın əmr etdikləri bəzən insanın mənfəəti ilə toqquşa bilər. Bu toqquşmanı dərin iman sahibi insan vicdanına baş vuraraq, heç bir tərəddüd etmədən nəticələndirir. Ancaq nəfslərinə uyanlar bəhanələr irəli sürərək doğrunu, gözəl olan yolu bildikləri halda, vicdana uyğun olanı etməkdən çəkinirlər.
Bunun nümunələrini tez-tez görmək mümkündür. Məsələn, vicdanının səsinə qulaq asmayan bir insan bir qəza gördükdə yaralılara kömək edərsə, özünün təqsirli hesab ediləcəyi və bunun nəticəsində həbs olunma ehtimalı olduğunu düşünərək bundan imtina edə bilər. Vicdan sahibi olan insan isə o insanın həyatını xilas etmək üçün hər cür çətinliyi gözə alar, əsla bəhanələr irəli sürməz. Bir insanın həyatını xilas etmək imkanı olduğu halda, bundan imtina edərsə, qatil sifətində olacağını vicdani olaraq bilər.
Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də! (Qiyamə surəsi, 14-15)
Hər insan şüur sahibi olduğu andan etibarən Allah'ın qəlbinə vəhy etdiklərindən, bu neməti gözəl dəyərləndirməkdən məsuliyyət daşıyır. Ətrafındakı hadisələri idrak etməyə başlayan, mühakimə qabiliyyəti qazanan insan, nəfsi ilə vicdanını ayırd edə biləcək qabiliyyətə və vicdanına tabe ola biləcək iradəyə sahib olub deməkdir.
Unutmayaq ki, verdiyimiz qərarlardan, hərəkətlərimizdən, sözlərimizdən məsuliyyət daşıyırıq. Hamımız hesab günü sorğu-sual olunacaq və vicdanına, yəni qəlbinə vəhy edilənə tabe olan, Allah'ın sonsuz cənnətinə layiq görüləcək. Nəfsinə uyan isə Allah’ın Quranda bildirdiyi kimi, “qapıları kilidlənmiş” bir atəşlə qarşılaşacaq.
Adnan Oktarın Arab News-də nəşr olunan məqaləsi: