Bəzi insanlar elm adına saxta dəlillər irəli sürərək təkamül nəzəriyyəsini ayaqda saxlamağa çalışırlar. Hətta Quranda təkamüldən bəhs edildiyini iddia edən müsəlmanlar da var. Halbukiheç bir Quran ayəsində təkamül prosesindən bəhs edilmir. Əksinə, bir anda yaradılışın olduğu ən kiçik təfərrüatına qədər təsvir olunur. Quranda hz.Adəmin (əs)odda bişmiş və müəyyən forma verilmiş qara palçıqdan yaradıldığı bildirilir:
Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. (Hicr surəsi, 26)
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!”(Hicr surəsi, 28)
O, insanı saxsı kimi quru gildən yaratdı. (Rəhman surəsi, 14)
Allah insanı meymundan deyil, cansız maddə olan palçıqdan yaratmışdır. Ayələrdədə insanın təkamül keçirmədən yaradıldığı xəbər verilir. Bu isə müsəlman təkamülçülərin iddialarını təkzib edir.
Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin! (Hicr surəsi, 29)
Allahodda bişmiş cansız palçığı (çini heykəli) "ol" əmri ilə insana çevirmiş və ona Öz ruhundan üfürmüşdür. Bu təkamül prosesideyil, Allahın bir anda yaratmasıdır.
Allah ayələrdə bütün insanları əvvəlcə zərr aləmində yaratdığını bildirir. Bu isə Quranda təkamülün olduğunu iddia edənlərin yalanını üzə çıxaran həqiqətlərdən biridir.
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: 'Mən sizin Rəbbiniz deyiləmmi?'(–deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: 'Bəli, biz şahid olduq!'– demişdilər. (Bu ona görədir)ki, siz Qiyamət günü: 'Biz bundan xəbərsiz idik!'– deməyəsiniz. (Əraf surəsi, 172)
Ayədə hz.Adəmin (əs), eləcə də bütün insanların öz nəfslərinə şahid olmaları üçün dünyaya göndərilməmişdən əvvəl yaradıldıqları və eyni yerdə toplandıqları bildirilir. Yəni bütün bəşəriyyət bir anda, eyni yerdə və birlikdə yaradılmışdır. Bu insanların toplaşdıqları yer isə zərr aləmidir. Zərr aləmində hər kəs nəfs (insanın özü, bədəni, varlığı) sahibi olaraq Allahın hüzuruna çıxmışdır.
Burada mühüm bir məqama diqqət etmək lazımdır. Allah hüzurunda topladığı bütün insanlardan: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə soruşmuş,onlar isə: "Bəli (Rəbbimizsən), şahid olduq."– cavabını vermişlər. Zərr aləmindəki insanların bütün bədən üzvləri nöqsansız və qüsursuz olmuşdur. Danışmaq üçün dil vəsəs tellərinə, sualı eşitmək üçün qulaqlara, başa düşübcavab vermək üçün isə mükəmməl beyinə ehtiyac var. Həm özlərinə, həm də Allahın bütün insanların Rəbbi olduğuna şahid olmaq üçün isə qüsursuz görən gözə, açıq şüura, dərketmə qabiliyyətinə və ağıla sahib olmaq lazımdır. Əks təqdirdə şahidlik etmək mümkün deyil. Buna görə də ayədə oradakı hər kəsin nəfs sahibi olduqlarına (insanın özü, bədəni, varlığı) xüsusilə diqqət çəkilmişdir. Bu isə insanın təkamül yolu ilə mərhələ-mərhələ keçərək yaranması iddiasını tamamilə əsassız edir.
Ayələrdən aydın olur ki, insanlar dünyaya göndərilməmişdən əvvəl zərr aləmində ağıl və ruh sahibi olaraq qüsursuz yaradılmışlar. Ayənin sonundakı“(Bu,) Qiyamət günü: "Biz bundan xəbərsiz idik"– deməməyiniz üçündür” ifadəsi isə bütün insanların qiyamət günü sahib olduqları mükəmməl xüsusiyyətləri ilə eyni anda yenidən yaradılacağına işarə edir.
“Maidə” surəsində isə belə buyurulur:
“Allahın sizə göstərdiyi lütfkarlığını və siz: “Eşidirik və itaət edirik!”– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir.” (Maidə surəsi, 7)
Qrammatik qaydalara əsasən ayədəki "siz" ifadəsi şəxs əvəzliyidir. Deməli, o anda orada olanların hər biri (nəfər) insan idi. Eşitmək üçün qulağa, itaət etmək üçün isə ruha, qəlbə və ağıla ehtiyac var. Buna görə də ayədə (qulağı ilə) eşidən, eşitdiyini anlayan, ağlı, qəlbi, ruhu və bütün varlığı ilə Allaha itaət etdiyini təsdiq edən qüsursuz varlıqdan, yəni insandan bəhs edildiyi aşkardır.
Ayədəki"sizinlə bağladığı əhdi unutmayın" ifadəsi də Allahın bütün insanlardan söz aldığını vəhər kəsin bu məsuliyyəti daşıdığını göstərir. Yalnız ağıl, şüur və ruh sahibi olan insan söz verərək bunun məsuliyyətini öz öhdəsinə götürə bilər. Əhdinə sadiq qalmaq yaradılan varlıqlar arasında yalnız insana xas olan xüsusiyyətdir. Ayənin davamında isə Allah insanların verdikləri sözü unutmamalarını və davamlı xatırlamalarını əmr edir. Ayədəki "unutmayın"i fadəsi də xatırlamağı və danışmağı bacaran insanların varlığını göstərir.
Qurana əsasən, kainat yaradılmamışdan əvvəl insan var edilmişdir. Yəni insan hələ dünyaya gəlməmişdən əvvəl nəfsi, bədəni, qaşı, gözü, əli, qolu, ağlı və ruhu ilə tamamilə qüsursuz şəkildə, bir anda yaradılmışdır. Buna görə də insanın təkamül keçirdiyi iddiası həm Qurana, həm də elmi dəlillərə ziddir.
Quranda insanın iki dəfə yaradıldığı və iki dəfə öldürüldüyü bildirilir
Onlar deyəcəklər: 'Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Oddan) çıxmağa bir yol varmı?' (Mömin surəsi, 11)
Qeyd etdiyimiz kimi, bütün insanlar əvvəlcə zərr aləmində yaradılmış, hz.Adəm (əs) cənnətdə yaşadıqdan sonra isə dünyaya göndərilmişdir. "Mömin" surəsinin 11-ci ayəsində də "iki dəfə öldürüb, iki dəfə diriltdin" ifadəsi iləinsanların zərr aləmində Allaha söz verdikdən sonra canlarının alındığı bildirilir. Daha sonra isə Allah valideynləri vəsilə edərək insanları dünyada yaratmış, ömrlərini başa vurduqdan sonra canlarını alaraq axirətdə yenidən diriltmişdir.
Zərr aləmində bütün peyğəmbərlər hz.Mehdiyə (əs) kömək edəcəklərinə dair Allaha söz veriblər
Allah peyğəmbərləri də kainatdan öncə yaratmışdır. Yəni dünyada gəlmiş-keçmiş bütün qövmlər,eləcə də hz.Adəmdən (əs) hz.Muhammədə (səv) qədər bütün peyğəmbər və elçilər dünyaya göndərilməmişdən əvvəl zərr aləmində eyni anda yaradılmışlar.
(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”,– deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?– demişdi. Onlar da: “Təsdiq etdik!”– deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”,– deyə buyurmuşdu! (Ali İmran surəsi, 81)
Ayəyə görə, Allah zərr aləmində bütün insanlarla yanaşı, peyğəmbərlərdən də əhd almışdır. Ayədəki "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir elçi gəldikdə" ifadəsi ilə peyğəmbərlərə endirilən kitabı təsdiq edən bir elçinin göndəriləcəyi bildirilmişdir. Həmin elçinin isə kitabı olmayacaq, lakin digər kitabları təsdiq edəcəkdir.
Qurana tabe olan və onunla hökm edən həmin insan hidayət rəhbəri, yəni hz.Mehdidir. Qrammatik qaydalara əsasən ayədəki "ona" işarə əvəzliyi üçüncü şəxsin təkində olduğuna görə bir insanı ifadə edir. Bu isə kitab verilməyən,lakin özündən əvvəl gələn peyğəmbərlərin kitablarını təsdiq edən və açıqlayan hz.Mehdidir (əs). Bütün peyğəmbərlər də hz.Mehdinin (əs) dünyaya göndəriləcəyinə və Qurana əsasən yaşayacağına iman gətirmiş, ona yardım edəcəklərinə dair Allaha söz vermişlər. Demək ki, bütün peyğəmbərlər zərr aləmində hz.Mehdini (əs) görmüş və ona şahid olmuşlar.
Allah bir ayədə peyğəmbərlərdən qəti söz aldığını belə bildirir:
Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq. (Əhzab surəsi, 7)
Bəzi insanlar peyğəmbərlərin ona yardım edəcəyinə dair söz verdikləri şəxsin Peyğəmbərimiz (səv) olduğunu iddia edirlər. Yuxarıdakı ayədə isə Peyğəmbərimizin (səv) də hz.Mehdiyə (əs) yardımçı olacağına söz verdiyi bildirilir. Buna görə də həmin iddia tamamilə əsassızdır.
Bəs Peyğəmbərimiz (səv) bu yardımı necə edib? Hz.Muhammədə (səv) Cəbrayıl (əs) vasitəsilə vəhy gəlmiş, bunun sayəsində də hz.Mehdinin (əs) nə vaxt, hara, necə gələcəyini, fəaliyyətlərinə harada və hansı şəkildə başlayacağını öyrənmişdir. Həmçinin, başına nə gələcəyi, yaşadığı dövrdə hansı təbii və ictimai hadisələrinbaş verəcəyi haqqında xəbər tutmuşdur. Peyğəmbərimiz (səv) hz.Mehdinin (əs) bütün fiziki xüsusiyyətlərini də ən kiçik təfərrüatına qədər görmüş və yadda saxlamışdır. Ayədə hz.Muhammədə (səv) gələn bu vəhyin ağır məsuliyyət olduğu bildirilir. Buna görə də Peyğəmbərimiz (səv) Cəbrayıldan (əs) öyrəndiyi bilgiləri müsəlmanlara çatdırmışdır. Çox əhəmiyyətliolan bu məlumatlar vəhy katibləri, əhli-beyt, eləcə də tabein və təbə-tabein dövründə yaşayan müsəlmanlar vasitəsilə həm yazılı,həm də şifahi formada dövrümüzə qədər gəlib çatmışdır. Bunun sayəsindədə axırzaman müsəlmanları hz.Mehdi (əs) haqqında bir çox bilgilər əldə etmişlər.
Peyğəmbərimiz (səv) Allaha verdiyi sözü layiqincə yerinə yetirmişdir. Bu isə axırzamanda müsəlmanların böyük şövq və həyəcanla apardıqları elmi və fikri mübarizənin uğurunun əsasını təşkil edir. Buna görə də hz.Muhammədin (səv) övladlarından və sərkərdələrindən biri olan hz.Mehdinin (əs) dünya miqyasındakı qələbəsi Peyğəmbərimizin (səv) qələbəsidir.
Peyğəmbərlərdən verdikləri sözə sadiq qalıb-qalmamalarının soruşulması
(Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın! (Əhzab surəsi, 8)
Ayədə peyğəmbərlərin Allaha verdikləri əhddən sorğu-sual olunacaqları bildirilir.Bütün peyğəmbərlər Allaha verdikləri sözə sədaqət göstərərək hz.Mehdiyə (əs) yardım etmişlər. Məsələn, Peyğəmbərimiz (səv) bu mövzunu ayə və hədislərlə ən gözəl tərzdə izah etmişdir. Bunun sayəsində də həm hz. Mehdiyə (əs), həm də axırzamanda yaşayan müsəlmanlara yol göstərmişdir.
hz.İsa (əs), hz.Musa (əs), hz.Nuh (əs) və hz.İbrahim (əs) də hz.Mehdiyə (əs) yardım edəcəklərinə dair Allaha söz vermişlər. Hz.İsa (əs) İncildəki axırzaman əlamətlərini həm həvarilərinə, həm də bütün inananlara izah etmişdir. Hədislərdə isə hz.İsanın (əs) bu əsrdə Allahın izni ilə yenidən zahir olacağı və hz.Mehdiyə (əs) yardım edəcəyi bildirilir.
Mehdi olmaq üçün Allaha üç dəfə dua edən hz.Musa (əs) da öz qövmünə Moşiyahdan (hz.Mehdi (əs)) bəhs edərək onun dünya hakimiyyətinin necə olacağını ən kiçik təfərrüatına qədər təsvir etmişdir. Üstəlik, müqəddəs əmanətləri Müqəddəs Sandıqda gizlədərək onları əsl sahibinə, hz.Mehdiyə (əs) çatdırmaq üçün bütün lazımi tədbirləri görmüşdür.
Hz.Nuh (əs), hz.İbrahim (əs) və digər bütün peyğəmbərlər də öz qövmlərinə hz.Mehdidən (əs) şövqlə bəhs etmişlər. Hətta hz.İbrahim (əs) tez-tez dünya hakimiyyəti haqqında danışırdı. Çünki hz.Mehdinin (əs) gözəl əxlaqla və Quranın nuru ilə dünyaya hakim olacağını bilirdi.
Zərr aləmində əhd bağlayan möminlər hz.Mehdini (əs) qəbul edərək ona tabe olacaqlar
Bir çox hədislərdə hz.Mehdini (əs) bəsirət gözü ilə görüb ona tabe olan gənclərdən bəhs edilir. Onun tələbələri bu mübarək şəxsə dərin sevgi bəsləyəcək və səmimi qəlbdən bağlanacaqlar. Heç bir təzyiq və məcburiyyətlər onları hz.Mehdinin (əs) yanından ayıra bilməyəcək. Allaha və Qurana iman gətirən bu gənclər küfrün və münafiqlərin hücumlarına baxmayaraq, var gücləri ilə hz.Mehdinin (əs) yanında ideoloji mübarizə aparacaqlar. Çünki hz.Mehdinin (əs) tələbələri də ona yardım edəcəklərinə dair zərr aləmində Allaha söz vermişlər. Buna görə də hər zaman şövqlü, sədaqətli, fədakar və vəfalıdırlar.