Böyük əhli-sünnə alimi İmam Rəbbani Həzrətləri Hz. Mehdi (ə.s.)-ın zühuruyla əlaqədar olaraq Məktubatı Rəbbani adlı əsərində iki ədəd çox əhəmiyyətli ölçü vermişdir.
1. ÖLÇÜ
Bu ölçülərdən birincisi Hz. Mehdi (ə.s.)-ın Peyğəmbərimiz (s.ə.v)-dən min il keçdikdən sonra zühur edəcəyidir.
Rəbbani Həzrətləri Məktubati Rəbbaninin 1/569. səhifəsində belə bildirir:
Ancaq gözlənilən odur ki; ARADAN MİN İL KEÇDİKDƏN SONRA bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib su tapa bilməsi artırıla... Beləliklə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtə.. Və uca bağlılığa dəyər verən HZ. MEHDİ GƏLSİN. Allah ondan razı olsun.
(Məktubati Rəbbani, 1/569)
Hal-hazırda Hicri 1431-ci ildəyik. Bu tarix Peyğəmbərimiz (s.ə.v)-dən sonra 1000 ilin keçdiyini göstərir. Bu da Rəbbani Həzrətlərinin Hz. Mehdi (ə.s.)-ın zühuru üçün lazımlı olduğunu ifadə etdiyi birinci ölçünün artıq reallaşdığını isbat edir.
2. ÖLÇÜ
Rəbbani Həzrətlərinin Hz. Mehdi (ə.s.)-ın zühuruyla əlaqədar verdiyi ikinci böyük ölçü isə "iki dişli münəvvər bir ulduzun" dünyanın yaxınından keçməsi şərtidir.
Səhabələrin verdiyi xəbərə görə, Rəsulullah (səv) Əfəndimiz belə buyurmuşdur:
"Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR."
"ŞƏRQ TƏRƏFİNDƏ BIR KOMETA DOĞULUB İŞIQ SAÇACAQ."
Bu ulduz da doğulmuşdur. Amma odurmu, yoxsa onun bir bənzəridirmi?
Bu ulduza:
-Kometa, adının verilməsi, ehtimal ki, bu izahlara əsaslanır:
-Sabitlərin seyri, MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR)(4)...
Bu ulduzun vəziyyəti də, onun seyrinə görədir. Yəni üzü məşriqə doğru, arxası da məğrib tərəfinədir. Bu işıqlı uzun tərəf də, onun arxa tərəfindədir. Bu mənanın nəticəsi olaraq ona:
-Quyruq... adının verilməsi çox yerindədir.
ONUN HƏR GÜNKÜ İRTİFİ (HƏRƏKƏT İSTİQAMƏTİ) İSƏ, MƏŞRİQDƏN MƏĞRİBƏDİR. (5) Ancaq o, kısri (özünə xas vəziyyətində ağırlıq daşıyan) seyri ilə fələk-i azamın seyrinə bağlıdır.
Həqiqəti halını ən yaxşı bilən Sübhan Allahdır.
İmamı Rəbbani, Məktubati Rəbbani, 381. Məktub, s. 118
(1) ... iki dişli...:
Lulin kometasının arxa qisimindəki quyruğun ikihaçalı olması, hədisdəki iki dişli ifadəsiylə tamamilə uyğun gəlir.
(2) ... münəvvər (işıqlandırıcı)...:
Hədisdə bəhs edilən münəvvər (işıqlandırıcı) təyini Lulin kometasının dünyaya yaxınlaşdıqca 6 ulduz parlaqlığı qədər artan parlaqlığına işarə edir.
(3) ... buynuz...:
Lulin kometasını digər kometalardan fərqləndirən ən əsas cəhət isə ulduzun nüvəsinin arxa qisimdə mövcud olan quyruğun qarşısında, nüvənin ön qisimində, yəni hərəkət istiqamətində də bir quyruğunun olmasıdır. Lulin kometasının çəkilmiş fotoşəkillərinə baxıldığında, əks istiqamətdəki iki quyruğun forma etibarilə bir buynuzu xatırlatdığı ilk baxışdan müşahidə olunur.
(4) Sabitlərin seyri məğribdən (qərbdən) məşriqədir (şərqədir)...:
Hədisin ardınca qeyd edilən "Sabitlərin seyri, məğribdən (qərbdən) məşriqədir (şərqədir)..." ifadəsi göy cisimlərinin hərəkət istiqamətinə işarə edir, ki, bu məlumat 20-ci əsrdə əldə edilən astronomiya məlumatlarıyla tam uyğunlaşır. Həqiqətətn də bütün göy cisimləri MƏĞRİBDƏN (qərbdən) (MƏŞRİQƏ) şərqə hərəkət edir.
(5) Onun hərgünkü irtifi (hərəkət istiqaməti) isə, məşriqdən (şərqdən) məğribədir (qərbədir)...: Burada isə "Onun hər günkü irtifi ( hərəkətvistiqaməti) isə..." deyilərək, Lulin kometasının digər göy cisimlərindən fərqli olaraq şərqdən qərbə doğru hərəkət etdiyi bildirilmişdir.
Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in hədisində axır zamanda gəlməsi gözlənilən Hz. Mehdi (ə.s.)-ın zühur əlaməti olaraq ifadə etdiyi və İmam Rəbbaninin də əsaslı şəkildə təfsir etdiyi "iki dişli münəvvər (işıqlandırıcı) bir buynuz çıxar" ifadəsi 24 Fevral 2009-cu ildə, yəni Hicri 1430-cu ildə Dünyaya ən yaxın nöqtədən keçən Lulin kometasına işarə edilir.
Bu kometanın başqa bir əhəmiyyətli xüsusiyyəti də elm adamları tərəfindən "bir daha 1000 İL SONRA yenidən Dünyanın yaxınlığından keçə biləcəyinin deyilməsidir.
(Lulin kometasının min ildən bir gəldiyi, bundan sonra peyda olmasının da min il sonra olacağını açıqlayan elmi izahların mövcud olduğu bəzi internet saytları.)
http://www.skyandtelescope.com/observing/home/35992534.html
http://kathmanduk2.wordpress.com/2009/01/17/skywatch-comet-lulin-approaches/
http://www.dipity.com/timeline/Cometlilin
http://topnews.us/content/23887-get-best-views-comet-lulin-now
http://www.brighthub.com/science/space/articles/25677.aspx
Elm adamların tərəfindən verilən bu zaman isə, Əhli sünnə alimlərinin -Peyğəmbərimiz (s.ə.v)-in hədislərini əsas alaraq- dünyanın ömrü və qiyamət günü ilə əlaqədar olaraq vermiş tarixlərə görə bu ulduzun bir daha keçməsinin mümkün olmadığını göstərir. Çünki Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə Dünyanın ömürünün 7000 il olduğu bildirilmişdir.
Ənəs Malik 'deyil tahric etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu:
DÜNYANIN ÖMÜRÜ, AXİRƏT GÜNLƏRİNDƏ YEDDİ GÜNDÜR. Allahı Təala buyurdu ki: Rəbbin qatında bir gün sizin saydıqlarınızdan min il kimidir.
Ənəs b. Malikdən rəvayət edilir. O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu:
Ənəs bin Malikdən: "Kim bir din qardaşının Allah yolunda ehtiyacını qarşılayarsa, Allah onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə, BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMÜRÜ MÜDDƏTİNƏ savab yazar."
(Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır zaman, səh. 88)
Yenə Hənbəli Məzhəbinin qurucusu Əhməd İbni Hənbəlin əsərində iştirak edən və Peyğəmbərimiz (s.ə.v)dan rəvayət edilən bir hədisdə isə Peyğəmbərimiz (s.ə.v)-ə qədər dünyanın ömüründən 5600 il keçdiyi bildirilmişdir:
Əhməd İbni Hənbəl nəql etdi.
DÜNYADAN BEŞ MİN ALTI YÜZ/ÜZ İL KEÇMİŞDİR.
(Kitab-ül Burhan Fi Əlamət-el Axır zaman, 89)
Böyük əhli-sünnə alimlərdən Suyuti Həzrətləri isə ümmətin ömrü ilə əlaqədar olaraq belə bildirmişdir:
"MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLDƏN ÇOX OLMAYACAQ."
(Suyuti, əl-Kəşfi an Mücavezeti Hazihil Ümməti əl-Elfu, əl-havi lil Fetavi, Suyuti. 2/248, təfsiri Ruhul Bəyan. Bursevi. (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, Kitabu'l-İlel, səh. 89)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bütün bu məlumatlara baxdığımızda, dünyanın ömrünün hicri təqvimlə 1500-cü illəri keçməyəcəyini görürük. Bu səbəbdən Lulin kometasının növbəti dəfə dünyanın yaxınlığından 1000 il sonra keçməsi səhih hədislərə və əhli-sünnə alimlərinin ortaq fikirlərinə görə mümkün deyil. (doğrusunu Allah bilir.)
Bu vəziyyət həm Rəbbani Həzrətlərinin Məktubatında bildirdiyi "iki dişli münəvvər ulduz" ilə əlaqədar məlumatın, hicri 1430-cu ildə dünyamızın yaxınlığından keçən Lulin kometasına aid olduğunun bir isbatı, həm də Hz. Mehdi (ə.s.)-ın zühuruyla əlaqədar olaraq verdiyi bu son ölçünün də reallaşmış olduğunun açıq bir göstəricisidir.