“Himayə edən, qoruyan, dəstək olan insan, yəni “hami” xarakterli insan olmaq
ucgen

“Himayə edən, qoruyan, dəstək olan insan, yəni “hami” xarakterli insan olmaq

1131

Bəzi insanlar var ki, hər kəs tərəfindən sevilirlər. Bu sevginin əsas xüsusiyyəti odur ki, bu insanlar “olduqları hər yerdə “hami mövqeyində olurlar”.

Hami - qoruyan, nəzarət edən mənasını verir. Bu əxlaqı göstərən insanlar olduqları hər mühitdə şəfqətli, mərhəmətli, diqqətli və himayə edən olub, ən çox diqqətli olan və bu xüsusiyyətləri öz üzərlərində ən dərin yaşayan insanlardır.

 Heç kim bu insanları “sən olduğun yerdə bütün insanları qorumaqla, baş vermiş hər problem həll etməklə və bütün məsuliyyəti öz üzərinə götürməklə məsulsan” deyərək vəzifələndirməyib. Ancaq bu insanlar vicdanlı, məsuliyyətli, şəfqətli, sevgi dolu olduqlarına görə bu işi səssiz-sədasız öz üzərlərinə götürərlər. Ancaq əlbəttə ki, “mən belə bir vəzifəni öz üzərimə götürdüm, sizi qoruyacam, hər kəsə sahib çıxacam” kimi bir açıqlama da verməzlər. Sadəcə hadisələr öz-özündən baş verdikcə, imanları və əxlaqlarından qaynaqlanan bu xarakteri daimi olaraq göstərərlər.

Hami əxlaqlı olmaq bir çox məsələnin və bir çox insanın məsuliyyətini öz üzərinə götürmək deməkdir. Əlbəttə ki, hami xarakterli olmaq heç nəyin məsuliyyətini öz üzərinə götürməyən bir insanın vəziyyətindən daha çətindir. Bu işin səhv etmək, doğru qərar verə bilməmək, bir çox insanın nəfsini qarşısına almaq və ya hər kəsi eyni anda razı sala bilməmək” kimi riskləri də vardır. Ancaq sahib olduqları dərin vicdan və Allah qorxusuna görə bu insanlar belə risklərini də nəzərə alırlar. Allah rizası üçün müsəlmanların ehtiyaclarını və problemlərini həll etməyi öz rahatlıqlarından daha üstün görürlər.

Adı bəlli olmayan, ancaq hər kəsin fərqinə vardığı bu insanların göstərdikləri davranış “ Allahın rizasına ən uyğun əxlaqdır”. Çünki müsəlman imanlı və vicdanlı olduğuna görə heç vaxt ətrafında baş verən hadisələri sadəcə seyr etməklə kifayətlənməz. Yanındakı insanların bir xəstəliyi, yorqunluğu , iman zəifliyi, möminlər arasındakı anlaşılmazlıq, baş vermiş hansısa çətinlik və sıxıntı bu insanların “ ilk növbədə sahibləndikləri” mövzulardır.

Bu insanlar yuxarıda sadaladığımız xüsusiyyətlərə sahib olduqlarından heç kimə narahatlıq vermir və hər şeyi Quran əxlaqı, ağılla və vicdanla həll edirlər. Diqqət çəkmədən, insanlara problem çıxartmadan “ bir problem var və mən hazırda bu problemi həll edirəm” kimi bir görünüş vermir, sakit və narahatlıq yaratmadan hərəkət edirlər.

Bu insanların davranışlarında diqqət çəkən başqa əsas xüsusiyyət isə heç zaman “özlərini ön plana çıxarmağa” cəhd etməmələridir. Məqsədləri “lider” olmaq, insanlar arasında söz sahibi olaraq onlara “təkəbbür göstərmək” və ya “bu şəkildə öz təkəbbürlərini bəsləmək” deyil. Sadəcə fədakarca hami xarakterində ətraflarındakı insanlara şəfqət, mərhəmət və sevgi göstərərlər. Quranda bu insanların göstərdikləri üstün əxlaq belə xatırladılmışdır:

Onların bəzi təbəqələrinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran. (Hicr surəsi, 88)

 Bəzi insanlarda da hami xarakterinin əksinə bir anlayış var. Sıxıntısı, problemi və ya narahatlığı olan bir insan varsa bu insana şəfqət və mərhəmətlə yaxınlaşmaq əvəzinə, “hirslənir”. Bu insana sahib çıxaraq probleminə kömək etmək əvəzinə  “Niyə belə etdin?”, “Sən belə etməsəydin, belə olmazdı”, “Hamısı sənin xətandır”, “Niyə nəticəsini əvvəlcədən düşünmədin?” deyərək onu daha da narahat edirlər.

Halbuki həmin insanlar da eyni şəraitə düşsələr özlərinə sevgi, şəfqət və mərhəmətlə davranılmasını istəyirlər. Allah bir Quran ayəsində insanlara bu həqiqəti belə xatırlatmış və insanları bir-birlərinə mərhəmət göstərməyə çağırmışdır:

Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Nur Surəsi, 20)

Bütün insanlar Allahın şəfqətinə və mərhəmətinə möhtacdırlar. Hər insan şəfqətdən, sevgidən, xoş münasibətdən xoşlanan xislətdə yaradılmışdır. Bütün insanlar görmək istədikləri mərhəməti  başqalarına qarşı da göstərməyə çalışmalıdırlar.

Allah möminlərin “bir-birlərinin vəliləri” olduqlarını bildirmişdir. Möminlərin problemlərini onları narahat etmədən həll etmək, yalnış davranışlarını belə Quran əxlaqına əsasən şəfqətlə düzəltməyə çalışmaq, hər kəsin köməyinə tələsmək, ətrafda olan çatışmamazlığı həll etmək, köməyə ehtiyacı olanın heç düşünmədən ilk sığınacağı insan olmaq möminlərin vəli xarakterlərindən qaynaqlanır.

Allah Quranda bu əxlaqı göstərən insanları rəhməti ilə müjdələmişdir:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr