Oxşarı hazırlana bilməyən möcüzəvi maye: Qan
Qanda reallaşan hadisələri araşdıran elm adamları qarşılaşdıqları qüsursuz nizamı təqlid edə bilmək üçün işlərini hələ də davam etdirirlər. Ancaq bu günə qədər konkret bir irəliləyiş qeydə alınmayıb. Hətta tədqiqatçılar bu fövqəladə mayeni təqlid etməyə çalışmaqdan imtina etmişlər, qan ilə əlaqədar araşdırmaların istiqamətini dəyişdirmişlər. Oksigen daşıya bilən ehtiyat mayeni hazırlamaq üçün işlər həyata keçirirlər.
Ancaq elm adamları qan ilə əlaqədar işlər görərkən müxtəlif çətinliklərlə üzləşirlər. Qanı damardan çəkdikləri anda qan laxtalanır. Qan hüceyrələrinin mikroskop altında və bədəndə eyni şəkildə hərəkət edib etmədikləri bilinmir. Bundan başqa qan nə plastik şlanqda, nə də şüşə qabda tam mənasıyla canlı qalmadığı üçün içindəki hüceyrələr ayrı-ayrı götürülüb araşdırılır. Bütün bunlar nəzərə alındıqda elm, canlı “qanı” deyil, laboratoriyadakı qanı analiz edərək tanıyır. (R. von Bredow, Geo, Noyabr 1997)
Laboratoriyalarda oxşarı hazırlana bilməyən bu fövqəladə maddə insan ilk ortaya çıxdığından bəri bədəndə hazırlanır. Bu gün sahib olduğumuz yüksək texnologiya ilə təqlid belə edilə bilməyən bir maddənin müəyyən zaman ərzində öz-özünə təsadüflərin təsiriylə meydana gəldiyini iddia etmək ağıldan tamamilə uzaqlaşmaq deməkdir. Bir çox canlı növünə həyat verən bu maddə Allahın yaratmasının açıq dəlillərindən biridir.
Bədəndəki təkrar istifadə sistemi sayəsində təmin edilən qazanc
İnsan bədənindəki təkrar istifadə sistemi də qüsursuz bir quruluşa malikdir. Hər an çox sayda əməliyyatın reallaşdığı bədənimizdə davamlı zərərli tullantılar, ölü hüceyrələr, bədənə daxil olan və müdafiə sistemi tərəfindən parçalanan xarici maddələr və daha bir çox gərəksiz maddə hərəkət edir. Ancaq bunların heç biri bədənə zərər verməz.
Çünki bədəndə bu maddələri xaricə ata biləcək və ya bədən üçün lazım olan əməliyyatları qiymətləndirəcək sistemlər mövcuddur. Nümunə olaraq davamlı yenilənən eritrosit hüceyrələrini göstərə bilərik. Bu hüceyrələrin ömrü təxminən 120-130 gündür. Yaşlı eritrosit hüceyrələri qaraciyərdə, dalaqda və sümük iliyində ölürlər. Ölən eritrosit hüceyrələrinin yerinə də davamlı yeni eritrosit hüceyrələri hazırlanır. Hər saniyə 10 milyon eritrosit hüceyrəsi ölür, yerinə hər gün 200 milyard yeni hüceyrə yaradılır və bu şəkildə bədənin bütün eritrosit hüceyrələri təxminən dörd ayda bir tamamilə yenilənmiş olur. (The Circulatory System, Regina Avraham, The Encylopedia of Health, Chelsea House Publishers, Bölüm 4, səh. 49)
Ölən eritrosit hüceyrələrinin içində olan dəmir molekulu da bədənimizdəki “təkrar istifadə” sistemi ilə yeni eritrosit hüceyrələrinin istehsalında istifadə edilmək üçün saxlanılır. Bu mükəmməl bir sənaye planlaşdırma nümunəsidir. (Prof. Dr. Əhməd Noyan, Həyatda və Həkimlikdə Fizioloji, 10. Çap, Meteksan A.Ş., Mart 1998, səh.670-673) Belə bir planlaşdırmanın özbaşına ortaya çıxa bilməyəcəyi açıqdır. Eritrosit hüceyrələrinin bu xüsusiyyətləri ilə birlikdə yaradan Allahdır.
Ürək necə qidalanır?
Ürək əzələsi qida maddələrinin və oksigenin keçə bilməyəcəyi qədər qalın və möhkəm toxumalıdır. Bu səbəblə öz içindən keçən qandan yararlana bilməz. Ancaq ürək də bir orqandır və digər orqanlar kimi hüceyrələrinin qana ehtiyacı vardır. Hətta ürək daimi çalışan bir əzələ olduğu üçün digər bütün orqanlardan daha çox oksigenə ehtiyacı vardır.
Ürəyin bu ehtiyacı da yenə çox unikal bir dizayn sayəsində həll edilmişdir. Ağciyərdən ürəyin sol hissəsinə gələn qan bədəndəki ən təmiz və ən bol oksigenli qandır. Bu qanın bədənə vurulduğu aorta arterial damarından "tac arteriyalar" deyilən iki damar çıxar. Bu damarlar digər damarlar kimi bədənin başqa bölgələrinə getməz, onlar geriyə ürəyə dönər. Beləcə ən bol oksigenə sahib qan başqa heç bir yerə daxil olmadan birbaşa ürəyə çatdırılır.
Başqa bir dizayn da tac damarların düzülüş planında vardır. Bu damarlar ürəyə doğru gedərkən, bir-birləriylə ara əlaqələr qurarlar. Bu əlaqələr damarlardan birinin tıxanmasına qarşı bir zəmanətdir. Əgər damarlardan biri tıxanarsa, qan digər damardan yoluna davam edərək tıxanmış hissəsi keçər və ürəyə daxil olar. Bu dizayn şəhər planlaşdırma mütəxəssisləri tərəfindən içməli su şəbəkələri çəkilərkən istifadə edilər. Mövcud borulardan birində qəza olması halında şəhərin bir bölgəsinin susuz qalmaması üçün borular "şəbəkə sistemi" deyilən bu dizayna uyğun olaraq döşənər.
Göründüyü kimi yalnız ürəyi qidalandıran damarların bir-birləri ilə etdikləri əlaqələrdə belə heç bir təsadüfə yer qoymayan bir ağıl və planlaşdırma olduğu görünür.
Ürəyin digər quruluş xüsusiyyətlərinə keçmədən əvvəl bir xatırlatma etməkdə fayda vardır. Sadəcə bura qədər izah edilən xüsusiyyətlərini nəzərə alsaq belə ürəyin təkamülçülərin iddia etdikləri kimi mərhələli bir şəkildə, üstəlik də bu mərhələlərin hamısının təsadüfən meydana gəlməsinin mümkünsüz olduğunu dərhal görərik.
Ürəkdə hər cəhətdən əksiksiz, qüsursuz bir dizayn vardır. Ürəyin özlüyündə bütöv şəklindən əlavə, ürəyi meydana gətirən hissələrdən birinin belə öz-özünə meydana gəlməsi qətiyyən mümkün deyil. Üstəlik ürək kimi mükəmməl quruluşa sahib olan bir orqanın nə qədər mümkünsüz olsa da öz-özünə ortaya çıxdığını düşünsək belə bu da heç bir işə yaramayacaq. Çünki dövretmə sistemi olmayan, bədənə vuracaq qanı olmayan bir ürək nə qədər mükəmməl xüsusiyyətlərə sahib olursa olsun heç bir funksiyaya sahib ola bilməyəcək və yenə təkamülçü məntiqə görə funksiyası olmayan bir orqan olaraq ortadan qalxacaq. Göründüyü kimi tək bir nümunə belə təkamülçü iddiaların öz içində belə böyük ziddiyyətlər daşıdığını ortaya qoyur.