3 iyun 1947-ci ildə İngiltərə Baş naziri Klement Etli, müstəmləkəsi altındakı Hindistanın müstəqilliyi və bölünməsi üçün qanun layihəsi irəli sürdü. Beləliklə, İngiltərə hakimiyyəti altındakı 500-dən çox əyalət bölünmə planı ilə Pakistan və ya Hindistanın tabeçiliyi altına girdi. Nəticədə 14 avqust 1947-ci ildə iki müstəqil dövlət meydana gəldi.
Ancaq Cəmmu və Kəşmir əyalətlərinin hansı dövlətin idarəçiliyinə girəcəyi məsələsi həll edilə bilmədi və bu Hindistanla Pakistan arasında 60 ildən çox çəkən münaqişəyə səbəb oldu. Əslində bölünmədən əvvəl Kəşmirdə müsəlmanların sayı çox idi və 1941-ci ildə ingilis Hindistanındakı əhalinin sayına görə Kəşmir vadisi əhalisinin 93,6%-ni müsəlmanlar, sadəcə 4%-ni hindular təşkil edirdi. Bütün bunlar Cəmmu və Kəşmir əyalətləri üzərində 1947-ci ildə Hindistan və Pakistan arasındakı ilk müharibənin başlanmasına səbəb oldu.
Bu ilk anlaşmazlıq BMT-nin vasitəçiliyi ilə atəşkəslə həll olundu və Kəşmirə aid 21 aprel 1948-ci il qərarına əsasən “Hindistan və Pakistan Cəmmu və Kəşmirin Hindistan və ya Pakistan hakimiyyəti altına girməsi məsələsini demokratik metod olan sərbəst və ədalətli referendum yolu ilə müəyyn edilməsini istəyir”. BMT tərəfindən tələb edilən referendum həyata keçirilə bilmədiyi üçün Hindistan və Pakistan arasındakı münasibətlər pozuldu və nəticədə 1965, 1971 və 1999-cu ildə üç müharibəyə səbəb oldu.
Mövcud statusu ilə Hindistan, Pakistan və Çin sərhəddi ilə əhatə edilmiş bir bölgə olan Kəşmirin üçdə biri, şimal bölgəsini əhatə edən və Azad Kəşmir olaraq bilinən bugünkü Gilgit-Baltistan bölgəsi Pakistan tərəfindən idarə edilir. Ladakx, Cəmmu və Kəşmir Vadisini içinə alan Cəmmu və Kəşmir əyaləti olaraq bilinən üçdə iki hissəsi isə Hindistan tərəfindən idarə edilir. Əslində Cəmmu və Kəşmir əhalisinin 67%-i İslamı yaşayan, əksəriyyəti müsəlman olan Hindistandakı yeganə əyalətdir.
Davam edən münaqişə qadınların, kişilərin və uşaqların ölümünə səbəb olan dəhşətli qətlimlara səbəb oldu. Son 25 ildə münaqişə zamanı 70.000 insan öldü, 10.000 insan isə itkin düşdü. “Uşaqları Xilas Edin” adlı İngiltərənin qeyri-hökumət təşkilatı tərəfindən təkcə Himalay bölgəsində aparılan bir araşdırmaya görə, 200.000 yetim uşağın 37%-nin münaqişə zamanı yetim qaldığı bildirilir. Bundan başqa Hindistanda itkin düşmüş minlərlə kəşmirlinin olduğunun bir sübutu olaraq Cəmmu və Kəşmir əyalətinin 38 bölgəsində aparılan bir araşdırma ilə kəşf edilən 2730 adsız qəbir müsəlmanlara edilən zülmü bir daha ortaya qoydu. Bu kütləvi qətliam ehtimalını artırır. Cəmmu və Kəşmir əyalətindəki bu cinayətlər, mühakimə edilmədən törədilən qətllər və müsəlmanların məcburi itkin düşməsi ilə bağlı olaraq beynəlxalq təşkilatlara, xüsusilə də BMT tərəfindən həyata keçiriləcək araşdırmalara çox ehtiyac var. Azad yaşamaq və insanların təhlükəsizliyinə dair bu tip pozuntular olduğu təqdirdə Hindistanda demokratiyadan bəhs etmək mümkün deyil.
Bundan başqa Cəmmu və Kəşmirdəki müsəlman əhali 2011-ci ildən 11 Hindistan əyalətində təxminən 80 bölgədə fəaliyyət göstərən maocu hücumla qarşı-qarşıyadır.
Maocular daimi olaraq kəndlilərdən sığınacaq və məlumat tələb etdiyi üçün və sonradan təhlükəsizlik qüvvələri tərəfindən üsyançılarla əməkdaşlıq etdikləri üçün cəzalandırıldıqlarından kəndlilər təhlükəsizlik güvvələri ilə maocu üsyançılar arasında qalırlar.
Müsəlmanların təzyiq altında olduqları, durmadan hücuma məruz qaldıqları və etmədikləri cinayətlərə görə fərqli qüvvələr tərəfindən əziyyət gördükləri açıqdır. Bu şəraitdə öz evlərində normal şəkildə yaşaya bilmirlər. Maoçuların hətta uşaqları da öz sıralarına qatdıqları və şagirdləri riskə ataraq məktəblərə hücum etdiklərinə dair rəsmi məlumatlar mövcuddur.
Cəmmu və Kəşmirdə Hindistan hökumətinin nəzarət etdiyi həbsxanalarda da dəhşətli hadisələr baş verir. Bölgədə hər 17 vətəndaşa 1 əsgərin düşdüyü, təxminən 700.000 nəfərlik hərbi güc cəbhə boyu düzülmüşdür. 2005-ci ildə Beynəlxalq Qızıl Aypara Cəmiyyəti onlar tərəfindən məhkumlara "müntəzəm olaraq elektrik verildiyi, döymə və cinsi zorakılığa" məruz qaldığını rəsmiləşdirmişdir. Beynəlxalq Qızıl Aypara Cəmiyyəti işçiləri amerikalı diplomatlara Cəmmu və Kəşmirdəki həbsxanalarda 177 dəfə olduqlarını, pis rəftar və altı işgəncə üsulundan bir və ya bir neçəsinə məruz qaldıqlarını deyən 1.491 məhkumla görüşdüklərini bildirmişdir. Bu zorakılığın arxa planında 1958-ci ildə Hindistandakı hərbi güclərə demək olar ki, tam azadlıq verən Silahlı Qüvvələr Xüsusi Səlahiyyət Qanunu dayanır. Müsəlmanlara edilən zülm təhlükəsizlik maskası altında tətbiq olunur və insanlar heç bir xəbərdarlıq olunmadan şübhə əsasında həbs edilir.
Məhdud sayda həqiqəti ortaya qoyan bu ümumi nəzər müsəlmanların 14-cü əsrdən etibarən yaşadıqları Cəmmu və Kəşmir əyalətində məruz qaldıqları əziyyəti görmək üçün kifayətdir. Sevgi, mərhəmət, fədakarlıq və qətiyyət kimi əxlaqi cəhətləri ilə müsəlmanlar dəyərli və hörmətə layiq insanlardır. Dinləri, mədəniyyət və xeyirxahlığı ilə bölgədə kök salıblar. Hindistan müsəlmanların məruz qaldıqları qanunsuzluq, sui-istifadə və pis rəftara son verdikdə və hakimiyyəti altında yaşayan hər fərdin üzərindəki təzyiqi aradan qaldıraraq keçmiş səhvlərini düzəltdiyi təqdirdə həqiqi demokratik ölkə ola bilər.
Adnan Oktar'ın Daily Mail»də nəşr olunan məqaləsi:
http://dailymailnews.com/2015/01/08/human-rights-violations-should-end-in-jammu-and-kashmir-2/