Təkamülçülər insanın meymundan təkamül yolu ilə əmələ gəldiyini iddia edirlər. Lakin bu təkamülün necə baş verdiyi sualına “bilmirik, bəlkə gələcəkdə başa düşərik” deyə heç bir elmi dəyəri olmayan cavab verirlər. Təkamülçü paleoantropoloq İleyn Morqan (Elaine Morgan) belə etiraf edir:
İnsanlarla (insanın təkamülü ilə) bağlı ən vacib dörd sirr budur:
1) Nə üçün ayaqları üzərində gəzirlər?
2) Nə üçün bədənlərindəki qalın tükləri tökülmüşdür?
3) Nə üçün böyük beyinləri var?
4) Nə üçün danışmağı öyrənmişlər?
Bu suallara verilən standart cavablar belədir:
1) Hələ bilmirik.
2) Hələ bilmirik.
3) Hələ bilmirik.
4) Hələ bilmirik.
Suallar artırıla bilər, amma cavablar dəyişməyəcək. (Elaine Morgan, The Scars of Evolution,New York: Oxford University Press, 1994, səh. 5)
İnsan həyatı boyu materialist təlqinlərin təsiri altında ola bilər. Bu təlqinlərə görə həqiqəti səmimi şəkildə anlaya bilməz. Ancaq buna baxmayaraq, bütün həyatını xətalar içində davam etdirməməlidir. (http://www.qeder.com/)
Doğrunu görən bir insan vicdanının və ağlının səsini dinləyərək səhvində israr etməməlidir. Hər insan Qurani-Kərimdə bildirildiyi kimi, vicdanı ilə doğrunu gördüyü zaman ondan qaçmamalıdır:
Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə vətəkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu! (Nəml surəsi, 14)
Doğrunu görən və təsdiq edənlər isə Allah'ın iznilə həm dünyada, həm də axirətdə qurtulacaqlar: Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. (Zumər surəsi, 33)