İbni Ömər (r.ə) rəvayət edir:
Yalanların ən böyüyü insanın görmədiyi yuxunu gördüm deməsidir.
Buxari, Təbir: 45, Müsned 2:96, 119
Qaynaq :Camiüs Sagir / (Suyutinin yazdığı Feyzül Qədr əsas alınaraq edilmiş tərcüməsi)
Allah Quranda yalan danışmağı açıq şəkildə haram etmişdir. Bir insanın etdiyi bir şey üçün etmədim deməsi, ya da söylədiyi bir şey üçün söyləmədim deməsi necə yalan hökmündədirsə, görmədiyi bir yuxu üçün gördüm deməsinin də yalan olduğunu Peyğəmbərimiz (s.ə.v.) bu hədisində bildirmişdir. Hətta Peyğəmbərimiz (s.ə.v.) bunu yalanların ən böyüyü olaraq ifadə etmişdir. Bu səbəbdən insanın görmədiyi bir yuxunu görmüş kimi izah etməsinin haram olduğuna diqqət çəkərək, insanları bu günaha qarşı xəbərdar etmişdir.
Allah bir Quran ayəsində yalan danışmağı insanı hidayətə çatdırmayacağını xəbər verir:
Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz. (Mömin Surəsi, 28)
Xüsusilə içində yaşadığımız axır zamanda digər bütün günahlarda artım olduğu kimi, insanlar arasında görülməyən yuxuların sanki görülmüş kimi bir-birinə izah edilməsi də olduqca yayılmışdır. Belə ki, Peyğəmbərimiz (s.ə.v.) bir başqa hədisində axır zamanda haramların halal sayılmağa başlayacağını da bildirmişdir:
"Haram olan şeylərin halal sayılması... qiyamət əlamətlərindəndir." (Ölüm-Qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 454)