Mağarada yaşayan ibtidai insan yalanı
ucgen

Mağarada yaşayan ibtidai insan yalanı

14964

"Mağarada yaşayan insanlar"ın olmama ehtimalını heç düşünmüsünüzmü? Bəs insanların heyvanlar kimi yaşadığı, ov etdiyi, xırıldayan səslər çıxardığı, əllərində dəyənəklər, bədənlərinə heyvan kürkləri bağlayaraq gəzdikləri bir dövrün heç olmama ehtimalını düşündünüzmü? Bir çox insan əsl həqiqətin bu ola biləcəyini heç düşünməyib. Düşünməyib, çünki arxeoloji tapıntılar bu yalanı əsassız etsə də, verilən bütün bəyanatlar mağara adamlarının yaşamasında israr edir. Nə üçün?

Biologiya, genetika və paleontologiya sahəsindəki elmi kəşflərlə tamamilə əsassız olduğu ortaya çıxsa da, təkamül nəzəriyyəsini canlı tutmaq üçün hələ də böyük səylər göstərilir. Sivilizasiya tarixi xəyali təkamül nəzəriyyəsi ilə uyğunluq təşkil etmədikdə bu insanlar cavabsız qalan sualların iki qat artacağının fərqindədirlər. Bu səbəbdən bəşəri sivilizasiyaların da təkamül keçirdiyini iddia edirlər. Bu ssenarini dəstəkləmək üçün insanların mədəni inkişaf prosesində guya tam inkişaf etmədikləri Daş dövrü, Tunc dövrü, Dəmir dövrü kimi xəyali tarixi dövrlər ortaya atılıb.

Arxeoloji kəşflər artdıqca və keçmiş mədəniyyətlər haqqında daha çox məlumat ortaya çıxdıqca insan sivilizasiyalarının təkamül keçirdiyinə dair materialist düşüncə yerlə bir oldu. 40 min illik fleyta təkamülçülərin insanların ibtidai olduqlarını iddia etdikləri bir dövrdə musiqi ilə məşğul olduqlarını, musiqi alətində çaldıqlarını, əyləndiklərini, sənətlə məşğul olduqlarını və bəzək əşyalarından istifadə etdiklərini göstərdi. Başqa sözlə, onlar eynilə bizim kimi idilər, ibtidai deyildilər. 30 min illik mağara rəsmlərinin kəşf edilməsi ilə elm adamları lap çaş-baş qaldı. Bu rəsmlərdə istifadə olunan boyalar olduqca valehedicidir. Bu, həmin dövrün insanlarının incəsənət qabiliyyətlərinin çox inkişaf etdiyinin bariz nümunədir. Halbuki həmin dövr insanların qırıq-qırıq səslər çıxaran ibtidai insanlar olduqlarının iddia edildiyi dövrdür. Ancaq onlar sənətkarlıqla məşğul idilər. Üstəlik, istifadə etdikləri boyalar o qədər keyfiyyətli idi ki, minlərlə il sonra belə olduğu kimi qalmışdı. Hollandiyanın Leyden Universitetindən ilk insanlar arxeologiyası üzrə mütəxəssis Uil Roubroeks baş verən bu hadisələr qarşısında təəccübünü belə ifadə edir: "... İnsanlar demək olar ki, sənin və mənim kimi idilər". Əslində "demək olar ki" yox, tamamilə bizim kimi idilər. Bu gün bizim çəkdiyimiz rəsmlərin çoxu, bəlkə, min il sonra qalmayacaq. Belə olduğu halda, bizdən sonrakı nəsillər inkişaf etmiş mədəniyyətimizi sübut edəcək heç bir şey qalmadığı üçün ibtidai olduğumuzu düşünə bilərlər. Bu fikri keçmiş mədəniyyətlərə tətbiq etdiyimizdə onların da inkişaf etmiş mədəniyyətə malik olmaları mümkündür. Ancaq nailiyyətlərinin bir çoxu zamanın dağıdıcı təsiri ilə yox olmuşdur.

Bundan başqa, Smitsonian İnstitutunun haqqında “sivilizasiyanın inkişafı ilə bağlı ənənəvi fikri alt-üst edən”, - deyə bəhs etdiyi Göbəkli Təpə var. Türkiyədə yerləşən bu məbəd 1994-cü ildə alman arxeoloq tərəfindən ortaya çıxarıldıqda dünyanı heyrətə salmışdı. Göbəkli Təpə o dövrün insanlarının əvvəllər düşünüldüyü kimi, ovçuluq və yığıcılıqla məşğul olmadıqlarını, əksinə, astronomik hadisələrə əsaslanan məbədlər inşa edən, təsərrüfatla məşğul olan, daşları oyaraq sənətkarlıq nümunələri ortaya çıxaran, bəzisi 50 ton ağırlıqdakı nəhəng daş blokları daşımaq üçün texniki gücdən istifadə edən intellektual insanlar olduqlarını sübut edən 11 min illik məbəd kompleksidir.

Vaşinqton Uitman Kollecindən arxeoloq Qari Rollefson (Gary Rollefson) belə deyir: "Göbəkli Təpə ilə bağlı ortaya çıxan hər şey daha əvvəl düşündüklərimizi yerlə bir etdi. Bunları tapmaq gözəldir, amma anlamaq da yaxşı olardı". Digər bir araşdırma həmin sahədə yerləşən nəhəng meqalitik abidələrin "cənub səmasındakı “yeni”, çox parlaq ulduz olan Sirius ulduzunun çıxmasını "qeydə almaq" və izləmək üçün yerləşdirildiyini, hətta xüsusilə bunun üçün inşa edilmiş ola biləcəyini irəli sürür. 

Materialist anlayışa görə insanların ibtidai olmalı olduqları bir dövrdə bu insanlar çox inkişaf etmişdilər. Astronomiya və təsərrüfatla məşğul olmuş, daşlar üzərində sənətkarlıq nümayiş etdirmişdilər. Bu, təəccüblü haldır. Daşlar minlərlə il ərzində qalan yeganə tikilidirsə, bu insanların daha zərif olan digər obyektlər üzərində istehsal etdikləri incəsənəti ancaq təsəvvür edə bilərik.

Bundan başqa, Misirin məşhur piramidaları var. Müasir texnologiya və hər növ resurs istifadə edilsə belə, hər gün 10 blok yerləşdirərək təxminən 4000 il əvvəl inşa edilən Böyük Xeops Piramidasının 2,5 milyon daş blokunun 684 il ərzində yerləşdirilə biləcəyini bilirdinizmi? Ancaq elm adamları bu piramidanın 20-30 il ərzində inşa edildiyinə inanırlar. Heç bir texnologiyanın olmadığı bir dövrdə qədim misirlilər bu nəhəng piramidaları necə inşa ediblər?
 
Hansı güclə, hansı avadanlıqlarla, hansı üsullarla bu daş eyvanlar yüksəldilib? Qaya məzarlar hansı vasitələrlə yonulub? Tikinti zamanı işıqlandırma necə olub (piramidaların və məzar otaqlarının içindəki divarlarda, tavanlarda heç bir ləkə və ya qurum aşkar edilməyib)? Daş karxanalardan daş bloklar necə istehsal edilib və necə hamarlaşdırılıb? Bir neçə ton ağırlıqdakı bu bloklar necə daşınıb, 1/1000 santimetrlik həssaslıqla necə birləşdirilib?

Bəs açıq şəkildə təyyarələri təsvir edən antik daş oymalar barədə eşitmisiniz? Bu daş oymalar şumerlərdən mayalara qədər bir çox qədim sivilizasiyadan bugünkü günə miras qalıb. Məsələn, 1898-ci ildə Misirdə 2200 illik planer maketi tapıldı. Planerin texniki xüsusiyyətləri möhtəşəm idi. Taxtadan olan maketin qanadlarının forması və ölçüləri dövrümüzün ən inkişaf etmiş texnologiya məhsulu olan Konkordda olduğu kimi təyyarəyə minimum sürət itkisi ilə maksimum qaldırma təmin edəcək şəkildə dizayn edilmişdi. “History” kanalında bir sənədli filmdə maketlə bağlı belə deyilir: "Qədim misirlilərin bu sirli quş oymalarından 2000 il sonra müasir texnologiya onun şübhəyə yer qoymayacaq şəkildə uça bildiyini sübut etdi".

Bu bir neçə nümunə belə bu həqiqəti açıq və qəti şəkildə bəyan edir: ibtidai insanlar heç vaxt olmayıb. İnsanlar hər zaman insan olublar. Hər zaman insan olaraq yaşamış, sivilizasiyalar qurmuşlar və bunların yalnız bir qismi geridə izlər qoymuşdur. Dünyanın müxtəlif bölgələrində eynilə bu gün olduğu kimi tarixin hər dövründə yüksək mədəniyyətə sahib cəmiyyətlərlə bərabər daha primitiv şərtlər altında yaşayan cəmiyyətlər də mövcud olmuşdur. Bəzi yerlərdə kosmosa insan göndərilərkən Amazon hövzəsi meşələrində müasir dünyadan və onun təqdim etdiyi imkanlardan tamamilə uzaq qəbilələr var. Ancaq bu qətiyyən Amazon qəbilələrindəki insanların bioloji və ya zehni olaraq daha az inkişaf etmiş olduqları mənasını vermir. Bu, yalnız mədəniyyət və sivilizasiya müxtəlifliyinin bir nəticəsidir.

Adnan Oktarın “BERNAMA” (Malayziya), “OANA”da (Azərbaycan) və “Al Bilad”da (Kanada) yayımlanan məqaləsi:
http://www.bernama.com/en/features/news.php?id=1444511
http://www.oananews.org/content/news/featureanalysis/column-did-cavemen-really-exist


 

PAYLAŞIN
logo
logo
logo
logo
logo