Darvinizmin bir yalan olduğunun açıq-aşkar deyilməsi, təkamül nəzəriyyəsini təkzib edən sübutların bir-bir bütün təfərrüatları ilə üzə çıxamsı, şübhəsiz 150 illik tarix boyunca təkamül nəzəriyyəsinin heç qarşılaşmadığı bir şey idi. İnsanların böyük qismi, inanclarına zidd gəlməsinə və saxta bir din olduğunu başa düşmələrinə baxmayaraq, darvinizmə qarşı həmişə susub dayanır, bu yalnış sistemi qəbul etməyə məcbur edilirdilər. Təlimçilər ağıla, məntiqə, elmi sübutlara və inanclarına zidd olmasına baxmayaraq, şagirdlərinə təkamülü öyrətmək məcburiyyətində qalırdılar. Çünki bu insanlar üzərində hədə-qorxu siyasəti tətbiq olunurdu. Darvinizm, ancaq təzyiq, şiddət və zorakılıqla yaşadılırdı.
Amma artıq vəziyyət dəyişmişdir. Darvinizmin etibarsızlığı qəti və inkar edilə bilməz elmi sübutlarla üzə çıxmışdır. Darvinizmin böyük bir yalan olduğu, illərdir insanları aldatdığı, saxtakarlıqlarla yaşatmağa çalışıldığı açıq və qəti bir şəkildə isbat edilmişdir. Möhtəşəm əsər “Yaradılış Atlası”, elm adamlarının, universitet professorlarının, ölkə idarəçilərinin evlərinə girmiş, şagirdlər də daxil olmaqla mövzuya maraq duyan hər kəs bu əsəri internetdən asanlıqla əldə etmişlər. Bu vəziyyət, darvinistlər tərəfindən çaşqınlıqla, dəhşətlə, qorxu və narahatlıqla qarşılanmış, təkamül tərəfdarları öz ağıllarına görə “Yaradılış Atlası”nın oxunmasına maneə törətməyə çalışmış, lakin müvəffəqiyyətli ola bilməmişlər. Nəzəriyyələrinin böyük bir çıxılmaz vəziyyətlə qarşı-qarşıya olduğunu özləri də açıq-aşkar görməyə başlamışlar.
Bu həqiqətlər qarşısında darvinistlər cəbhəsində artıq dərin bir səssizlik hakimdir. Bir sıra qatı darvinistlər isə, təkamülü çürüdən çox sayda elmi sübutların təqdim edilməsinin və insanların buna maraq göstərib həqiqəti görmələrinə, darvinizmin məhv olduğunu görmələrinə baxmayaraq, sanki oyuncağı əlindən alınmış uşaq kimi “heç nə olmadı ki” məntiqini tətbiq etmişlər. “Hər nə olursa olsun mən yenə də Darvinizmə inanıram və müdafiə etməyə davam edəcəyəm” deyərək, bu vəziyyətin təsirini öz fikirlərinə görə hiss etdirməməyə çalışırlar. Halbuki bu da, heç bir nəticəyə çatmayan bir başqa darvinist yalanıdır.
Allahın, “...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.” (Nisa surəsi, 76) ayəsində ifadə etdiyi kimi, dəccalın qurduğu nizam olan darvinizm, çox tez məhv olan bir sistemdir. Belə ki, zülalların təsadüfən yarana bilmədiyini, ara fosilin olmadığının sübut edilməsi ilə bitər. Bir darvinist, bu məlumatdan sonra artıq bir daha darvinist ola bilməz. Ancaq məntiqsiz bir inadla, “mən inanıram və inanmağa davam edəcəyəm” deyə bilər. Amma bu da həqiqi fikirləri deyil. Darvinizmə inanmağı artıq qeyri-mümkündür. Sanki ağzına sürtülən acı bibərə görə ağızının heç yanmadığını iddia edən inadçı bir uşaq kimi, hal-hazırki darvinizm müdafiəçilərinin bəziləri də eyni inadı davam etdirirlər. Lakin şübhəsiz bir uşağın ağızının yanmadığını iddia etməsi əhəmiyyətli deyil. Nəticədə nə qədər rədd edirsə rədd etsin, ağzına sürtülən acı bibərə görə acını hiss etmişdir.
Bu səbəbdən, darvinizmin etibarsızlığını sübut edən saysız elmi dəlilin ardından, çox güman ki, indi dünyada darvinizmin bir yalan olduğunu bilməyən bircə darvinist də yoxdur. Artıq darvinistlər, təkamül nəzəriyyəsini qoruya bilmək üçün insanları aldatmağa çalışmağın heç bir fayda vermədiyini bilirlər. Artıq, 150 ildir xəyali ssenarilərlə və müxtəlif saxtakarlıqlarla süni yaratdıqları və zorla dik tutmağa çalışdıqları darvinizm sona çatmışdır. Bu xəyal məhsulu olan hekayənin bir darvinist bir kərə həqiqət olmadığını öyrəndikdə, artıq bu azğın inancı davam etdirməsi mümkün deyil.
Darvinistlər, bu qədər müddət ərzində uydurma bir qurtarıcı gözləmişlər. Bir elm adamının çıxıb, illərdir gözlənilən xəyali ara fosilləri üzə çıxaracağını zənn etmişlər. Amma indi bunun heç vaxt olmayacağı həqiqətini gözləri ilə görmüş, buna beyinləriylə inanmış vəziyyətdədirlər. Notre Dame Universitetinin fəlsəfə professoru Petervan Inwogenin bu sözləri diqqəti çəkən bir həqiqətə işarə edir:
“Əgər darvinistlər elmi həqiqətlərlə dolu bir kitabı, əhəmiyyət verməyərək, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılayarlarsa, bu vəziyyət bu gün darvinizmin elmi bir nəzəriyyə olmaqdan çox, ideologiya olduğuna aid get-gedə yayılan şübhələr üçün əhəmiyyətli bir sübut olacaq”.
Darvinistlər hər nə qədər “heç nə olmadı ki” desələr də, göstərilən reaksiyalardan, alınan tədbirlərdən, yaşanan çaxnaşmadan bu məğlubiyyətin böyük bir şok təsir yaratdığı açıq-aydındır. Əlbəttə, illərdir darvinizm yalanına inanmış və uzun illər aldanmaq bir elm adamına ağır gələ bilər. Ümumiyyətlə insanlar aldadılmış və bu yalanı kor-koranə müdafiə etmiş olmağı qəbul etmək istəməzlər. Bu səbəblə bütün bunlardan ilk çıxış yolu darvinizm əleyhindəki dəlillərə qarşı “inanmıram” iddiası ilə ortaya çıxmaqdır. Amma əslində bu adam, ortaya qoyulan sübutların doğru olduğuna 100% inanmışdır. Altı ay sonra ondan soruşanda, hirsi soyumuş olacaq, cavabları başqa olacaq. Çox güman ki, “Darvinizm ola da bilər olmaya da bilər” deyəcək.
Çıxış yolları tapmağa çalışacaq, “sonra yeni sübutlar ortaya çıxa bilər” kimi bir məntiq qarşıya qoyacaq. Halbuki bu azğın ideologiyanın sübutu olamayan bir yalan olduğunu çox yaxşı bilir. Lakin dərhal qəbul etmək ona çətin gələ bilər. Amma əslində, darvinizm bu adam üçün tam mənasıyla bitmişdir. Bir müddətdən sonra yağ dənəciklərinin suya düşərək zülala çevrildikləri fikirini müdafiə etmək özünə də axmaqca gələcək. Bircə dənə ara fosil olmadığı həqiqətini necə başa düşmədiyini heyrətlə anlayacaq, öz vəziyyətinə heyrətlənəcək, bəlkə də 50 il boyunca belə bir cəfəngiyyatı müdafiə etməyin çaşqınlığını yaşayacaq. Darvinizm cadusuna qapıldıqlarının, bir yalana dəstək olduqlarının utancını yaşayacaqlar. Bu gün ən qatı darvinistlər belə bu ruh halını yaşayırlar. Müxtəlif ifadələrindən bu başa düşülür, şübhəyə düşdükləri açıq-aşkar görünür, bəzən bunu açıqca etiraf edirlər. Halbuki səhv olan inancdan dönmək, doğru olanı qəbul etmək üçün heç vaxt gec deyil. Səhvdən dönüb doğruları qəbul etmək böyük bir ərdəmdir. Gərək elmi sübutları gördükdən sonra ediləcək ən doğru şey, darvinizmin böyük bir cəfəngiyyat olduğunu açıqca qəbul etməkdir.