İnsanlar qarşılarındakı insanları öz istədikləri şəkildə istiqamətləndirmək üçün tez-tez yalan danışırlar. Yalanın arxasında bəzən insanın öz qürurunu xilas etmək təlaşı, bəzən qeyri-səmimi davranışa zəmin hazırlamaq, bəzən də üstünlük əldə etmək arzusu dayanır. Lakin səbəbindən asılı olmayaraq, yalan Quranda qınanan əməllərdəndir.
Allahın yalanı insanlara haram etməsi Quranda belə bildirilir:
«Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin içdiyiniz andlara görə cəzalandırar... Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!» («Maidə» surəsi, 89)
Qarşı tərəfi bilərəkvə ya qəsdənaldatmaq məqsədilə deyilən doğru olmayan hər bir söz yalan hökmündədir. Belə ki, Allah yalan danışan adamın qəlbindəki niyyətin əsas götürüldüyünü bildirir. Bir insan ağzından düşünmədən bir söz deyə və ya həmin anüçün əhəmiyyətsiz olan doğru bir söz deməyə bilər. Bunları qəsdən, qarşı tərəfi aldadaraq və mənfəət əldə etmək üçün deməyən bir insan dərhal öz səhvini düzəldər. Yalanda isə niyyət pozğunluğu vardır. Burada insan qarşı tərəfi yanlış tərəfə yönləndirərək hər hansı kiçik və ya böyük mənfəət əldə etmək istəyir. Belə ki, Allah bu cür niyyətlə deyilən sözə görə insandan axirətdə hesab soracaq. Buna görə də müsəlmanlar aşağıdakı ayənin hökmünə əsasən hər zaman sözün ən doğrusunu deməlidirlər:
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!» («Əhzab» surəsi, 70)
Müsəlman danışığında boş, mənasız söz işlətdiyi zaman, onu dərhal düzəldər. Lakin axirətdə qarşılığını verə bilməyəcəyi şəkildə bir insanı qəsdən əsla aldatmaz. Çünki bu, həm axirətdə, həm də dünyada qınanan hərəkətdir.