Darvinistlər ətraflarındakı insanların darvinizmi və Darvini “Darvin deyə bir ağılsız!”, “Ey əhali, baxın, biz meymuna nə qədər də bənzəyirik o zaman biz meymundan meydana gəldik” iddiası ilə bəsitləşdirdiklərini, bunun da müxtəlif təxribatlarla reallaşdırıldığını iddia edir. Halbuki, bu, bir yalandır. Ortada təxribat filan yoxdur. İnsanlara yalnız son illərdə bilmədikləri gerçəklər izah edilmişdir. Onlara illərlə aldadıldıqları isbat edilmişdir. Darvinizmin bir yalan olduğu, yalnız təbliğat ilə dəstəklənməyə çalışıldığı, darvinistlərin -vəziyyətdən xilas olmaq üçün- saxta dəlillər hazırladıqları, heç bir ara fosil tapılmadığı halda insanları “ara fosil tapdıq” “itmiş halqa tapıldı” şəklindəki yalanlar ilə aldatmağa çalışdıqları izah edilmişdir. İnsanlar özlərindən illərlə gizlədilimiş olan 100 milyon fosili görmüşlər. Özləri şəxsən, sərgilər də əlləriylə bu qalıqlara toxunmuşlar və canlıların milyon illər ərzində HEÇ DƏYİŞMƏDİKLƏRİNİ anlamışlar. Artıq onları aldatmaq qeyri-mümkündür.
Darvinistlərin şikayətçi olduqları mövzu əslində insanların məlumatlanmış olmaqlarıdır. Darvinistlər darvinizm axmaqlığının insanlar tərəfindən ortaya çıxarıldığını anlamışlar. Buna görə darvinizmin bəsitləşdirilməsi kimi bir bəhanə ilə bu vəziyyətdən duyduqları sıxıntını dilə gətirməkdədirlər. Halbuki, darvinizm bəsitləşdirilməmiş, yalnız darvinizmin bəsit və saxta üzü ortaya çıxarılmışdır.
Darvinizm, “təsadüfən palçıqlı suda ilk hüceyrə meydana gəldi” iddiasıyla ortaya çıxan bir nəzəriyyədir. Bütün canlı müxtəlifliyinin təsadüfən, şüursuz, nəzarətsiz hadisələrlə meydana gəldiyini müdafiə edir. Canlılardakı qanad, üzgəc, lələk, quyruq ... və s. kimi fövqəladə strukturların varlığını yalnız kor təsadüflərlə əlaqələndirir. Və darvinistlər nə qədər qarşı çıxsalar da, darvinizm, “sırf meymuna bənzəyir deyə insanın meymundan gəldiyini” iddia edir. Darvinizm, bundan daha kompleks bir şey deyil.
Darvinistlər darvinizmin bu bəsit məntiqinin ortaya çıxmasına görə çaşqınlıq və narahatlıq içində son vaxtlarda “meymunlar əslində əcdadımız deyil, əmioğulularımızdırlar” iddiasına sığınırlar. Halbuki, bu da eyni yalanın parçasıdır. Məgər, darvinizm, “insan primatlardan gəlir” dedikdə daha fərqli bir mənamı çıxır? Ha meymun, ha primat, necə bir fərq ola bilər ki? Bu eyni köhnə, yalan və azğın iddia deyilmi? “İnsanın əcdadı primat” və ya “insanın əcdadı primatla eyni” deyildikdə bu saxta nəzəriyyə, elmi halamı gəlmiş olur? Əlbəttə ki, xeyr. Bu, çirkin bir söz oyununu istifadə edərək eyni yalana davam etməkdən başqa bir şey deyil. Bu yalnız insanlarımızı alçaltmaqdır.
Çox güman ki, darvinistlərin narahatlığı indiki vaxtda qarşılaşdıqları ani darvinist məğlubiyyətdən qaynaqlanır. Darvinizmi təkidlə elmi bir nəzəriyyə kimi göstərməyə çalışmaqları, nəzəriyyənin “bir neçə kiçik nöqtə xaricində” tamamilə isbat edildiyini iddia etmələri, insanların bu köhnə nəzəriyyə ilə lağ etmələrindən şikayətçi olmaları bu məğlubiyyətin əlamətləridir. Çünki darvinistlərin heç gözləmədikləri bir vəziyyət reallaşmışdır. Darvinizmə yeganə dəlilləri verməli olan paleontologiya elmi, HEÇ BİR ARA FOSİL VERMƏMİŞDİR. 100 milyon fosil əldə edilmişdir və bunların HAMISI YARADILIŞI İSBAT ETMİŞDİR. Fosillərin hamısı mükəmməl canlılara aiddir. Bu fosillərdə heç bir çatışmazlıq, nöqsan, yarı inkişaf etmiş, qəribə quruluş yoxdur. Həm də bu fosillərin olduqca böyük bir qismi, dövrümüzdəki canlıların eynisidir. MİLYONLARLA İL ƏRZİNDƏ CANLILAR DƏYİŞMƏMİŞLƏR. Yəni TƏKAMÜL YOXDUR.
Darvinistlər bu dəhşətli dəlil qarşısında çıxış yolunu fosilləri GİZLƏTMƏKDƏ tapmışlar. (Darvinistlər bunu daha əvvəl də etmişlər. 540 milyon illik Kambri dövrü fosillərini darvinizmə ciddi bir zərbə vurduğu üçün tam 70 İL GİZLƏTMİŞLƏR). Ancaq fosillərin gizlədildiyi yerdən çıxarılması, ən böyük şokun səbəbi olmuşdur. Xüsusilə, ölkəmizdə olmaqla dünyanın bütün ölkələrində darvinist yalana qarşı şiddətli bir oyanış başlamışdır. İnsanlar artıq darvinizmi qəbul etməmək bir tərəfə, bu saxta və köhnə nəzəriyyəni ələ salıb lağ edir. Darvinistlərin, darvinizm ilə lağ edən universitet müəllimlərindən, şagirdlərdən hətta öz qohumlarından şikayətlənmələrinin də səbəbi məhz budur. Darvinistlər, artıq insanların gerçək elmi dəlillərə qarşı məlumatlanmasının önünə keçə bilmirlər.