Rudiment orqan yalanı bir daha elm adamları tərəfindən təkzib edildi
ucgen

Rudiment orqan yalanı bir daha elm adamları tərəfindən təkzib edildi

1061

“Evolutionary Biology” jurnalında nəşr olunan araşdırma nəticələrinə görə, Darvinin təkamül prosesi nəticəsində rudiment orqan olaraq qaldığını hesab etdiyi appendiksin əslində əhəmiyyətli funksiyalarının olduğu və Darvinin bu iddiasının məlumatsızlıqdan və elmi çatışmazlıqlardan qaynaqlandığı açıqlandı.

Darvin, appendiksin bədəndə funksiyasının olmadığını zənn etmiş, bu səbəblə bu orqanın sözdə təkamül prosesində istifadə edilmədiyi üçün funksiyasını itirmiş olan təkamül artığına çevirilmiş orqan olduğunu iddia etmişdi. Halbuki, müasir elm adamları Darvinin bu iddiasını təkzib etdilər.

Duke Universiteti, Arizona Universiteti və Arizona Əyalət Universitetindən elm adamlarından ibarət qrup appendiksin faydalı bakteriyaların etibarla sığındığı və özlərinə ehtiyac duyulmadıqca oradan çıxmadıqları bir yer olduğunu tapdılar.

Duke Universitetində cərrahiyyə elmləri professoru və bu araşdırmanın rəhbəri Dr. William Parker “Artıq dərs kitablarındakı məlumatları düzəltməyin vaxtıdır. Bu gün hələ də bir çox biologiya kitabında appendiksdən “rudiment orqan” olaraq danışılır” şərhini etdi.

Əslində appendiksin bədənin funksional bir orqanı olduğu keçmiş illərdə müxtəlif elmi tədqiqatlar nəticəsində də ortaya çıxmışdı. Lakin Darvinin təqibçiləri, nəzəriyyələrinə ən böyük sözdə dayaq halına gətirdikləri rudiment orqan yalanından imtina etməyi qəbul edə bilmədilər. Ancaq gün keçdikcə əldə edilən yeni tapıntılar darvinistlərin bu mövzuda saxtakarlığı təbliğ etdiklərini və insanları aldatdıqlarını bir daha ortaya qoymuşdur. Appendiks iddia edilən bütün sözdə rudiment orqanlar kimi, tamamilə funksional bir orqandır.

 

William Parkerin mövzu ilə əlaqədar şərhləri:

Darvin appendiksin insanlarda və digər piramatlarda daha böyük bir orqan olan kor bağırsaqdan qaldığını, funksiyasız olduğunu və çox az canlı növündə appendiks olduğunu iddia etmişdi. Darvinin təqibçiləri isə indiki vaxtda belə bu yalanı davam etdirməkdə israr edirdilər. William Parker yuxarıda açıqladığımız əhəmiyyətli kəşflə yanaşı, Darvinin bu baxımdan da yanıldığını ortaya qoymuşdur:

Appendiks kor bağırsağın təkamülünün qalığı ola bilməz, çünki indiki vaxtda yaşayan bəzi lemurlar, gəmiricilər və bir növ uçan sincab növü hələ kor bağırsağa bitişik appendiksə malikdir. Parker appendiksin Darvinin hesab etdiyinin əksinə bir çox canlıda olduğunu ifadə etmişdir: “Məsələn, növləri fəsilələrə ayırdıqda bütün pirimatların və gəmirici qruplarının 70%-nin appendiksi olduğunu görürük”.

Parker Darvinin məlumat çatışmazlığından bu iddiaları irəli sürdüyünü açıqlayaraq belə qeyd edir: 

“Darvinin indi sahib olduğumuz məlumata çatmaq imkanı yox idi. Əgər Darvin böyük bir kor bağırsağa bitişik appendiksi olan növlərin fərqində olsaydı və appendiksin təbiətdə bu qədər çox canlıda olduğunu bilsəydi, çox güman appendiksi təkamülün rudiment orqanı olduğunu düşünməyəcəkdi”.

Bu elm adamlarının Darvini təkzib etdikləri digər bir nöqtə isə, appendiks infeksiyasının yəni appendisitin səbəbinin Darvinin iddia etdiyi kimi qüsurlu appendiksdən qaynaqlanmadığını, sənayeləşmə və dəyişən sağlamlıq şərtləriylə əlaqədar mədəni dəyişikliklərlə əlaqəli olduğudur.

Təkamül nəzəriyyəsi, hər keçən gün bir daha təkzib edilir. Təkamül nəzəriyyəsi, XIX əsrin köhnə iddiasıdır. Elmi məlumatlara deyil, Çarlz Darvinin xəyal gücünə və Qədim Şummer əfsanələrinə əsaslanır.

Ətraflı məlumat üçün baxın: 

https://www.harunyahya.info/makaleler/korelmis-organlar-celiskisi

 

Qaynaq: 

Evolution Of The Human Appendix: A Biological “Remnant” No More - 

http://www.sciencedaily.com/releases/2009/08/090820175901.htm

PAYLAŞIN
logo
logo
logo
logo
logo