Materializm əsrlərdir Allah inancına qarşı, əslində başdan uduzulmuş olan psixoloji bir mübarizə içindədir. Allahın batil olanı şübhəsiz, etibarsız edəcəyini qavraya bilməyən materialistlər, öz ağıllarınca bu mübarizəyə var gücləri ilə davam edərlər. Kainatın “Big Bang”lə sıfır həcmdən meydana çıxdığı, yəni yoxdan yaradıldığı və Allahın ayələrində işarə edildiyi kimi genişləməkdə olduğu isbat edilmiş, lakin materialistlər maddənin əzəli və əbədi olduğu cəfəngiyyatına insanları istiqamətləndirə bilmək üçün məntiqsiz iddialarla bu həqiqətə qarşı mübarizə aparmışlar. Kvant fizikası, maddənin yalnız işıq dalğalarından ibarət olduğunu göstərmiş, lakin materialistlər maddənin mütləq varlığını müdafiə edib maddədən başqa heç bir şeyi qəbul etmədiklərindən, bu həqiqəti davamlı olaraq inkar edəcək yollar axtarmışlar. Saysız elmi nailiyyət və xüsusilə paleontologiya sahəsində əldə edilən tapıntılar təkamül nəzəriyyəsinin etibarsız olduğunu elmi olaraq isbat etmiş, lakin materialistlər yenə də canlıların təkamülləşdiyi yalanını təlqin edərək başdan məğlubiyyətə düçar olmuş mübarizələrinə öz ağıllarıca davam etmişlər. Elm, materializmə zərbə vurduqca, materialist etiraz davamlı gündəmə gəlmişdir. Materializm, elmi dəlillərə, psixoloji mübarizə ilə cavab vermişdir. Darvinizm yalanı ilə edilməyə çalışılan da tam olaraq budur.
Bu elə bir şeydir ki, Nobel mükafatlı professorları, elm adamlarını, paleontoloqları, mikrobioloqları, zooloqları, elmi yazarları bir araya gətirərək “suyun içində molekullar vardı; palçıq, təsadüf və zamanın təsiri ilə hüceyrə meydana gəldi” kimi ağlasığmaz bir yalanı heç utanmadan, heç çəkinmədən müdafiə ediləcək hala gətirmişlər. Bu insanlar, elə bir hipnoz meydana gətirmişlər ki, milyonlarla insan, bu psixoloji mübarizənin təsiri ilə suya düşən yağ dənəciklərinin hüceyrə halına gəlməsinə, bir balığın sudan yeriyə-yeriyə çıxmasına, tarixdə ilk quşun dinozavr yumurtasından çıxaraq uçmağa başladığına, meymunların zaman içində təsadüfən inkişaf edərək kəşflər edən, mədəniyyətlər quran, texnologiyalar inkişaf etdirən, kompüter proqramları yaradan, kosmosa raket göndərən insana çevrildiyinə inanmağa başlamışlar.
Bir elm adamı, o zamana qədər heç kimin kəşf edə bilmədiyi, hüceyrənin fövqəladə quruluşunun “yalnız bir hissəsini” kəşf etdiyi üçün Nobel mükafatına layiq görülür. Amma eyni elm adamı, mükafatını aldıqdan sonra şagirdlərinə o hüceyrənin bir palçıq yığınından təsadüfi meydana gəldiyi nağılını izah etməkdə heç bir qəbahət görmür. Eyni elm adamı, saysız elmi işin altında imzası olmasına baxmayaraq, şagirdlərinə böyük bir saxtakarlıq nümunəsi olan Piltdaun insanını, Hekelin saxta embrion şəkillərini, sənaye kəpənəklərini təkamülün ən böyük dəlilləriymiş kimi izah etməkdən çəkinmir.
Dəccal sistemi olan masonluğun meydana gətirdiyi hipnozun təsiri, darvinistləri bu qədər acınacaqlı hala gətirmişdir. Dəccal, darvinizm ilə demək olar ki, bütün beyinlərdə özünə yer etmiş, insanları uzun müddət aldatmış, yalan danışmış, saxtakarlıq etmişdir. İnsanların bir çoxu kor-koranə, şüursuzca, fərqində olmadan bu yalana inanmış, illərcə özünü sanki heyvan nəslinin bir parçası olaraq görmüş, hətta bu səbəblə vəhşiləşmiş, laqeydləşmiş, Allaha qarşı məsuliyyətlərindən uzaqlaşmışlar. Dəccal, yəni masonluq, darvinizmdən istifadə edərək dünyanın ən böyük yalanlarından birini yer üzünə yaymışdır. Dəccalın təsiri ilə darvinizm, tarixin ən böyük kütlə yalanı halına gəlmişdir.
Yaşadığımız XXI əsrdə artıq darvinizmin bütün saxtakarlıqları ortaya çıxmışdır. Darvinistlərin 150 ildir qarşıya qoyduqları bütün ara keçid fosili nümunələrinin saxta olduğu aydın olmuşdur. Dünyanın demək olar ki, hər yeri qazılmış, 250 milyondan çox fosil çıxarılmış, amma bunların bircə dənəsinin belə ara keçid fosili olmadığı açıqca görülmüşdür. Fosillərin hamısının mükəmməl canlıları təmsil etdiyi, böyük bir əksəriyyətinin də dövrümüzdəki canlılarına aid olduğu aydın olmuşdur. İnsanlar, bu dəlillərlə, canlıların bu günki görünüşləriylə ortaya çıxdıqlarını və heç bir dəyişiklik keçirmədiklərini anlamışlar. İnsanlar, bu həqiqət ilə darvinistlərin niyə fosilləri və elmi dəlilləri insanlardan gizlətməyə çalışdıqlarını da anlamışlar. Təkamül nəzəriyyəsinin mikrobiologiya, paleontologiya, molekulyar biologiya, genetika kimi elmlərin ortaya qoyduğu nəticələr qarşısında reallaşması imkansız olan bir nəzəriyyə olduğu qəti olaraq isbat edilmişdir.
Bütün bunlarla yanaşı, darvinistlərin Allah inancına və yaradılış həqiqəti əleyhinə bir rəftar içində olduqları və bunun səbəbinin də darvinizmi, azğın bir din olaraq mənimsəmələri olduğu görülmüşdür. Beləliklə darvinistlərin, insanları aldada bilmək üçün niyə müxtəlif yalan və saxtakarlığa müraciət etdikləri də aydın olmuşdur. İnsanların qarşısında, təkamülü rədd edən çoxlu dəlillər vardır. Artıq insanlar, təkamülün bir yalan olduğunun açıqca fərqinə varmışlar. Təkamül nəzəriyyəsinin bircə dənə belə dəlillə dəstəklənilmədiyinin artıq şüurundadırlar. Darvinist yalanın təsirinə girmələri artıq, Allahın diləməsiylə mümkünsüzdür.
İnsanlar təkamül nəzəriyyəsinin etibarsızlığının dəlillərini göstərən sərgilərə getmiş, yaşayan fosilləri araşdırmışlar. Fosillərin hər birinə öz əlləriylə toxunmuşlar, onları öz gözləriylə görmüşlər. Canlıların milyonlarla il boyunca dəyişmədən qalmış olduqlarını, heç bir təkamül keçirmədiklərini heyranlıq içində öyrənmişlər. “Yaradılış Atlası”nın hər bir səhifəsini diqqətlə araşdırmış, indiki vaxtda yaşayan canlı növlərinin milyonlarla il əvvəl də eyni şəkildə olduqlarına özləri qənaət gətirmişlər. Yer üzünün; araşdırıldığı hər an, davamlı olaraq yaradılış həqiqətini dəstəkləyən dəlillər təqdim etdiyini anlamışlar. Darvinistlərə edilən; dünyanın ən məşhur meydanlarında “yalnız bircə dənə ara fosil göstərmələri” çağırışının, dərin bir səssizliklə qarşılıq tapdığını da açıqca və təəccüblə görmüşlər. Darvinizm təbliğatının bütün üsulları gün üzünə çıxarılmış və insanlara bu yalanın dəstəkçisi olmamaları lazım olduğu, kitablar, DVD-lər, internet yayımları, konfranslar və televiziya reportajları yoluyla əhatəli olaraq izah edilmişdir.
Yalanın dəlillərini görən insanlar, dünya səviyyəsində böyük bir fikri aydınlanma yaşamış və bu qədər ildir aldadılmış olduqlarına görə haqlı bir reaksiya vermiş, məktəblərdə uşaqlarına darvinizm cəfəngiyatının oxudulmasını reaksiya ilə qarşılamış, edilməsi planlanan təkamül sərgilərinə, təkamül konfranslarına yəni darvinist təbliğata etiraz etmiş, darvinistlərə açıqca meydan oxumuşlar. Şagirdlər biologiya dərslərində darvinizm tərəfdarı müəllimləri ilə təkamül nəzəriyyəsinin elmi məntiqsizliyinə və dəlilsizliyinə dair mübahisələrə girmişlər. Uzun illər boyunca təkamül nəzəriyyəsinin əsl üzünü bilmədikləri üçün aldadılan insanlar, şüurlanmalarının və darvinizmin iç üzünü görmələrinin ardından, illər boyunca necə aldadıldıqlarının təəccüblə fərqinə varmış və buna yüksək səslə etiraz etmişlər. Artıq darvinistlər də bilirlər ki, darvinizm dünya səviyyəsində ölmüşdür və təkrar ayağa qalxıb insanları eyni üsullarla aldatması Allahın icazəsiylə imkansızdır. Dünya səviyyəsindəki bu böyük fikri aydınlanmanın ən əhəmiyyətli göstəricilərindən biri müxtəlif media quruluşları və internet saytları tərəfindən aparılan anketlərdir. Məsələn, Associated Press Agentliyi və NBC-nin apardığı yerli anketin nəticələrinə görə, Amerikalıların 86%-i artıq yaradılış həqiqətinin də məktəblərdə oxudulmasını istəyir. Almaniyanın “Süddeutsche Zeitung” qəzeti internet saytında 8 iyul 2007-ci il tarixində aparılan anketin nəticəsinə görə, təkamülü rədd edənlərin nisbəti 87%-dir. Almaniya “Die Welt” qəzeti internet saytının 17 aprel 2008-ci il tarixli anketinə görə, bu nisbət 86%-dir. İsveçrənin “Blick” qəzeti internet saytının 4 may 2007-ci il tarixində apardığı anketə görə, yaradılış həqiqətinə inananların nisbəti 85%-dir. Fransa “Science Actualités” qəzeti internet saytının 16 fevral 2007-ci il tarixli anketinə görə təkamülə inanmayanlar 92%-dir. Yenə 2 fevral 2009-cu il tarixli “Guardian” qəzetinin xəbərinə görə, İngiltərədə aparılan bir anket, İngilislərin yalnız 25%-nin Darvinin təkamül nəzəriyyəsinə inandıqlarını göstərir. Yenə, Fransız “Nouvel Observateur” və “Science et Avenir” ortaq internet saytında 06.07.2009 tarixində nəşr olunan bir xəbərə görə, Fransız məktəblərində təkamül nəzəriyyəsinə inanan şagirdlərin sayında bir xeyli azalma olduğu müəyyən olunmuş və sözü gedən xəbər bu vəziyyəti “Yaradılış Atlası”nın Fransadakı təsirləri ilə əlaqələndirmişdir. Darvinist professorlar, darvinizmin aldığı bu böyük yaranı olduqca “ciddi”, “kədərli”, darvinizm adına “utancverici” olaraq xarakterizə etmişlər.
İsveçli embriyoloq Soren Lovtrup, darvinizm yalanının bu gün gəldiyi vəziyyət ilə əlaqədar bunları qeyd edir:
Düşünürəm ki, heç kim elmin bütün sahələrinin saxta bir nəzəriyyədən asılı olmasının böyük bir səhv olduğunu inkar etməyəcək. Amma biologiyada reallaşmış olan vəziyyət budur: uzun zamandır insanlar təkamül problemlərini “Darvin” lüğətinə xas bir şəkildə mübahisə edirlər - “adaptasiya, “seleksiya təzyiqi”, “təbii seleksiya” və s. - bunu edərək təbii hadisələri şərh edəcəklərinə inanrlar. Amma bunu bacara bilmirlər...
İnanıram ki, bir gün Darvin mifi elm tarixinin ən böyük yalanı olaraq yerini alacaq.
Hazırda darvinizmin, elm tarixinin ən böyük yalanı olduğu gerçəyi olduqca sürətli bir şəkildə bütün dünyaya yayılır. Yaradılış həqiqətinə qarşı, Avropa Şurası kimi rəsmi təşkilatlar tərəfindən yaradılan maneələr, darvinistlərin bu mövzudakı şiddətli təlaşını gözlər önünə sərir. Tarixdə heç vaxt, dövlətləri təmsil edən bir parlamentin bir yalana arxa çıxdığı və bir saxtakarlığı dəstəkləmək üçün rəsmi bir qərar aldığı görülməmişdir. Darvinist təlaşın darvinizm tərəfdarlarını XXI əsrdə gətirdiyi vəziyyət budur. Darvinistlər, despot hökumət qərarlarının, təkamülü dərslərə məcburi olaraq daxil etməyin, mühakimədən tərəfli bir şəkildə istifadə edərək yaradılış həqiqətini şagirdlərdən diqqətlə gizləməyə çalışmağın, tək tərəfli təlqinin bu yalana dəstək olmağa davam edəcəyini zənn edirlər. Halbuki, dünyadakı milyardlarla insanın darvinizm yalanına qarşı səmimi qənaətləri, təzyiq və zorla tətbiq olunan bütün üsulların və bundan əldə edilən nəticələrdən çoxdur.
Heç bir darvinist, gətirdiyi despot bir qanun ilə insanların zehnən inandığı qəti bir qənaəti dəyişdirə bilməz. Heç bir darvinist, saysız dəlillə yalanlanmış bir nəzəriyyəni güc tətbiq edərək, dayanmadan təlqin edərək insanlara qəbul etdirə bilməz. Bu imkansızdır. Darvinist oyun artıq sona çatmışdır. İnsanlar bu gün XXI əsrdə gerçəkləri dilədikləri kimi, istədikləri qaynaqlardan əldə edə bilirlər. Bu səbəbdən qadağalar, maneələr və təzyiqlər darvinistlərə heç vaxt istədikləri nəticəni verməyəcək, darvinist yalana qarşı fikri reaksiya get-gedə artaraq davam edəcək.
Aləmlərin Rəbbi olan Uca Allah bütün varlıqların Hakimidir. Dəccalın oyunları bu gerçəyi insanlardan gizlədə bilməyəcək. Allah bir ayəsində belə buyurur:
Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Səff surəsi, 8)