Birinci və İkinci Dünya Müharibələrindən sonra Türkiyənin siyasi xəritəsi əhəmiyyətli dərəcədə dəyişdi və ortaya bir çox yeni dövlət çıxdı. XX əsrin sonunda gözlənilmədən cox əhəmiyyətli bir hadisə baş verdi - SSRİ dağıldı. Bunun nəticəsində böyük dəyişikliklər beş verdi.
Orta şərq – Qafqaz – Balkan ölkələri üçbucağı və Türkiyə
Tarixin gedişi belə aktiv bir ərazinin hər an yeni quruluşlara açıq olduğunu göstərir. Osmanlı İmperiyasından sonra aradan keçən uzun zamana və hakimiyyətdə olan hər cür rejim və siyasətə baxmayaraq, bu ərazidə dinclik və sabitlik hələ də təmin edilməmişdir. Həm Balkan ölkələri, həm də Orta Şərq və Qafqaz xalqları müharibələrin, qarşıdurmaların və gərginliklərin ağır yükü altında əzilirlər.
Dünya siyasətində "Osmanlı-Türk hinterlandı" (sahil zonasından və sərhəddən uzaq rayonlar) kimi xatırlanan bu ərazilərin əhəmiyyətli olduğu məlumdur. Çünki bir çox siyasi tarazlıqlar bu ərazinin ətrafında cəmləşib. Ərazinin sahib olduğu yeralti sərvətlər XXI əsr siyasətinin burada cəmləşməsinə səbəb olmuşdur. Bu torpaqlar bu gün dünyanın ən zəngin yeraltı sərvətlərinə malikdir. Sənayeləşmənin əsas xammalları olan kömür, neft, təbii qaz, dəmir, mis mədənləri ilə Qafqaz, Orta Asiya və bütün bölgə olduqca zəngin ehtiyatlara malikdir.
Son zamanda reallaşan və dünyanı məşğul edən bir çox hadisə əvvəldə də qeyd etdiyimiz kimi, bu bölgəni yaxından maraqlandırır. Buna görə də dünyada sülhün yaradılması üçün dərhal bölgədəki tarazlıq və sabitliyin təmin edilməsi lazımdır. Şübhəsiz ki, bu torpaqlarda sülhün təmin edilməsi və yeraltı sərvətlərin səmərəli səkildə istifadəsi ilə bölgə rahatlığa qovuşacaq.
Osmanlı mirasının Türkiyə üzərində böyük məsuliyyəti
Dünyada etnik və dini fərqlilikləri olan insanların bir yerdə sülh şəraitində yaşamalarını təmin edən və ədalətli bir əməkdaşlığa ehtiyac var. Bölgədə mövcud olan dövlətlər güclərini və imkanlarını həm iqtisadi, həm də sosial-mədəni sahədə əməkdaşlıqla gücləndirdikləri təqdirdə sahib olduqları strateji əhəmiyyət daha da artacaq.
Bunun yolu isə ölkələr arasındakı qarşıdurma və anlaşılmazlıqların əvəzinə əməkdaşlığı və sülhü bərqərar etməkdir. Bu cür əməkdaşlıq bölgədəki hər bir ölkə üçün əhəmiyyətli olacaq və beləliklə beynəlxalq platformada hər bir dövlət öz xalqının mənfəətlərini qarşılıqlı razılıq və xoş münasibət çərçivəsində təmin edə biləcək.
Türkiyə bütün Orta Şərq, Balkan ölkələri, Qafqaz və Orta Asiyada sülhü təmin etmiş, belə bir birlikdən ibarət olan iqtisadi gücü ən ədalətli şəkildə idarə edən köklü bir tarixə malikdir. Balkan ölkələri Türkiyə ilə əlaqələrini hələ də davam etdirirlər. Orta Şərq isə Osmanlının bölgədən çəkilməsi ilə itirdiyi rahatlıq və sabitliyi yenidən qazanmağa çalışır. Əgər bu bölgədə möcud olan ölkələr bu gün dünyanın gələcəyində bu qədər əhəmiyyətli bir yerə sahibdirlərsə, bu vəziyyətdə Osmanlının varisi olan Türkiyə Respublikasının da rolu qaçınılmazdır.
Eyni vəziyyət Qafqaz və Orta Asiya üçün də etibarlıdır. Bu bölgə xalqları ilə Türkiyə arasında böyük mədəniyyət və tarixi birlik mövcuddur. Qafqaz tarix boyu Rus zülmündən qaçaraq Osmanlıya sığınmış Müsəlman xalqların diyarıdır. Orta Asiya isə Osmanlı torpağı olmasa da, Türklərin ilk vətəni olması və hələ də bu ərazidə çox sayda Türkün yaşaması ilə Türkiyənin təsir sahəsindədir.
Unudulmamalıdır ki, Türkiyə yüzlərlə fərqli mədəniyyətin və etnik qrupun sığındığı bu torpaqlarda sahib olduğu Osmanlı mirasına görə "söz sahibi"dir. Belə ki, Soyuq Müharibədən sonra yaradılan yeni dünya sistemində, əsasən Amerika ilə bərabər bir çox ölkənin tələbi ilə Türkiyə bu torpaqlarda aktiv rol oynayır. Türkiyənin Somali Əməliyyatı ilə Bosniya-Hersoqovina və Kosova hərəkatlarında öhdəsinə götürdüyü aktiv rol bu düşüncəni sübut edir.
Türkiyə dövləti bu gün, eynilə Osmanlının etdiyi kimi, Balkan ölkələri və Orta Şərqdəki fərqli etnik qrupları və dinləri əhatə edən bir strategiyaya sahibdir. Bu strategiyanın dayaq nöqtəsi isə Türk-İslam mədəniyyətinin və köklü mədəniyyətimizin yenidən kəşf edilməsidir. Belə ki, bu torpaqlarda siyasi olmasa da, mədəni şəkildə Türk hakimiyyəti hələ də davam edir, xüsusilə Balkan ölkələrində və Qafqazda fərqli irqlərdən çox sayda Müsəlman özünü Türk və Osmanlı hesab edir.
Sivilizasiyalar qarşıdurması deyil, sivilizasiyalar sülhü
Amerika strateqi Samuel Hantinqton tərəfindən ortaya atılan "sivilizasiyaların qarşıdurması" fikrinin elm, ağıl və vicdanla heç bir əlaqəsi yoxdur. Tarix boyu yer üzünün hər bölgəsində müxtəlif sivilizasiyalar mövcud olmuş, bu sivilizasiyalar bir-birləri ilə ictimai və mədəni baxımdan əlaqələr qurmuş və "sivilizasiya mübadiləsi" etmişlər. Hər irq, hər soy, hər millət ayrı bir sivilizasiyaya malikdir. Hər sivilizasiyanın ayrı xüsusiyyəti vardır və qarşılıqlı razılaşma çərçivəsində insanlar hər sivilizasiyadan bir şey götürürlər. Allah bir Quran ayəsində yer üzündəki sivilizasiyaların müxtəlifliyinin insanların qarşılıqlı əlaqələrini tənzimləməyə vəsilə olduğunu ifadə edir:
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır." (Hucurat surəsi, 13)
Hantinqtonun nəzəriyyəsi Çarlz Darvin tərəfindən ortaya atılan Təkamül Nəzəriyyəsinin heç bir əsası olmayan iddiasının - "təbiətdəki növlər arasındakı qarşıdurma"nın sosiologiyaya və cəmiyyətlərə tətbiq olunma cəhdidir. Bu qarşıdurma iddiası kommunizm vasitəsi ilə sınanmış və ortaya XX əsrin qanlı nəticəsi çıxmışdır. Halbuki dünyanın ehtiyacı qarşıdurma deyil, sülhün bərqərar olunmasıdır. Bu sülh üçün lazım olan modeli uzaqda axtarmağa ehtiyac yoxdur. 500 illik bir dövrdə Osmanlı imperiyası idarəsi altında olan hər bölgəyə nizam vermişdir. Türk-İslam əxlaqı " sivilizasiyaların qarşıdurması"nı " sivilizasiyaların sülhü"nə çevirməyə qadirdir.
Dünya siyasətinə Osmanlı prizmasından baxmaq
İkinci Dünya müharibəsindən dərhal sonra başlayan soyuq müharibə dövrü kapitalist və kommunist blokları üçün uzun müddət sabitlik mühiti meydana gətirmişdi. İki qütbə ayrılan dünya siyasəti nə qədər təhlükəli görünsə də, əslində iki qütb arasındakı güc tarazlığı bir sabitlik mühiti yaradırdı. 1991-ci ildə Sovet İttifaqının dağılması bu tarazlığı pozdu. Sovet İttifaqının dağılması ilə başlayan yeni dövr demokratiyanın və sərbəst bazar iqtisadiyyatının ən əhəmiyyətli aktyoru olan ABŞ-ı rəqibsiz qoymuşdu. Bu yeni dövrə də "Yeni Dünya Nizamı" adı verilmişdi. "Yeni Dünya Nizamı"nda qısa zamanda bir neçə nəzəri zəmin yaradıldı. Bunların arasında ən əhəmiyyətlisi və bu günlərdə də yenidən gündəmə gətirilən "Sivilizasiyaların Qarşıdurması"dır. Fikrin müdafiəçisi Samuel Hantinqton sivilizasiyaların təbiətindən meydana gələn mədəni fərqliliklərin qarşıdurmalara səbəb olacağını və bu qarşıdurmaların dünyadakı ziddiyyətlərin son bölümünü meydana gətirəcəyini irəli sürmüşdü. Bu gün də bu müddəadan irəli gələrək, fərqli etnik qrupların və dinlərin bir yerdə olarkən toqquşacağı və gələcəkdə sözü gedən bölgələrin bir çox qarşıdurmaya səhnə olacağı iddia edilir.
Halbuki bu iddianın tərəfdarları yaxın keçmişdə yaşanmış Osmanlı modelini görməməzlikdən gəlirlər. Osmanlı Millət Sistemində dövlətin qoruyucu çətiri altında duran hər millət və ya cəmiyyət öz inanc və ənənəsinə uyğun yaşayır və hüquqları qorunurdı. Türklər həm Balkan ölkələrində, həm Qafqazda, həm də Orta Şərqdə heç bir ölkədə heç kimin dinini və adətini dəyişdirməmiş və heç kimə dininə görə zülm etməmişdilər. Hər dindən, hər məzhəbdən olan vətəndaş ibadətini istədiyi kimi yerinə yetirmiş, öz adət-ənənlərini yerinə yetirdiyinə görə heç bir təzyiqə məruz qalmamışdı. Bunun əvəzində, bu torpaqlarda yaşayan insanlar xarici hücumlara qarşı könüllü surətdə Osmanlı Dövlətinin yanında olmuşlar. Beləliklə, xarici təhlükəsizlik və iqtisadiyyat başda olmaqla, bir çox sahədə təbii və möhkəm bir ittifaq meydana gəlmiş, həm Osmanlı Dövlətinin həm də hakimiyyəti altında yaşayanların rahatlığı təmin edilmişdir.
Bill Klinton: "XXI əsrin formalaşmasında Türkiyə böyük rol oynayacaq"
Türkiyənin sahib olduğu tarixi miras və siyasi, əsgəri və iqtisadi potensialla bir çox Qərb ölkəsi bu bölgə üzərindəki strategiyalarda Türkiyənin mərkəzdə olmasının vacibliyini dərk edirlər. Belə ki, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun 1999-cu ilin son aylarında Corctaun Universitetindəki çıxışında bu fikri dəstəkləmişdir. Bir anda bütün dünya ölkələrinin diqqətini Türkiyəyə yönəltməsinə səbəb olan bu məşhur çıxışında Klintonun xüsusilə "XX əsrin gedişatını necə Osmanlının dağılması təyin etdisə, XXI əsrin formalaşmasında da Türkiyə böyük rol oynayacaq" sözləri son dərəcə əhəmiyyətli bir təsbiti ehtiva edir. Siyasi şərhçilər Klintonun bu sözlərini "Türkiyə, Avropa, Asiya və Afrikanı birləşdirən milyonlarla kvadratkilometrlik bir sahədə dünya siyasətinin mərkəzi olan bir bölgədə söz sahibi olan bir ölkə olduğu üçün XXI əsrin formalaşmasında açar rolunu oynayacaq" şəklində qiymətləndirmişlər. Bill Klinton buna bənzər sözləri 1999-ci ilin noyabrında Türkiyə gəzintisi əsnasında Türkiyə Böyük Millət Məclisindəki çıxışında da demişdir. ABŞ liderinin Türkiyə üçün XXI əsrdə belə bir fikir söyləməsi şübhəsiz ki, çox diqqətçəkicidir.