Pakistan hökumətin istefası üçün başladılan küçə nümayişləri ilə çalxalanır. Müxalifətin “İnqilab yürüşü” adı altında 14 avqustda başlatdığı hərəkatlar İslamabadı adətən bir müharibə sahəsinə çevirdi. Hadisələrdə indiyə qədər 3 nəfər ölərkən, 500 nəfər yaralandı. Nazirliklərin yerləşdiyi və “Qırmızı bölgə” olaraq adlandırılan bölgədəki hərəkatlar azalmağa başlasa da, hələ təsirini davam etdirir. Bu bölgə hərbi qoruma altına alındı. Bir tərəfdən, hökumətlə müxalifət arasında davam etdirilən müzakirələrdə irəliləmə təmin edilərkən, bir tərəfdən də hərəkatların dayandırılması məqsədi ilə həbslər kəskin bir şəkildə davam edir. Yüzlərlə nümayişçi də həbsə alınmışdır.
Pakistan Xalq Hərəkatı Partiyasının lideri İmran Xan 2013-cü il seçkilərində hiylə edildiyini iddia etmiş və hökumətin istefa etməsini istəmişdi. Pakistan Ədalət Hərəkatı Partiyasının lideri Tahir-ul Kadri də iyunda Kanadadan ölkəsinə gedərək yeni bir inqilab edəcəyini bildirmiş, tərəfdarlarını küçə hərəkatlarına çağırmışdı.
Hər şeydən əvvəl, müxalifət əgər sui-istifadə’ edildiyi istiqamətində bir iddia edirsə, əlindəki bütün dəlilləri Pakistan məhkəməsinə təqdim etməlidir. Məhkəmə və konstitusiyada islahat ehtiyacı varsa, bu yöndə ictimaiyyəti məlumatlandırıb hökuməti də bu islahatlara yönləndirməlidir. Lakin hər nə olursa olsun, bütün etirazlar sevgi içində və ölkə bütövlüyünə əsla zərər verməyəcək şəkildə, demokratik şərtlər daxilində olmalıdır. Sandıqdan çıxan nəticələrə hər kəsin hörmət göstərməsi də demokratiyanın əsas ünsürlərindən biridir. 2013-cü ildəki seçkilərdə Navaz Şərifin partiyası zəfər qazanaraq parlamentdə 189 yer əldə etdi. PTİ 34, PAT isə 46 yer əldə edərək müxalifətdə qaldı. Baş nazir Şərifin bu üçüncü hakimiyyətə gəlişi idi. Digər iki hakimiyyətə gəlişində hərbi inqilablarla bu vəzifəsindən məhrum edilmişdi. Ölkə 1947-ci ildə əldə edilən müstəqillikdən etibarən 3 hərbi əməliyyata məruz qaldı. Hal-hazırda Pərviz Müşərrəf hələ inqilabi cinayət ilə mühakimə edilir.
İlk mərhələdə Pakistanda partiyalar arasında hərbi mənfəətlər və ölkənin birlik-bərabərliyi qorunaraq təcili bir hərəkatsızlığın ilah edilməsi çox önəmlidir. Bir ölkədə sırf siyasi hədəflər üçün küçələri qarşıdurma mərkəzinə çevirmək və ya yenə tam əksi olaraq, xalqı təzyiq altında saxlamağa çalışmaq demokratiya ilə uzlaşmır. Müxalifətin səsinin çıxması ,əlbəttə, çox əhəmiyyətlidir. Bir ölkə müxalifətinin güclü olması demək o ölkənin güclü olması və inkişaf etmiş bir demokratiyaya malik olması deməkdir. Küçələrdə anarxiya və şiddət hadisələri artmamalıdır.Qanunsuz hərəkatlar, parlamentin çalışmaz vəziyyətə gətirilməsi universal hüquq qanunlarına da ziddir. Şiddət istifadə edilərək edilən hər hərəkət şiddəti də artırır. Qardaşın qardaşa düşmən olmasına səbəb olur. Bu bir ölkəni parçalanmağa və məhv etməyə götürəcək bir vəziyyətdir.
Həyat keyfiyyətinin kəskin düşməsinə də səbəb olan “demokratiyanın təxirə salınması” ənənəsi artıq Asiya ölkələrinin bir klassikası olmamalıdır.
- Siyasi qeyri-sabitliyin və antidemokratiyanın yerini artıq öz ölkəsində böyük islahatlar keçirən, iqtisadiyyatı gücləndirən, keyfiyyətli həyat standartlarına malik olan bir nizam almalıdır. Pakistan İslam ölkələri üçün də çox əhəmiyyətlidir. Bu ölkənin sabitliyi demək Əfqanıstanın, problemli bölgə Kəşmirin və hətta Yaxın Şərqin də sabitliyinə fayda deməkdir. Eyni zamanda Hindistan və İran başda olmaqla, o bölgədə iqtisadiyyatın inkişaf etməsi deməkdir.
Pakistan xalqı çox dəyərlidir. Qardaşlıq, sülh və sevgi ilə, hüzurla, ən üstün demokratiya ilə yaşamaları da hər şeydən çox haqlarıdır...
Ölkə sadəcə siyasi sabitsizliklə deyil, şimal-şərq və Pəncab əyalətini vuran son 60 ilin ən təsirli sel fəlakəti ilə də boğuşur. Ölkədə ümumi bir sistem problemi mövcuddur. Xalq yoxsuldur. Şəxs başına düşən milli gəlir təxminən 1300 dollardır.
Bununla yanaşı, sayları 1.6 milyona çatan əfqan mühacirlərinə də Pakistan sahib çıxır. 2015-ə qədər bütün əfqanların ölkələrinə göndərilmələri planlanmışdır.
Digər tərəfdən, Talibanla da qarşıdurmalar davam edir. Taliban iyul ayında Karaçidəki Cinnah Hava limanına hücum etmişdi. Pakistan ordusu da buna uyğun olaraq bir çox əməliyyat təşkil edir. Şiam Vəziristan bölgəsindəki hərbi əməliyyatlara görə indiyə qədər 572 min nəfərin yerlərindən didərgin olduğu güman edilir. Hətta Pakistandan Əfqanıstandakı Taliban mövqelərinə son 6 ayda 6 min roket atıldığı bildirilir.
Elə bütün bu şərtlər altında dövlət və xalq birlik-bərabərlik içində olmalıdır. Hər şeydən əvvə sevgi siyasəti mənimsənilməlidir. Ölkədəki şiddətin fəlsəfi zəmininin ağıl və təhsil səfərbərliyi ilə məhv edilməsi də tək çarədir.
Adnan Oktarın Daily Mail ve Urdu Times'da nəşr olunan məqaləsi: