Dünya müharibəyə alışıb, uşaqların ölməsinə, evlərin bombalanmasına, sayları milyonları ötən insanların evlərini tərk edib yollara düşməsinə... Qarşıdurmalara, dava-dalaşa alışıb insanlar, ya da məcburən alışdırılıb... Hətta vəziyyət elə bir hala gəlib ki, hər gün başlıqlarda yerləşdirilən bombardman xəbərləri, qan içində əzab çəkən qadınların, uşaqların rəsimləri insanların böyük əksəriyyətinə adi gəlməyə başlayıb.
Bu vəziyyət o qədər adiləşib ki, sülh çağırışı edənlər sülh üçün yollar axtaranlar tənqidə məruz qalır. Bu qrupun içində müsəlmanların olması isə çox düşündürücüdür...
Allah Quranda sülhə təşviq edir
Allah Quranda hər zaman sülhü, bağışlayıcılığı təşviq etmişdir. Hətta Peyğəmbərimiz (səv) dövründə müsəlmanlar özlərinə əziyyət edilməsinə baxmayaraq, qarşı tərəfi daima sülhə çağırmışdır. Sülh təklifi nəticə verməyəndə zülm edən cəmiyyətdən – öz şəhərlərini, evlərini geridə qoyaraq- uzaqlaşmışdır. Ayələrə görə “Özlərinə qarşı vuruşan, hücuma məruz qalan müsəlman cəmiyyətə” belə özünü müdafiə etmək icazəsi verilir, hücum etmək əmri deyil.
Belə ki, hər müsəlman Qurana görə hərhansı bir yerdə qarışıqlıq olanda, bir dava atəşi alovlandırılanda sakitləşdirici üslubu istifadə etməli, barış yollarını axtarmalıdır. Qan tökülməsini əngəlləməli və sülhü mühafizə etməyə çalışmalıdır. Bu əslində - nə qədər bəzi şəxslər əksini müdafiə etsələr də - asan olandır.
Sülh asandır, uzlaşmaq, anlayışlı olmaq, özünü qarşı tərəfin yerinə qoyaraq hərəkət etmək asandır. Küfr edən, hücum edən, təhqir edən, qadınları əzən, insanları bədbəxt edəcək rəftar göstərən şəxslər yanlış yoldadır və bundan dərhal uzaqlaşmalıdırlar. Sülhü qorumaq, hüzur yaratmaq, fitnə-fəsada icazə verməmək iman gətirənlər üçün fərz olan hökmlərdir.
Nə qədər çox qan töksələr, Allah’ın o qədər bəyənəcəyini zənn edənlər Qurana zidd hərəkət edir, hətta istəməyərək də olsa fitnə-fəsada səbəb olurlar. Allah sülhü əsas alır, qan tökülməsini istəmir. Belə ki, bəzi insanlardakı müharibə istəyini ortaya qoyan danışıq üslubları, qan tökmə ruhunu təşviq edən davranışlar yanlışdır.
Allah’ın bəyəndiyini seçmək
Allah insanların əziyyət çəkməsini istəməz. Nisa surəsindəki bir ayədə “Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməz. Allah şükrün qarşılığını verəndir, biləndir” buyurulur. Allah’ın ən bəyəndiyi xüsusiyyətlər sevgidir, şükürdür, mərhəmət və fədakarlıqdır. Səmimiyyətdən, ağıl və imandan qaynaqlanan sevgi imanın da əsas hədəfidir. Şeytan insanların iman gətirməsinə mane olmaq istəyir, buna görə də sevgini insanlara unutdurmağa və nifrəti yaymağa çalışır, insanları ən pis hərəkətlərə təşviq edir. Biz də inananlar olaraq bu hiyləni pozmalıyıq.
Pis sözü yaymağa çalışmaq, təcavüzkar üslub mənimsəmək, insanlara nifrət etmək Allah’ın bəyənmədiyi davranışlardır.
Allah bizi sevgi üçün yaratmışdır. Cənnətdə də Allah sevgini yaşamağımızı istəyir. Cənnət sevgi yurdudur, məhəbbət yurdudur, gözəllik yurdudur. Rəbbimiz ağacları, bitkiləri, uşaqları sevməyimizi istəyir, qılmanları, huriləri, öz həyat yoldaşlarımızı sevməyimiz üçün yaradır. Allah sevgidən xoşlanır, bunu bəyənir. Sevgini öyrəndiyimiz yer isə dünyadır.
Dünya müvəqqəti bir məkandır, imtahan yurdudur, pis olan bütün xüsusiyyətlərin tərk edilməsi üçün dərs keçdiyimiz müvəqqəti bir kurs kimidir. Sevgini öyrəndiyimiz bir sevgi məktəbidir dünya. Burada sevginin əslini öyrənirik ki, bu təhsildən sonra sonsuza qədər o sevgini yaşaya bilək.
Elə bu səbəbdən, iman gətirənlərin dünyadakı ən mühüm vəzifələrindən biri insanlara sevgini öyrətməkdir. Biz israrla Allah’ın bizə əmr etdiklərini Peyğəmbərimiz (səv) vəsiləsi ilə Allah’ın bizə göstərdiyi yolu izləyəcəyik.
“Mənim etdiyimdən nə olar ki” demədən, gücümüzü az görmədən, əlimizdən gələnin ən çoxunu edəcəyik. Dünyada sülhün yaranması üçün müharibənin sona çatması, axan qanların dayanması və bütün dünyadakı silahların yox edilməsi üçün var gücümüzlə Allah’ın izni ilə cəhd etməyə davam edəcəyik.
Adnan Oktarın Harakah Daily'də yayımlanan yazısı: