Əli İbn İbrahim İbn Haşim, atası Məhəmməd İbn Əbu Umeyr və İshak İbn Ammardan, Əbu Abdullahın (Cəfər Sadiq (ə.s)) belə buyurduğunu rəvayət edir:QADINLARI SEVMƏK PEYĞƏMBƏRLƏRİN ƏXLAQINDANDIR.”  (Kuleyni, Kafi, 5-ci cild, səh. 320, 1-ci hədis)       
Məhəmməd ibn Yəhya əl-Attar, Abdullah İbn Məhəmməd, Əli İbn Hakim, Aban İbn Osman və Ömər İbn Yeziddən, Əbu Abdullahın (Cəfər Sadiq ə.s) belə buyurduğunu rəvayət etdi: QADINLARA QARŞI SEVGİSİ ÇOXALMAYAN BİR KİMSƏNİN İMANININ ARTACAĞINI DÜŞÜNMÜRƏM.” (Kuleyni, Kafi, 5-ci cild, səh. 320, 2-ci hədis.)         
Məhəmməd İbn Umeyr, Bəkkar İbn Kərdəm ilə başqa birindən nəql etdiyinə əsasən Əbu Abdullahın (Cəfər Sadiq ə.s) belə dediyini rəvayət etdi: HZ. PEYĞƏMBƏR (SALLALLAHU ƏLEYHİ VƏSSƏLƏM) BUYURDU: "MƏNİM GÖZ NURUM NAMAZDA, HƏZZ QAYNAĞIM İSƏ QADINLARDA QƏRAR QILINDI."  (Kuleyni, Kafi, 5-ci cild, səh. 321, 7-ci hədis.)