Rəsulullah (s.ə.v) əshabəsinə buyurdu: “Ey əshabəm! Sizə oruc tutmaqdan, sədəqə verməkdən və namaz qılmaqdan daha fəzilətli bir əməli xəbər verimmi?” “Bəli, ey Allah`ın Rəsulu” dedilər. Peyğəmbərimiz (s.ə.v) “Aralarında düşmənlik olan iki şəxsi barışdırmaqdır. İki şəxsin arasını vurmaq isə (dini) kökündən qazımaqdır” dedi.
“Bir-birinizə kin bəsləməyin. Bir-birinizə paxıllıq etməyin və arxa çevirməyin. Bir-birinizlə əlaqəni kəsməyin. Ey Allah`ın qulları, qardaş olun. Bir müsəlmanın qardaşı ilə üç gündən artıq incik qalması haramdır. (Buhari- Müslim- Riyazüssalihn sayfa-930)
Peyğəmbərimizin (s.ə.v) “Sizə namaz, oruc və sədəqədən daha üstün olan bir əməl xəbər verimmi?” sualına əshabəsi “Bəli, ya Rəsulullah” deyə cavab verdilər. Peyğəmbərimiz (s.ə.v) “Barışdırmaq, insanların arasını düzəltmək. Çünki iki insanın arasının dəyməsi, küsülülük saçı demirəm, dini kökündən qazıyır, dini məhv edir” buyurdu.(Tirmizi kıyame-56)
Bir müsəlmanın din qardaşı ilə üç gün üç gecədən çox küsülü qalması haramdır. Küsülülük, inciklik zamanı ilk salam verib barışan ən saleh olandır. (Buhari,Müslim-Riyaz üs- Salihin-sayfa-946)
Əməllər bazar ertəsi və cümə axşamı günləri Allahu-Təalaya ərz olunur. “Allah (cc) Ona şərik qoşmayan hər kəsi bağışlayar. Ancaq din qardaşları arasında küsülü olan kimsələri barışdırmadıqca bağışlamaz.” (Müslim- Riyaz üs-Salihin- sayfa -946)
“Bir-birlərinə sevgidə, mərhəmət göstərməkdə və şəfqətlə yanaşmaqda möminlər tək vücud kimidirlər. Bu bədənin bir orqanı şikayət etsə, yuxusuzluq və qızdırma ilə bədənin digər üzvləri də ona qoşular. (Buharî, Salât, 88; Müslim, Birr, 65.)
“Möminin möminə bağlılığı hissələri bir-birinə bağlanan tək bina kimidir” (Müslim, Birr, 18.)