Qorxu insanın ən güclü hissidir. Qorxu hissi nişan alındıqda insanlar adi vaxtlarda edə bilməyəcəklərini edir, normal şəraitdə düşünə bilməyəcəklərini düşünürlər. Mühakimə yürütməkdə çətinlik çəkir, müstəqil düşüncədən məhrum olurlar. Bu səbəbdən də cəmiyyətdə qəzəb yaratmağa çalışanlar daim bu qorxu hissindən istifadə etməyi qarşılarına məqsəd qoyurlar. Buna da, adətən, müvəfəq olurlar.
Terror deyildikdə xalq arasında ilk ağla gələn şey zorakılıq və öldürmədir. Halbuki fransızca "terreur" sözündən gələn və latın mənşəli olan terrorizmin əsl mənası "qorxudan titrəmə" və ya "titrəməyə səbəb olmaqdır".1 Dolayısilə terrorda məqsəd cəmiyyətləri həmişə qorxuda saxlamaq, yəni cəmiyyət içində siyasi məqsədli qorxu yaratmaqdır. Şiddət qorxunun yollarından sadəcə biridir. Bu bəzən təzyiq, üstünlük, təhdid, şantaj etmə kimi üsullarla də təmin edilə bilər. Belə bir şəraitdə qorxu hüquq və ədalət kimi legal anlayışların önünə keçir, insanları əsir alır və onların gündəlik həyatlarına hakim olur. Qorxunun hakim olduğu cəmiyyətlər artıq aralarında millət və birlik anlayışlarını itirməyə başlayır, "biz və başqaları" anlayışını inkişaf etdirib bölünür, zaman keçdikcə məhsuldarlığını, yaradıcılığını, zövqlərini itirir. Müəyyən bir müddət sonra cahil və əsəbi insanlar daha əsəbi hala gəlir, fanatiklər daha da fanatikləşir. Azadlıq əleyhdarları hüquq müdafiəçilərinin önünə keçir. Bir az yaxından baxdıqda, cəmiyyət içində parçalanma istəyən "başqalarına" tab gətirə bilməyən, digər etnik mənsubiyyətlərə, dinlərə və baxışlara qəzəblə baxanlar bu qorxu şəraitindən ən çox istifadə edən insanlar halına gəlirlər.
İllərlə terror fəlakəti ilə iç-içə yaşamış Yaxın Şərq cəmiyyətləri bu qorxunun hansı nəticələrə səbəb olduğunu, cəmiyyət içində necə dəhşətli mənzərə yaratdığını zaman keçdikcə gördülər. Terrorizmin geniş yayıldığı ölkələrdə ixtilafların baş verməsi, müsəlmanların öz aralarında belə bölünməsi terrorun həm səbəbi, həm də nəticəsidir. Müsəlmanlar öz aralarında ittifaq etmədikcə radikallaşma və terrorun inkişaf etməsi üçün daha rahat şərait yaranmış, terror artdıqca da müsəlmanlar arasındakı parçalanma daha da şiddətlənmişdir. Bundan başqa, qorxunun təkan verdiyi şiddət və qəzəb daha da güclənmişdir. Bu qəzəbinin böyük hissəsinin Qərbə qarşı olduğunu da burada xatırlatmaq lazımdır.
Avropada terror qorxusunu da bu aspektlərdən qiymətləndirmək lazımdır. Uzun müddətdir ki, Yaxın Şərqdə davam edən radikal və ya kommunist terror Avropa siyasətçiləri tərəfindən göz ardına vurulmuş, radikalizmə qarşı yalnız bombalarla cavab verilmiş, kommunist terror isə nəzərə alınmamışdır. Hazırda Avropa bu qorxu mühitini özü yaşayır. İllərdir yolda gördüyü bir çantaya şübhə ilə baxan, avtobusda tərləyən insanları canlı bomba zənn edən, kütləvi yaşayış sahələrinə girməkdən çəkinən Yaxın Şərq cəmiyyətlərinin yaşadıqları dəhşəti bəlkə də ilk dəfə anlayır. Lakin bu məqamda çox diqqətli olmaq lazımdır. Çünki qorxu, şiddət havadarlarının daim hədəf aldığı nəticədir.
Avropa mədəniyyəti azadlıq, demokratiya, insan hüquqları, incəsənət, musiqi, elm kimi gözəllikləri ilə dəyərli mədəniyyətdir. Yaxın Şərq insanlarının qorxu kabusunu yaşamalarını istəmədiyimiz kimi, Avropa xalqlarının da bu qorxunu yaşamasını istəmirik. Bu səbəbdən bu xəbərdarlıq nəzərə alınmalıdır: bir cəmiyyətdə qorxunun artırılması yolu ilə qəzəbli insanlara meydanın boş buraxılması, irqçilərə imkan verilməsi, İslam düşmənlərinin yolunun açılması, daha çox zorakılıq istəyənlərin intensivləşməsinə şərait yaradılması böyük fəlakətləri özü ilə birlikdə gətirəcək. Bu, həmin cəmiyyət daxilində azadlıqlara son qoyulması deməkdir. İllərdir insan hüquqlarının qalası halına gəlmiş gözəl Avropa mədəniyyəti qəzəbli insanlar ucbatından bu xüsusiyyətini itirə bilər. Şiddəti dəstəkləyən irqçi və qəzəbli insanların artdığı, qorxu içindəki Avropa cəmiyyəti yeniliklərin öncüsü ola bilməz, kəşflər edə bilməz, elmdə inkişaf edə bilməz. Sənətdə mükəmməl əsərlər yaradıla bilməz, memarlıqda estetika və zərafət olmaz, texnologiya, sənaye kimi sahələrdə yeni ideyalar inkişaf edə bilməz. Sağlam düşüncə ilə hərəkət etmə qabiliyyətini itirər. Ancaq qorxar, gizlənər, şübhələnər və daha çox qorxar.
Belə böyük bəlaya qapı açmamaq üçün bilinməlidir ki, qorxu güclü ola bilər, amma sevgi daima qorxunu məğlub edir. İnsanların sevgi ilə birlik olmaları, dostluğu möhkəmləndirmələri və siyasətçilərin zorakılığı zorakılıqla dəf edəcəkləri inancını bir kənara qoymaları bunu dərhal təmin edəcək. Şiddət yaradan qrupların şiddətlə son qoyulacağına inanmaq ağılsızlıqdır. Keçən 20 il zorakılığın heç bir nəticə vermədiyini, əksinə, şiddəti daim bəslədiyini bizə sübut edib. Bu vəziyyət bəzi ağıllı cəmiyyətlərə məlumdur. Ötən günlərdə İngiltərədə ingilis hökumətinin Suriyada İŞİD hədəflərini vurmaq planına qarşı həyata keçirilən "Dont bomb Syria" (Suriyanı bombardman etməyin) etirazları minlərlə insanı bir araya toplamış güclü etirazlardır.2 Bu etirazların artması insanların və siyasətçilərin sevgi cəmiyyətləri yaratmasına daha rahat şərait yaradacaq.
Artıq siyasətçilər terror təşkilatlarına qarşı silah tuşlamaq əvəzinə onları dəyişdirəcək maarifləndirmə siyasətinə cəmlənməlidirlər. Terror və şiddətə həqiqətən son vermək və öz cəmiyyətlərini bu qara dəlikdən xilas etmək istəyirlərsə, bunu daha əvvəl heç tətbiq etmədikləri və qəti nəticə gətirəcək elmi bir yanaşma ilə həyata keçirməlidirlər. Artıq zorakılıqdan deyil, sülhdən danışmalıdırlar. Sevgi və sülhdən müharibə və qarşıdurmaların çox olduğu vaxtlarda danışmaq lazımdır. Sülhdən və çözümdən danışan insanlar olmadığı müddətcə, zorakılığın həyatımıza hakimiyyətini qarşısını almaq çətindir.
1)https://en.wikipedia.org/wiki/Terrorism
2) http://www.theguardian.com/politics/2015/nov/28/thousands-attend-protests-against-uk-airstrikes-on-syria
Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:
http://www.arabnews.com/columns/news/849176