Son zamanlarda “dünyanın dadı-duzu qaçıb” ifadəsini tez-tez eşidirik. İnsanlar davamlı çox sıxıldıqlarından və həyatın mənasız olduğundan şikayət edirlər. Dünyada da vəziyyət heç cür düzəlmir. Məzlum xalqın qətl edilməsi, bir çox müsəlman ölkələrdə baş verən şiddət hadisələri, iqtisadi böhranın olması, intiharların artması, elmi kəşflərin azlığı, incəsənətin korlanması kimi problemlərin əsl səbəbi sevgisizlikdir…
İnsanların əksəriyyəti sevgisiz və boş həyat yaşayırlar. Bu cür həyatın əsas səbəblərindən olan həsəd, qısqanclıq, etibarsızlıq, rəqabət ruhu, gələcək qorxusu, Allah`a təslim olmamaq kimi mənfi hallar da olanda sıxıntı yaranır. Belə vəziyyətə isə insanların nə gözləri, nə ruhu, nə də bədəni dözə bilir. Təbii ki, insanın hüceyrələri də üsyan edir, baxışı, səsi, sağlığı, məntiqi də pozulur. Belə insan həyatdan zövq ala bilməyəcək hala düşür və hər şeyə nifrət edir.
Sevgisizlik bataqlığına düşən belə insanlar həyatları boyunca özlərinə və çevrələrinə həm maddi, həm də mənəvi cəhətdən zərər verirlər. Belə insanların baxışları sevgisiz, ruhsuz, sanki robotlaşmış kimi olur. Çünki insanın ruhu sevgi ilə qidalanmalıdır.
Hüceyrələri qidalandıran sevgidir
İnsan nə qədər sahiblənsə də, ruhu alınanda özünün sahibləndiyi bədəni çarəsiz şəkildə bir yerə düşüb qalır. Çünki ruh bütün bədənə hakimdir. Məhz bu məqamda metafizik bir hadisə yaşanılır. Çünki hüceyrələrimiz sadəcə qan ilə qidalanmır, sevgi də onlar üçün ən az qan qədər lazımi ehtiyacdır. Eynilə ruhumuz da hüceyrələrimiz kimi iman və sevgi ilə qidalanır. (Allah`ın izni ilə) ruhumuz sevgini bir yanacaq kimi istifadə edib hüceyrələrimizi iman və sevgi ilə bəsləyir, canlı və gümrah saxlayır, yaşadır. Amma insanların əksəriyyəti bu gerçəyi gözardı edərək yaşamağı üstün tutur.
Sevgisiz yaşayanda insanın fitrəti pozulur, ruhu məhv olur. Sevgini bir qida kimi ən vacib ehtiyaclardan biri kimi görə bilməyən bu insanlar istədikləri xoşbəxtliyi doğru yerdə axtarmırlar. Belə insanlar bir mənada ruhlarını öldürərək zamanla nevroloji və fiziki pozğunluqlar yaşayırlar. Belə fikirli insanların bir müddət sonra əti, sümüyü çürüyür, saçları zədələnir, sağlığı pozulur, ağlı gedir, beyin funksiyaları zəifləyir. Yaşadığı sevgisizlik, mərhəmətsizlik hüceyrələrini öldürür.
Müsəlman Allah üçün sevər
Müsəlmanlar üçün sevmək və sevilmək çox böyük nemətdir. Çünki müsəlman incəlikdən, gözəllikdən zövq alan, çox yaxşı müşahidə qabiliyyətinə malik, detallara fikir verən, incə ruhludur. Müsəlman həmişə sevgi doludur. Necə ki özü Allah`ın sevgisinə, razılığına möhtacdır, eynilə Onun yaratdıqlarına qarşı da sevgi göstərməlidir. Davamlı cənnət həsrətində olduğu üçün davranışlarında, ruhunda, bədənində, ətrafında həmişə ən gözəl olanı axtarır.
Sevgidən sevgi doğur. Ən qatı ürəkli insanda da sevginin mütləq ki, bir təsiri olur. Qəlblərdə sevgi yaradan Allah`dır. Davamlı müsbət düşünən, anlayışlı davranan, sevgi dolu olan insan bu səbrinin qarşılığında etdiklərinin bəhrəsini mütləq görəcəkdir. Ən qatı insan da bir müddət sonra mütləq yumşalır. Davamlı anlayışlı, ağıllı rəftar qarşısında öz mənfi münasibətindən utanıb səhvini düzəldir.
Sevgi insanın son nəfəsinə qədər yaşayacağı, iman kimi heç vaxt itirməyəcəyi, əmək sərf etməli olduğu bir məfhumdur. Sevgi üçün davamlı ağıldan istifadə etmək lazımdır. Həmişə sevgini artıran detalları düşünmək lazımdır. Çünki dinin mənbəyi sevgidir. Dünyanın mənası sevgidir. Bir müsəlmanın dünyada əsas məsuliyyət daşıdığı şeylərdən biri sevgini qorumaqdır. İmanın, ibadətlərin, həyatının məqsədi onsuz da sevgidir. Sevginin, anlayışın, mehribanlığın olmadığı bir mühitdə isə münaqişə yaranmağa başlayır. Hər kəs nəfs sahibidir. Nəfs tərbiyələndirilməsə, ona əmr verib gözəl olan zorla etdirilməsə nəfs Allah`ın ayədə bildirdiyi kimi “var gücü ilə pisliyi əmr edir”(Yusif surəsi, 53). Bir insanın pis davranışı, pis mimikası olan insanlara yaxşı münasibət göstərməsi asan deyil. Bu çətindir, iradə tələb edir. Məhz bunu insan Allah sevgisi ilə, Allah qorxusu ilə, Allah`a olan dərin hörmət üçün edər. Ancaq imanla gücü çatar buna. Yoxsa iman olmadan, Allah sevgisi olmadan gücü çatmaz. Allah sevgisi ilə, Allah eşqi ilə mümkündür bu.
Sevgi olmayan bir dünyada sülhün, sakitliyin, ədalətin hakim olmasını necə gözləyə bilərik?
Sevgisiz cəmiyyətdə dünyanın gözəl və sakit bir yer olması üçün cəhd etməliyik. Bu səbəbdən imanı dərin olan hər kəsin əvvəla üzərində durmalı olduğu şey sevgini insana sevdirməkdir. Möminlər hansı fikirdə olursa olsun, insanlara sevməyi öyrətməlidir. Mərhəmət göstərməkdən zövq alan, fədakar insanlara cəmiyyətdə ehtiyac var. Bunun tək yolu da gerçək din əxlaqını yaymaqdır. Allah sevgisini qəlblərə yerləşdirmək lazımdır. Allah`ı sevməyən birinin Allah`ın yaratdıqlarını sevməsini gözləmək olmaz.
Bütün dünyaya sevgini sevdirəcək, sevgini öyrədəcək insan isə hz. Mehdidir (əs). Əgər dünyada baş verənlərə diqqətlə baxsaq, hz. Mehdinin (əs) vəzifədə olduğu və dünyaya sevgini sevdirməyə başladığını görəcəyik. Ona kömək etmək üçün də insan öz çevrəsindən başlayaraq sevgini sevdirməyə və yaymağa çalışmalıdır.
Sevgisiz və imansız insanlar heç bir şeydən zövq ala bilməyən, nemətlərə naşükürlük edən birinə çevrilir. Etdikləri tək şey daxili sıxıntıdan çıxmağa çalışmaq olur. İmansızlıq və sevgisizlik bütün bədəni bürüyərək insanı fiziki cəhətdən də məhv edir. Sevgisizlik və imansızlıq insanların hüceyrələrini öldürür, qanını dondurur, ağlını örtür. Belə insanların olduğu cəmiyyətlərdə sevgi,hörmət qalmır, sənətkarlıq məhv olur, demokratiya olmur, iqtisadiyyat pozulur.
Müsəlman imanı, nuru sevir
Allah bir çox hiss kimi insanların qəlblərinə sevgi hissini də yerləşdirib. İnsan Quran əxlaqına itaət edərək bu keyfiyyətə sahib olmalıdır. Möminlər Quranı özlərinə rəhbər etdikləri üçün sevgilərini özlərini və sahib olduqları bütün nemətləri yaradan Rəbbimizə və Onun razılığını qazanan möminlərə yönəldirlər.
Dünyanın bər-bəzəyinə aldananlar isə Allah`ın onlara imtahan üçün verdiyi nemətlərə hərisliklə bağlanırlar. Məsələn Allah`ı sevən kimi sevirlər. Allah Quranda inkar edənlərin bu yanlış sevgisini belə bildirir:
İnsanlardan elələri də vardır ki, Allah’dan qeyrilərini (Ona) tay tutur, onları da Allah’ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah’a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah’a məxsus olduğunu və Allah’ın şiddətli əzab verdiyini görəydilər.(Bəqərə surəsi, 165)
İnsan cəmiyyətdə daha çox sevilmək üçün gözəl əxlaqlı olmaq istəsə, buna bəlkə də biraz da olsa, gücü çatar. Ancaq özünü gözəl əxlaqlı olmaqdan zövq alaraq, insanlar yaxşı davranmasalar belə gözəl əxlaq göstərməkdə iradəsizlik göstərməyəndə çox möhtəşəm, keyfiyyətli həyat tərzi əldə edər. Əlbətdə, bunu edə bilməyin tək yolu insanların deyil, Allah`ın razılığını axtarmaqdır. Ancaq o zaman qarşısındakı insan laqeyd də olsa, onun çirkin xarakterini mənimsəməyən, qarşısındakı davakar da olsa, etidallı davranan, qarşısındakının bütün cahilliklərinə, təkəbbürünə baxmayaraq, şəfqətlə və mehribanlıqla qarşılıq verən bir insan ola bilər.