Radikalizm 18-ci əsrdə meydana gəlmişdir. Latın dilində “kök” mənasında olan ''radix'' sözündən yaranmışdır və ''kökdən, təməldən'' mənalarını ifadə edir. Bu doktrina zaman keçdikcə fəlsəfi cəhətdən şərh olunmuş, ictimai və siyasi hadisələrdə həyat tərzlərini tənqid edərək kökündən dəyişdirmək mənası kimi müəyyən olunmuşdur.
Bu fəlsəfi doktrinanı mənimsəmiş təşkilatlar əks mövqenin nəyi müdafiə etdiyini və nəyi düşündüyünü anlamağa ehtiyac duymadan öz ideologiyalarını təlqin etməyə cəhd etmişlər. Dünya ictimaiyyətində bu radikal təşkilatlar demokratik rejimlər tərəfindən qeyri-qanuni və terrorist birliklər kimi qiymətləndirilmişdir.
Radikalizmi dini inanclar üzərində qurulmuş bir düşüncə sistemi hesab etmək yanlışdır. Hər şeydən əvvəl haqq dinlərin heç birində terror və qətl əməlləri əsla qanuni hesab olunmur. İslam terroru qəti olaraq lənətləyir və qadağan edir. Ancaq dini yanlış izah edən bəzi qruplar dünyada belə bir düşüncənin meydana gəlməsinə səbəb olmuşlar. Bu qrupların eləcə də, Avropada bir çox ifrat sağçı, yəni faşizmi müdafiə edən radikal təşkilatların da törətdikləri cinayətlərə rast gəlinir. Eyni şəkildə ifrat sağ və ya radikal sol adlandırılan bir çox təşkilatın törətdiyi terror da BMT və NATO daxilində ciddi tədbirlərin görülməsinə səbəb olmuşdur. Məsələn, Türkiyədə fəaliyyət göstərən stalinist terror təşkilatı olan PKK da bu siyahıdadır.
Dövrümüzdə dünyanın müxtəlif ölkələrində qeyd etdiyimiz şəkildə bir çox təşkilat fəaliyyət göstərir. Ölkə rəhbərləri də danışıqlarında bu təhlükəyə tez-tez diqqət yetirərək, radikalizmlə mübarizənin əhəmiyyətini vurğulayırlar. Məsələn, Baş Nazir cənab Rəcəb Tayyib Ərdoğan Rusiyaya ziyarəti zamanı radikal qrupların təhlükəsinə diqqət çəkmiş və bu qruplar əleyhinə əməkdaşlıq etməyi təklif etmişdi.
http://www.turkiyegazetesi.com.tr/gundem/130755.aspx
Prezident Abdullah Gül də radikal qrupların Türkiyə üçün böyük bir təhlükə olduğunu, İslam dünyasında fitnə və ayrı-seçkiliyi daha da şiddətləndirdiyini və sünni - şiə münaqişəsinin əsas səbəbi olduğunu vurğulamışdı.
http://www.aljazeera.com.tr/haber/suriyedeki-radikal-gruplar-turkiye-icin-buyuk-tehdit
Avropada da radikalizmlə bağlı tənqidlərə tez-tez rast gəlinir. Məsələn, Almaniyanın Hamburq şəhərində meydana gələn hadisələrdə politoloq Carsten Koschmieder hadisələrlə əlaqədar verdiyi müsahibəsində 1970-ci illərdə terror əsdirən ifrat solçu qrup olan ''Qırmızı Ordu Fraksiyası'' (RAF) haqqında bəzi izahlar verdi və çıxışında "radikal sol" ifadəsindən istifadə etdi. http://www.hurriyet.com.tr/dunya/25573285.asp
Dünya ictimaiyyəti son 50 ildə, xüsusilə Asiya və MENA ("The Middle East and North Africa" -Orta Asiya və Şimali Afrika) bölgəsi də daxil olmaqla, radikal və fanatik qruplar tərəfindən reallaşdırılan bir çox dəhşətverici hadisələrə şahid oldu. Guya İslam adına fəaliyyət göstərdiklərini iddia edən bir çox radikal qrup öz yanlış inanc və həyat tərzlərini sərt yolla cəmiyyətə tətbiq edirlər. Xüsusilə Əl-Qaidə, Əl Nusra, Əş Şəbab və Boko Haram kimi təşkilatlar dünyanın bir çox yerində şiddət və nifrət siyasətini həyata keçirirlər. Guya İslam adına hərəkət edən bu qruplar İslamı yanlış izah edir və öz inanclarını mənimsəməyən hər kəsi hədəfə alırlar.
Bu fanatik zehniyyət "aləmə səs salmaq və ictimaiyyəti qorxutmaq" məqsədilə ticarət müəssisələri, bazarlar, sərnişin terminalları və marketlər kimi xalqın çox olduğu onlarla ərazidə terror aktı törətməkdən də çəkinmirlər. Buna bir neçə nümunə verə bilərik; Əl-Cəzairdə 16 yanvar 2013-cü il tarixində Əl-Qaidə ilə əlaqəli bir dəstə təbii qaz şirkətində işləyən 41 şəxsi girov götürmüşdür. Baş verən bu hadisələrdə bir çox girov həyatını itirmişdi. Özlərini "qanla imza atanlar" adlandıran bu radikal qrup Qərb düşmənçiliyini yaymağa və guya İslama söykənən bir rəhbərlik sistemi qurmağa çalışdıqlarını iddia edir.
http://www.radikal.com.tr/dunya/cezayirde_rehine_operasyonu_50_olu-1117367
Keniyanın paytaxtı Nayrobidə "Əş Şəbab" terror təşkilatı Keniyanın Somaliyə etdiyi hərbi müdaxiləni bəhanə edərək bir ticarət mərkəzinə etdiyi hücumda təxminən 62 nəfəri öldürdü və 200 nəfəri də yaraladı.
http://t24.com.tr/haber/iste-kenyadaki-avm-saldirisini-ustlenen-el-sebab-orgutunun-ic-yuzu/240376 http://www.hurriyet.com.tr/planet/24758343.asp
Fanatik təlimlərin fitnəyə gətirib çıxardığı ölkələrdən biri də Nigeriyadır. Borno əyalətində 2002-ci ildə yaradılmış "Boko Haram" terror təşkilatı yerləşdiyi bölgədə bir çox qırğınlar törətdi. "Boko Haram" haousa dilində "qərb təhsili qadağandır" mənasını ifadə edir.
"Boko Haram"ın bir müddət təşkilat rəhbəri olan Muhamməd Yusif BBC-yə verdiyi müsahibəsində "elmi və Avropa üslubunda təhsil istəmədiklərini" dilə gətirərək, fanatik İslam anlayışından ibarət olan yanlış düşüncəsini bildirmişdir. Bu düşüncə ilə fəaliyyətlərini reallaşdıran təşkilat ölkə səviyyəsində fəlakət yaymağa və bir çox insanı qətl etməyə davam edir.
http://tr.wikipedia.org/wiki/Boko_Haram
Radikalizmin vəhşiliyi və sevgisizliyi qarşısında beynəlxalq ictimaiyyət dərin narahatlıq keçirir. İslamın əleyhinə olan düşüncə sahibləri isə meydana çıxan bu qaranlıq mənzərədən istifadə edərək islamafobiyanı inkişaf etdirirlər.Əslində bu anlayışın "islamofobiya" deyil, "fanatik-fobiya" olması lazımdır. Çünki bu fobiyanın qaynağı əsası sülh olan İslam deyil, tam fərqli bir inanc sistemi olan FANATİZMDİR.
Hazırda radikalizmin "həyat tərzlərinə kökündən müdaxilə etmə, dəyişdirmə'' iddiasını İslam dininin qətiyyən qəbul etmədiyi həqiqətinə bir nəzər salaq. İslam dini insanların həyat tərzlərini, inanclarını və düşüncələrini tamamilə sərbəst buraxmışdır. Belə ki ,Quranda bu azadlıq anlayışı bir çox ayədə açıq-aşkar vurğulanmışdır. Bu ayələrdən biri belədir:
__web_url__tr/Makaleler/162296/baris-ve-sevgi-islam%E2%80%99in-ozunde
"Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs tağutu (şeytanı və ya bütləri) inkar edib Allah’a iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!" ("Bəqərə" surəsi, 256)
Bununla bərabər, xristianlıq, yəhudilik və müsəlmanlıq qeyri-qanuni bir doktrina olan radikalizm (fundamentalizm) ilə uzlaşa bilməz. Bütün haqq dinlərə nəzər salsaq, hər birində sevgi, sülh, qardaşlıq, tolerantlıq və ədalətin tövsiyə edildiyinə rast gəlirik.
Yenidən təhrif olunmuş Tövrata və İncilə baxanda da insanlara sevgi, sülh və tolerantlığın tövsiyə olunduğuna rast gəlinir:
Göründüyü kimi, bütün haqq dinlər terrorizmi və radikalizmi lənətləmişdir. Bütün haqq dinlər özündə sevgini, sülhü, qardaşlığı, ədaləti və tolerantlığı insanlara tövsiyə etmiş, zorakılığı və fanatikliyi qadağan etmişdir.
Dini mənada radikalizm ənənələrə söykənən dinə yanlış fanatik təlimləri əlavə etməyə çalışır və Quranın hökmlərini dəyişdirmək məqsədilə meydana çıxırlar. Bu təlimləri qəbul edənlərin böyük bir qismi özlərinin doğru yolda olduqlarını zənn edirlər. Bu qruplar daxilində terror törədənlər də fanatizm bataqlığı içində “müsəlmanlıq” adına bunu edə biləcəklərinə inanırlar.
Məhz bu səbəbdən Quranda insanların sülh, dinclik, şəfqət və tolerantlıq təməlinə söykənən bir əxlaqa çağırıldıqlarının hər kəsə çatdırmaq fəaliyyəti bu fitnəni aradan qaldıracaqdır. İslama aid edilən yanlış fanatik təlimlər, yenə də yalnızca İslamın əsas qaynağı olan Quranla qarşılıq veriləndə məhv edilə bilər. Gerçək Quran əxlaqının bütün dünyada sülhü, sevgini, rifahı hədəf aldığını, terroru, şiddət və qan tökülməsini qəti olaraq lənətlədiyini bütün dünyaya izah etmək və müsəlmanların nümunəvi əxlaqını bütün dünyaya göstərmək çox əhəmiyyətlidir. Radikalizmi silah və şiddət deyil, fikri mübarizə və sevgi məğlub edəcəkdir.
Adnan Oktarın "Daily Mail"də yayımlanan məqaləsi:
http://dailymailnews.com/2014/04/20/columns-articles/1.php#sthash.Jw8dhM9M.dpuf