Adnan Oktarın 26 fevral 2011 Kahramanmaraş Aksu Tv və Qaziantep Olay Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Nur surəsi, Şeytandan Allaha sığınıram. "Diqqətli olun, göylərdə və yerdə olanların hamısı Allahındır." Deməli, şəxsə aid bir mal yoxdur. "O, üzərində olduğunuz şeyi əlbəttə bilər və Ona qayıdacaqları gün etdikləri özlərinə xəbər veriləcək. Allah hər şeyi biləndir." Bizə bəlkə kiçik bir kristal parçası kimi bir şey veriləcək, bir yaddaş. Bütün həyatımızı ehtiva edən bir yaddaş. Bütün söhbətlərimizi, bütün təsvirlərimizi ehtiva edən yaddaş. Orada, o kanalla bizim bütün etdiklərimiz bizə göstəriləcək. İman edənlər sağ əllərinə götürürlər, iman etməyənlərin sol əllərinə verilir. Əgər sağ əlindədirsə, o rahatlaya bilər. Onun üçün Quran mədəniyyəti, Quran məlumatı çox əhəmiyyətlidir. Quranı yaxşı bilən, axirətdə də o istiqamətiylə çox rahatlayar. Çünki, məsələn, o kiçik kitab bütün məlumatları ilə sağ əlinə verilir; kitab deyirəm artıq anlayın deyə söyləyirəm, məlumat xəzinəsidir. O insan mütləq cənnətə gedəcək deməkdir. Məsələn, ön tərəfində işıq varsa və sağ tərəfində də işıq varsa mütləq cənnətə gedəcək deməkdir. Allah; "qüvvətlə ümid edərlər" ümid edərlər, deyir. Və heç bir şəkildə mömin axirətdə sıxıntı duymaz. İnsan zənn edir ki, ölərkən canı yanar və yaxud qorxar. Heç bir şey olmur, Allah onların heç birini hiss etdirmir. Çünki imtahanı bitdiyi üçün, imtahan bitdikdən sonra çətinlik və əziyyətin mənası olmadığı üçün Allah artıq dayandırır. Axirətdə də elədir, imtahanı bitmişdir, orada da hər hansı bir qorxu, narahatlıq olması mümkün deyil. Amma küfrün hər anı acı və əzabdır, hər anı. Canının alınması ayrı bir acıdır, axirətə gedişi ayrı bir acıdır, cəhənnəmin kənarına oturdulmaları ayrı bir acıdır, süründürülərək aparılmaları ayrı bir acıdır. Davamlı alçaldılacaqlar.