“Bədi”, Uca Allahın bir adıdır. “QÜSURSUZ VƏ HEYRƏTVERİCİ ALƏMLƏR İCAD EDƏN” mənasını verir.
Bəzi insanlar Rəbbimizin bu Uca Sifətini tam olaraq qavraya bilməzlər. Bəziləri isə qavradıqları halda görməzlikdən gələrlər. İnkar edə bilmək üçün yol axtararlar. Allah, məhz bu şəxslərin vəziyyətini ayələrində belə xəbər vermişdir:
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 73-74)
Allahın Qədrini haqqıyla təqdir edə bilməyənlər, həmişə eyni səhvə yol verərlər. Öz iddialarını təsdiqləyəcək dəlillər gətirmək yerinə (ki, iddialarını təsdiqləyəcək tək bir dəlilləri yoxdur), Rəbbimizin heyranlıq oyandıran üstün yaradışında özlərinə görə qüsurlar axtarmağa cəhd edərlər (Allahı tənzih edirik). Bunu edən şəxslər ümumiyyətlə, Allahı inkar etmək məqsədiylə ortaya çıxmış olan ateistlər və darvinistlərdir. Darvinistlər, 21-ci əsrin gəlişi ilə birlikdə, 150 illik tarixlərində yaşadıqları ən böyük məğlubiyyəti dadmışlar. Yaradılış dəlillərinin milyonlarla olması və təkamülü dəstəkləyən TƏK BİR DƏLİL BELƏ OLMAMASI, bu əsrdə bütün dünyada aydın olmuşdur. İnsanlar məktəb illərindən bəri aldadıldıqlarını, içərisində olduğumuz bu illərdə öyrənə bilmişlər. Gerçək elmi dəlillərlə ilk dəfə qarşılaşmışlar və bir-birindən möhtəşəm 250 milyondan çox fosilin hamısının Yaradılış gerçəyini göstərdiyini görmüşlər.
Bu böyük məğlubiyyət darvinistlər üzərində elə böyük bir çaxnaşma və müsibət meydana gətirmişdir ki, təkamül müdafiəçiləri həll yolunu yalan və yalana əsaslanan qarşı hücumda tapmışlar. Bu günlərdə televiziyalardakı təkamül proqramları və darvinist jurnallar, həmişə eyni mövzunu gündəmə gətirərək məğlubiyyəti aradan qaldırmağa çalışırlar. İddiaları isə budur: canlılar qüsursuz deyil.
Daha əvvəl bir neçə dəfə açıqlamış olduğumuz bu mövzuyla əlaqədar əhəmiyyətli bir nöqtəni təkrar ifadə etməkdə fayda vardır: Canlılar əlbəttə ki, qüsursuz deyil. Lakin darvinistlərin anlamaq istəmədiyi şey budur: Canlılardakı insanın sirrini aça bilmədiyi, fövqəladə komplekslikdə və möhtəşəmlikdəki qüsursuzluqlar xüsusi olaraq yaradıldığı kimi, qüsurlar da xüsusi olaraq yaradılmışdır. Uca Rəbbimiz qüsursuzluqları yaradaraq, dilədiyi varlığı dilədiyi qüsursuzluq və gözəllikdə yaratmağa qadir olduğunu göstərir. Qüsurlar isə, bu dünyanın keçici imtahan məkanı olduğunun xatırladıcısıdır. Uca Rəbbimiz, qüsurlar yaradaraq əsl həyatın dünya həyatı olmadığını, qüsursuzluğun ancaq axirətdə, sonsuz cənnətdə var olacağını göstərir. Yer üzündə bir-birindən ehtişamlı aləmləri qüsursuzca, fövqəladə mükəmməllikdə və gözəllikdə yaradan Allah, əlbəttə ki, hər şeyi eyni qüsursuzluqda yaratmağa qadirdir. Çünki Uca Allah, bütün aləmlərin Hakimidir, qüsursuz yaratmaq ancaq Ona məxsusdur. Onun sənəti heyranlıq oyandırıcıdır, ehtişam doludur.
Əgər insan dünyada qüsursuz yaradılsaydı, imtahanın sirrini bilməyəcək, Allaha qul olmalı olduğunu anlaya bilməyəcək, Allahın razılığını və cənnəti qazana bilmək üçün səy içində ola bilməyəcəkdi. Qüsursuzluqlara dünyada sahib olan bir insana dünya yetərli gələcək, axirət həsrəti meydana gəlməyəcəkdi. Məhz bir çox canlı, xəstəliklərdən uzaq yaradılarkən, bir çoxu fövqəladə şərtlərə qarşı son dərəcə dayanıqlı ikən, çiçək harada olursa olsun xoş ətirli qoxu verərkən, insanda bunların qüsursuz şəkildə meydana gəlməməsi xüsusi hikmət üzrədir. İnsan, acizlikləri görərək Allaha yaxınlaşar, dünya həyatının gerçəyini anlayar və qüsursuzluğun gerçək sahibi olan Rəbbimizin yaratdığı cənnətə çata bilmək üçün Allaha yaxınlaşma səyi içində olar. İnsan, acizliklərini bilərək təkəbbürlənib lovğalana bilməz, Allaha qarşı böyüklük göstərə bilməz (Allahı tənzih edirik). Şübhəsiz ki, aləmlərin Rəbbi olan Uca Allah, axirətdə hər varlığı, ən mükəmməl, ən qüsursuz və ən möhtəşəm şəkildə yaradacaq. Əlbəttə, bu yaradılma, Uca Allahın yalnız “Ol” əmri ilə reallaşacaq. Rəbbimiz Quranda belə bildirir:
Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlərmi? Həqiqətən də, bu, Allah üçün asandır. De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.(Ənkəbut surəsi,19-20)
Allahın, qüsurları yaratmasındakı hikmət ilə əlaqədar, daha əvvəlki yazılarımızı buradan və buradan oxuya bilərsiniz.
Məhz darvinistlər, bu böyük həqiqətdən tamamilə xəbərsiz olduqlarından fövqəladə dərəcədə axmaq iddialarla ortaya çıxıb özlərini gülünc vəziyyətə salırlar. Əlbəttə, bu iddialarının doğru və etibarlı olmadığını özləri də çox yaxşı bilərlər. Allahın qüsursuz yaratma sənətinə özləri də şahiddirlər. Lakin əllərində tək bir dənə belə elmi dəlil olmaması, düşdükləri aciz vəziyyət və məğlubiyyətin gətirdiyi çaxnaşma, artıq onları belə məcburi və axmaq izahlara yönəldir.
Cənab Adnan Oktar, insanın acizliyinin ardındakı hikmətləri belə dilə gətirmişdir:
MÜXBİR: Bəli, bir sualımız var, hocam. “Təbiətdəki heyvanlar və bitkilərə baxırıq, toz-torpaq içində olmalarına, su-sabunla yuyunmamalarına baxmayaraq, hər zaman təmizdirlər, amma insan belə deyil, görəsən niyə insan daha əhəmiyyətli canlı olduğu halda, daha mürəkkəb canlı olduğu halda daha aciz yaradılıb?” deyə soruşmuş ...
ADNAN OKTAR: İnsan nə qədər aciz olsa, imtahanı o qədər mükəmməl olar, o qədər gözəl olar, Allaha o qədər yaxınlaşdırar. Məsələn, Allah istəsəydi bizim, yəni insanların ağzını da, çiçəklərdə olduğu kimi xoş ətirli edə bilərdi. Məsələn, Allah çiçək, ot, gülə çox gözəl qoxu verə bilir.
Allah, gülə verdiyi gücü məsələn, insanın ağzına da verə bilərdi. İnsanın ağzı gül iy verərdi, üzünü yumasına gərək qalmazdı, çiçək kimi tərtəmiz qala bilərdi. Yaxud polad parçası kimi tərtəmiz qala bilərdi. Allah xüsusilə belə etmişdir, diqqət yetirsəniz, insan bədəninin hər yeri acizlikdir, qulağı ayrı acizlik daşıyar, gözü ayrı bir acizlik, hamısı ayrı, hamısı xüsusi edilmişdir. Halbuki, məsələn, ətir mağazasının qarşısından keçirdim, gördüm; nə qədər çox ətirlər, növbənöv vəsaitlər var.
Allah kiçik şüşə qutular içində onları yaratmış və onları paketləmiş, o şəkildə bizim beynimizdə göstərir.
Allah istəsəydi, o tip gözəl qoxuları bizim bədənimizdə də yaradardı. Amma etməyib, tam tərsini edir, halbuki, məsələn, Allah istəsə, kreslo altında çox gözəl qoxu meydana gətirə bilər. Çünki digər bütün bitkilərdə, ən aciz sünbüldə, qərənfildə, bənövşədə, hamısında xoş ətirli qoxu yaradır. Amma Allah xüsusi olaraq etməmişdir ki, cənnətə insanlar həsrət duysun. O zaman cənnətə həsrət duymama riski meydana gələr. O özündəki acizliyi gördükcə davamlı cənnətə olan istəyi artacaq. Çünki məsələn, başımızda mükəmməl musiqi düşüncəmiz var, amma heç cür onu tapa bilmərik.
MÜXBİR: Bəli.
ADNAN OKTAR: Davamlı CD alırıq, kaset alırıq, amma axtardığımız musiqini indiyə qədər tapa bilmədik. Axtardığımız qoxunu da tapa bilmərik.
MÜXBİR: Bəli.
ADNAN OKTAR: Şüur altımızda o vardır. Məsələn, mükəmməl ev vardır, saraya getsək də bəyənmərik, “evimizə getsək heç olmasa” deyərik, deyilmi?
MÜXBİR: Bəli.
ADNAN OKTAR: O mənada heç birini bəyənmərik. Çünki biz cənnətə görə yaradıldığımız üçün şüur altımızda o cənnət və sonsuzluq düşüncəsi çox güclü instinktdir bizdə. Yəni sonsuz həyat instinkti insanda ən güclü instinktdir və tək təmin edilməyən instinktdir. Bu təmin ediləcəyi üçün verilən instinktdir. Məsələn, yemək instinkti verilər, təmin olar, susama instinkti vardır, hamısı təmin olar, amma bir tək sonsuzluq instinkti təmin edilməmişdir ki, əgər elə olmuş olsa, yəni insan heç ölməyəcəyini bilmiş olsa, düşünün yəni nə edərdi, nə olardı, bu qədər qısa bir həyata baxmayaraq belə olmasını düşün. (Hörmətli Adnan Oktarın 18 yanvar 2009 -cu ildəki Kanal 35 TV ilə etdiyi reportajdan…)
Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 8)