İnsanları zülmətdən nura çıxaran, hidayət rəhbəri olan Quran Ramazan ayında nazil olmuşdur
ucgen

İnsanları zülmətdən nura çıxaran, hidayət rəhbəri olan Quran Ramazan ayında nazil olmuşdur

1973

Batilin nə əvvəl, nə də sonra ona yol tapa bilmədiyi, insanları qaranlıqlardan nura, höküm və hikmət sahibi, şükrə layiq olan Rəbbimizn yoluna aparan, bütün müsəlmanlara hidayət, müjdə və rəhmət, içi titrəyərək qorxanlara öyüd və xatırlatma olan Qurani-kərim Ramazan ayında nazil edilmiştir. Allah bundan 1400 il əvvəl Peyğəmbərimizə (səv) ayələrini vəhy etdiyi bu mübarək aydan Quranda bu sözlərlə bəhs edilir:

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Ramazan ayı eyni zamanda içində "min aydan daha xeyirli"(Qədir surəsi, 3) olduğu bildirilən Qədir gecəsinin olduğu bərəkət ayıdır. Bu ayın müsəlmanlar üçün başqa bir əhəmiyyəti və gözəlliyi var. Bu ay boyunca dünyadakı bütün müsəlmanlar sanki “tək vücud kimi” oruc ibadətini yerinə yetirir, Allah'ın ayələrində bildirdiyi sərhədləri qoruyur, acizliklərini dərk edib verdiyi nemətlər üçün Rəbbimizə şükür edir, dualar edir və nəfslərinin tərbiyəsi üçün cəhd edirlər. Peyğəmbərimiz (səv) də bir hədisində Ramazan ayı ilə bağlı olaraq iman gətirənləri bu şəkildə müjdələmişdir: "Bu ayı oruc tutaraq, ibadət edərək keçirənlər və xeyir işlər üçün xərcləyənlər necə də xoşbəxtdir!"

Orucu Allah qatında məqbul edən iman gətirənlərin "ixlas, səmimiyyət və təqvaları"dır:

İman gətirənlər Ramazan ayını sevinclə qarşılayırlar. Bu, Allah'ın rizasını qazanacağını ümid etdikləri ibadəti yerinə yetirməyin sevincidir.

İman gətirənlər həyatlarının hər mərhələsini, etdikləri hər işi Allah'ın razılığını qazanmağa həsr etmişlər. Məqsədləri hər an, hər yerdə Rəbbimizin razılığını axtarmaqdır. Bu səbəblə bütün ibadətlərində olduğu kimi, oruc tutarkən də yalnız Allah'ın razılığını güdürlər. Allah, "Onların nə əti, nə də qanı, əlbəttə Allah'a çatmaz, Allah'a çatacaq olan ancaq sizin təqvanızdır..." (Həcc surəsi, 37) ayəsi ilə Allah qatında möminlərin ibadətlərini yerinə yetirərkən ürəklərində hiss etdikləri Allah qorxularının, səmimi niyyətlərinin və ixlaslarının vacib olduğunu bildirmişdir.

Oruc ibadətində də Allah qatında əsl məqbul olan bu ibadətin də ixlas və səmimiyyətlə yerinə yetirilməsidir. Bu, eyni zamanda güclü Allah qorxusunun, güclü imanın göstəricisidir. Allah, "...Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah'ındır." (Ənam surəsi, 162) ayəsi ilə möminlərin ibadətlərini yalnız Allah üçün etdiklərinə diqqət çəkmiş və onlara "Allah'a ibadətdə qətiyyətli olmalarını" bildirmişdir(Məryəm Surəsi, 65). Allah həmçinin ayələrində ibadətlərini göstəriş üçün edənlər də olduğunu xatırladaraq, iman gətirənləri "dini yalnız Allah'a xalis qılmağa" çağırmışdır. Bu səbəblə bütün ibadətlərdə olduğu kimi, oruc tutarkən də insanın qəlbinin davamlı olaraq Allah ilə birlikdə olması, yalnız Onun razılığını güdməsi böyük əhəmiyyət daşıyır.

RAMAZAN AYININ VƏ ORUC İBADƏTİNİN İMAN GƏTİRƏNLƏR ÜÇÜN BİR ÇOX XEYİR VƏ HİKMƏTİ VAR

Allah Quranın "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!"(Bəqərə surəsi, 183) ayəsi ilə iman gətirən bütün insanlara orucun fərz olduğunu bildirmişdir. Ramazan ayının gəlişi ilə birlikdə bütün iman gətirənlər Rəbbimizin bu əmrini ən gözəl şəkildə yerinə yetirib, Onun razılığını qazana bilmək üçün səmimi səy göstərirlər.

Ramazan ayı bütün bəşəriyyət üçün xatırladıcı və onları doğru yola dəvət edən çox xeyirli bir vaxtdır. Dünyanın hər yerindəki bütün müsəlmanlar, eyni məqsəd istiqamətində birlik və bərabərlik içərisində hərəkət etməyin, Allah'ın razılığını qazanmaq üçün eyni yolda ibadət etməyin verdiyi mənəvi zövqü və həyəcanı yaşayırlar. Bu səbəbdən Ramazan ayı eyni zamanda iman gətirənlərin qardaşlıq və həmrəylik hisslərinin artmasına və bu istiqamətdə gözəl əxlaq xüsusiyyətləri göstərmələrinə səbəb olur.

İman gətirənlərin Rəbbimizin böyüklüyü qarşısındakı acizliklərini və Ona möhtac olduqlarını anlamalarına səbəb olur:

Allah insanı yaratmış və dünyanı ən gözəl nemətlərlə bəzəmişdir. İnsan yalnız həyatda qala bilmək üçün belə, hər an Rəbbimizin onu qorumasına, nəzarət etməsinə, nemətini bağışlamasına və ona doğru yolu göstərməsinə möhtacdır. Bunlar, iman gətirən, Rəbbimizin böyüklüyünü və gücünü qavrayan hər möminin qavradığı həqiqətlərdir. Ancaq insan dərin düşünmədikdə, ağlını və vicdanını lazımi şəkildə istifadə etmədikdə qəflətə düşə bilir və bütün bu gerçəkləri unuda bilir. Halbuki Ramazandakı oruc ibadətində insan Allah'a qarşı acizliyini anlayır. Aclıq səbəbindən mədəsini düşünür. Bədəninin nə qədər zəif olduğunun fərqinə varır. Allah'ın rəhmətinə nə qədər ehtiyacı olduğunu xatırlayır. Nəfsinin pisliklərini tərk edib, Allah'a qarşı acizliyini anlayıb Allah'a yönəlir. Verilən nemətlər üçün şükür edir. İnsan bu vasitə ilə Allah diləmədiyi təqdirdə heç bir şeyə malik olmadığını, hər bir nemət üçün Allah'a möhtac olduğunu dərk edəcək əxlaqa yiyələnir.

Allah'ın Quran ilə insanlara bildirdiyi bütün hökmlərində olduğu kimi, orucun da insanlar üçün bir çox xeyir və hikmətləri var. Ramazan ayı iman gətirənlərin bu hikmətləri görüb düşünmələrinə və bu şəkildə imanda dərinləşmələrinə səbəb olur.

İman gətirənləri Rəbbimizin üzərimizdəki nemətini və rəhmətini təfəkkür edib şükür etməyə yönəldir:

Orucun hikmətlərindən biri, insanların Rəbbimizin üzərimizdəki nemətlərini və rəhmətini daha dərin düşünüb qavramalarına və daha çox şükür etmələrinə səbəb olmasıdır. İnsan həyatı boyu hər an Allah'ın bəxş etdiyi bir çox nemətlə qarşılaşır. Allah quru bir torpaqdan insanlara rəngi, forması, qoxusu və ləzzəti mükəmməl olan ruziləri hazır olaraq təqdim edir. Heç bir ləzzəti, qoxusu olmayan qara bir torpaqdan ləzzəti və qoxusu ilə insanda heyranlıq oyandıran bananın, çiyələyin, üzümün, almanın, portağalın, əriyin, albalının, qarpızın, qovunun və daha burada sadalaya bilmədiyimiz müxtəlif tərəvəz və meyvələri çıxarması özü-özünə bir möcüzədir. Əgər Allah istəsəydi, bizə bir növ ruzi yarada bilər və bu ruzinin ləzzəti də çıxdığı torpağa uyğun olaraq acı və ya dadsız ola bilərdi. Ancaq Allah'ın qullarına mərhəmətinin bir nəticəsi olaraq sahib olduğumuz yeməklər, saya bilmədiyimiz qədər çox növdə və ləzzətdədir. Bu nemətləri unudan insanlar üçün Ramazan ayı Allah'ın Rəhman və Rəhim isminin təcəllisi olan nemət müxtəlifliyinin xatırlandığı mübarək aydır. Çünki Ramazan ayında insanlar qısa bir müddət üçün də olsa bu nemətlərdən uzaq qalır və axşam oruclarını açmaq üçün süfrəyə oturduqda nemətlərin dəyərini daha yaxşı anlama imkanı əldə edirlər.

Ramazan ayı insanın nəfsinin tərbiyə edilməsinə səbəb olan bir növ “şükürün açarı” vəzifəsi daşıyır.

Mübarək Ramazan ayı və oruc ibadəti bunlar kimi daha bir çox xeyirlərə səbəb olur, insanlar üçün bir çox hikmətlər ehtiva edir. Ancaq əsas odur ki, oruc ibadəti ilə birlikdə qazanılan bu gözəl xüsusiyyətlər Ramazan ayından sonra da eyni şəkildə yaşanmağa davam etsin. Əsla unutmaq olmaz ki, Allah Quran ayələrində nəfsin daim pislik əmr edən olduğunu xatırladır, bu səbəbdən də hər zaman ixlaslı olmaq və Allah`ın rizasını seçmək lazımdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr