Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (24 dekabr 2011, 10:00)
Adnan Oktar: Şeytandan Allaha sığınırıq. Ya Allah, bismillah. Nur surəsi, 22. "Sizdən, fəzilət və var-dövlət sahibləri", fəzilət sahibləri, əvvəl söylənilir. Var-dövlət sahibləri sonra söylənilir. Çünki var-dövlət sahibi olub da, fəzilət sahibi olmasa bir şey çıxmaz, ondan elə də bir şey çıxmaz. Lakin fəzilət və var-dövlət sahibidirsə, o zaman tamamdır. "Yaxınlara", yaxınlığında olanlara, yəni qohumlarına, "yoxsullara", yəni malı, mülkü olmayan kasıblara. "Allah yolunda hicrət edənlərə", məsələn, evini tərk edib getmiş, müsəlmanların yanına gəlmiş, hicrət etmiş, "onlara verdikləri malı əskiltməsinlər, bağışlasınlar və anlayışla qarşılasınlar". Baxın, həm bağışlamalı, həm də anlayışla qarşılamalıdırlar. "Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah, bağışlayandır, rəhmlidir".