Adnan Oktarın 27 fevral 2011 Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Nur surəsi 22-ci ayə; "Sizdən fəzilətli və varlı olanlar; yaxınlara, yoxsullara, Allah yolunda hicrət edənlərə verir" ehsan verir, yemək, pul, marka paltar verir, "əksiltməsinlər. Bağışlasınlar və xoş görsünlər, Allahın sizi bağışlamasını istəməzsinizmi? Allah bağışlayandır, əsirgəyəndir". "Yaxınlara", yaxın demək; hər cür yaxın. Gördükləri qohumları, yoldaşları yaxınlarıdır. "Yoxsullara"; yoxsul dərhal aydın olar. "Və Allah yolunda hicrət edənlərə"; adamın anası-atası əxlaqsız, uşaq məcbur olub dostlarının yanına getmişdir. Başqa da bir həlli yoxdur, məsələn, adamlar insest (yaxın qohumlar arasında cinsi əlaqə) əlaqəyə girirlər. Yaxud dinsiz-imansız etməyə çalışırlar. Əxlaqını pozmağa çalışır, çətin vəziyyətdə qalır, başqa yoldaşlarının yanına hicrət edir, müsəlmanların yanına. "Allah yolunda hicrət edənlərə ehsan etməkdə əksiltməsinlər" yəni məsələn, az verərək, ürəyindən çox paylamaq gəlir, amma deyir; "bu qədər də olmaz, az verim, idarə etsin" deyir. "Elə etməyin, əksiltməyin, bolca lütf edin" deyir Allah. "Bağışlasınlar"; anormal bir şey etdilərsə, bir söz söylədilərsə, bağışlasınlar, onu problem etməyin. Yəni kin və nifrət duymayın, intiqam almaq fikrində olmayın. Çünki intiqam insanı çökdürər. Sevincini, şövqünü, həyəcanını hamısını qırar. İnsanı pərişan edər. Yəni ruh halını bərbad edər. "Bağışlasınlar və xoş görsünlər"; ola bilər, məsələn, mənasız, boş-boş danışa bilər, səhv bir şey edə bilər. Hər şeyi söz etməmək lazımdır. Yəni qatı bir harama girmədikdən sonra belə hər şeyə ilişib qalmayın; bunu niyə belə etdi, bunu niyə belə etdi, onunla baş olmaz. "Allah xoş görsünlər" deyir. "Allahın sizi bağışlamasını istəməzsinizmi? Mən o zaman sizi bağışlayaram deyir. "Sən adamı bağışlamazsansa, Mən də səni bağışlamaram" deyir o zaman Allah. Sən özün bağışlamaq istəmirsən, amma özünün də bağışlanmanı istəyirsən. Olmaz, müsəlman bağışlayıcı olacaq. "Allah bağışlayandır və əsirgəyəndir".