Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidir. Tam əksinə, Allah üçün yerinə yetirdiyibu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir:
«Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!» (Muminun surəsi, 1-2)
Huşuda olmaq hər şeyi unudaraq ruhən və cismən yalnız Allah'a itaət etmək mənasına gəlir. Bir insanın namazda yaşayacağı ruh halı da elə budur.
Şüursuz, düşünülmədən, qeyri səmimi şəkildə Allah'a yönələrək yerinə yetirilən ibadətlərin Allah dərgahında heç bir qiyməti olmaya bilər. İnsanın yerinə yetirdiyi ibadət onun Allaha olan yaxınlığını, təqvasını (Allah qorxusunu) artırır, təfəkkür və mənəviyyatını inkişaf etdirir, əxlaqını gözəlləşdirir və həmin insanı mənfi əməllərdən çəkindirirsə, o zaman Allah'ın bu ibadətdən razı qalacağına ümid etmək olar.
Yalnız axirətini düşünən, dünyanın əsl mahiyyətini dərk etmiş ağıllı mömin sonsuz əzabdan xilas olmaq və cənnətdə daha yüksək dərəcələr əldə edə bilmək üçün etdiyi hər bir işi sonsuz həyatına təsir edəcək səbəb kimi görür. O, əlinə keçən, qarşısına çıxan əcr fürsətlərini buraxmır. Həmin fürsətləri şüurlu şəkildə qiymətləndirir. Bunun nəticəsində də o, ayədə bildirildiyi kimi, səadətə qovuşur.