Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən
ADNAN OKTAR: Nisa surəsi, 155, şeytandan Allaha sığınıram. "Onların öz sözlərini pozmaları, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və: "Ürəklərimiz örtülüdür" demələri səbəbiylə (onları lənətlədik.)"Kimləri lənətləyir Allah yəhudilərdən? Bax "onların öz sözlərini pozmaları" öz sözlərini pozurlar. Allahın endirdiyi sözləri pozurlar. "Allahın ayələrini inkar etmələri," Tövratı dəyişdirirlər. "Peyğəmbərləri haqsız yerə öldürmələri" bir çox Peyğəmbəri haqsız yerə öldürdülər. Yəhya (ə.s)-ı, Zəkəriyya (ə.s)-ı və bir çox Peyğəmbəri şəhid etdilər. "Və: "Ürəklərimiz örtülüdür" demələri səbəbiylə (onları lənətlədik. )"Hansıları? Bunu edənləri. Bütün yəhudilərimi? Xeyr. Kim edirsə, onu. "Xeyr; Allah, inkarlarına görə ona (ürəklərinə) damğa vurmuşdur. Onların azı xaricində, inanmazlar." Deməli, inananlar var. İnanmayanlar, onlar ayrıdır. Allah onları ayırır. "(Bir də) İnkar etmələri və Məryəmin əleyhində böyük böhtanlar söyləmələri," Məryəm anamız haqqında çox çirkin böhtan atmaları. "Və: "Biz Allahın elçisi Məryəm oğlu Məsih İsanı, həqiqətən, öldürdük" demələrinə görə (onlara belə bir cəza verdik.) Halbuki, onu öldürmədilər" İsa Məsihi öldürmədilər. "Və onu asmadılar." "Ma katalehu" deyir, Allah ayədə. "Amma onlara (onun) bənzəri göstərildi." Təşbeh edildi, göstərildi. "Həqiqətən, onun haqqında anlaşılmazlığa düşənlər," hələ də anlaşılmazlıq içindədirlər.
"Qəti bir şübhə içindədirlər" deyir, Allah. Qərar verə bilmirlər. "Onların bir zənnə uymaqdan başqa heç bir məlumatları yoxdur." Yox, "İsa (ə.s)-ı çarmıxa çəkdik" deyirlər. "O idi, bənzəyirdi. Öldürdük. Halbuki, şübhə içindədirlər. Allah nə deyir? "Onların bir zənnə uymaqdan başqa heç bir məlumatları yoxdur. Onu qəti olaraq öldürmədilər" deyir Allah. "Xeyr; Allah onu Özünə yüksəltdi. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir." Öldürmədi, özünə yüksəltdi. "Yox, öldürmədi, amma öldürdü" deyirlər. Allah "öldürmədilər" deyir. Onlar "öldürmədi, amma öldü." Olarmı bu? Öldürə bilmədilər. Allah "tələlərini pozdum" deyir. Allah onu Özünə yüksəltdi, yanına aldı..
"Allah üstün və güclüdür, hökm və hikmət sahibidir." "And olsun" deyir, Allah. And edir. "Kitap əhlindən", yəni xristian və yəhudilərdən, "ölmədən əvvəl ona" İsa Məsihə, "inanmayacaq kimsə yoxdur" deyir Allah. Necə olar bu? Dünya hakimiyyəti ilə olacaq. Hz. İsa Məsih (ə.s.) gəldikdə xristian və yəhudilərdən, ona iman etməyəcək kimsə qalmayacaq, hamısı iman edəcək. "Qiyamət günü, o da onların əleyhinə şahid olacaq." İman etməyənlər olduğunda, onların əleyhində şahid olar. Əbcədi 2019 tarixini verir. Hicri 1440 tarixini verir.