1.... Bəli, hədis-i şərifin ifadəsi ilə HƏZRƏTİ İSANIN SƏMADAN ENİŞİ QƏTİ OLMAQLA BİRLİKDƏ; işari məna ilə başqa həqiqətləri ifadə etdiyi kimi, bu həqiqətə də möcüzəvi bir şəkildə işarə edir. (Kastamonu Lahikası, məktub 51, səh. 50)
Peyğəmbərimiz (s.ə.v) səhih hədislərlə hz. İsa (ə.s)-ın axır zamanda səmadan enişinin qəti olduğunu bildirmişdir
VALLAH MƏRYƏM OĞLU İSA, ƏDALƏTLİ BİR HAKİM OLARAQ ŞÜBHƏSİZ ENƏCƏKDİR ... Və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr, şübhəsiz məhv olub gedəcək ... (İmam Şarani, Ölüm Qiyamət Axirət, səh. 498)
Rəsulullah (s.ə.v) Əfəndimiz səadətlə belə buyurmuşdur: “Daim ümmətimdən bir camaat Qiyamətə qədər haqqı yüksəltmək üçün fikri mübarizə edəcək, MƏRYƏM OĞLU İSA (Ə.S) YER ÜZÜNƏ ENƏCƏK. Əmirləri (Hz. Mehdi (ə.s)), ona (Hz. İsa ( ə.s)-a) "Bizə namaz qıldır" dedikləri zaman, "Xeyr" deyəcək ... və 'İmam-ı Mehdini "imamətə keçirəcək.” (Səhih-i Müslim, 1-ci cild, səh. 209)
MƏRYƏM OĞLU (İSA) ŞÜBHƏSİZ ENƏCƏK." ... "Düşmənçilik, küskünlükvə qısqanclıq ortadan qalxacaq." (Əbu Hureyre r.ə. / Böyük Hədis Külliyyatı, Rudani 5. cild, səh. 379)
İSA İBN MƏRYƏM (Ə.S) MƏNİM ÜMMƏTİM İÇİNDƏ ƏDALƏTLİ BİR HAKİM VƏ ƏDALƏTLİ BİR İMAM OLACAQ ... (Zimmilərdən) Cizyəni qaldıracaq, qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. (Sünən-i İbn Macə, 10/334)
İSA (Ə.S) ÜMMƏTİM ÜÇÜN ƏDALƏTLİ BİR HAKİM, TAM ƏDALƏTLİ BİR İMAM-HÖKMDAR OLACAQ... Bütün düşmənliklər, qarşıdurmalar məhv olar, ortadan qalxar ... Yer üzü gümüş qab kimi olar və Həzrəti Adəm zamanındakı kimi (bol) bitkilərini bitirər ... (İmam Şarani, Ölüm-Qiyamət-Axirət, səh. 496)
Amr ibn al-as rəvayət etmişdir: "Peyğəmbər Əfəndimiz belə buyurmuşdur:" MƏN BU ÜMMƏTİN BİRİNCİSİYƏM. HZ. MEHDİ (Ə.S) BU ÜMMƏTİN ORTASINDA, HZ. İSA (Ə.S) İSƏ SONUNDADIR... " (Bihar ül Ənvar, 51-ci cild, Kitabul Qeybət, Əllamə Məhəmməd Baqir əl-Məclisi, səh. 132)
Hz. İsa peyğəmbər (ə.s) İmam-ı Zaman (Hz. Mehdi (ə.s)-a) köməkçi olmaq, ona bağlılığını dilə gətirmək və onun arxasında namaz qılmaq üçün göydən enəcək. (Şeyx Sadook, Al-Amaali, Giriş 39, səh.181; E'qd al-Dorar, səh. 157 və 230)
Əli ibn İbrahim, Şəhr ibn Həvşəbdən belə rəvayət edir: ... "Hz. İsa (ə.s) qiyamətdən əvvəl dünyaya enəcəkdir. Beləcə yəhudi və nəsranilərdən ölmədən əvvəl (yəni Hz. İsa (ə.s) ölmədən əvvəl və ya yəhudi və xristianlardan hər hansı biri ölmədən əvvəl) ona inanmayan kimsə qalmayacaq. Hz. İsa (ə.s) Hz. Mehdi (ə.s)-ın arxasında namaz qılacaq. Həccac: "Nələr söyləyirsən sən?! Bunu haradan bilirsən ki?! " -deyə soruşduqda: Bu hədisdir. "Dedim," Mən bu hədisi Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibdən eşitdim! "Bunun üzərinə:" Vallah, tam qaynağından eşitmisən! " -dedi. (Qummu Təfsiri, 1-ci cild, səh. 158)
2.... BƏLİ, HƏR ZAMAN SƏMADAN MƏLƏKLƏRİ YERƏ GÖNDƏRƏN VƏ BƏZİ VAXTDA İNSAN SURƏTİNƏ SALAN, CİN VƏ MƏLƏK KİMİ RUHANİ VARLIQLARI RUHLAR ALƏMİNDƏN GÖNDƏRİB İNSAN SURƏTİNƏ SALAN, HƏTTA ÖLMÜŞ ÖVLİYALARIN ÇOXLARININ RUHLARINI CƏSƏDİ MİSALIYLA DÜNYAYA GÖNDƏRƏN BİR HAKİMİ ZÜLCƏLAL, HƏZRƏTİ İSA ƏLEYHİSSALAMI İSLAM DİNİNƏ AİD ƏN MÜHÜM BİR GÖZƏL NƏTİCƏ ÜÇÜN DEYİL, GÖYLƏR ALƏMİNDƏ CƏSƏDİYLƏ OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA BƏLKƏ AXİRƏT ALƏMİNİN ƏN UZAQ KÜNCÜNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ BELƏ BÖYÜK BİR NƏTİCƏ ÜÇÜN ONA YENİDƏN CƏSƏDİ GEYİNDİRİB DÜNYAYA GÖNDƏRMƏK O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL ... Bəlkə də onun hikməti belə lazim olduğu üçün O, VƏD ETMİŞ VƏ VƏD ETDİYİ ÜÇÜN ƏLBƏTTƏ GÖNDƏRƏCƏK ... (Məktubat, On Beşinci Məktub, səh. 56-57)
3 .... Və Qurana tabe olaraq İsəvilik şəxsi mənəvisi və İslam tabe olunan məqamında qalacaq. Haqq din olan İslam bu iştirak nəticəsində böyük bir qüvvə tapacaqdır. Dinsizlik axınına qarşı ayrı-ayrı ikən məğlub olan İsəvilik və İslam birləşmələri nəticəsində dinsizlik cərəyanına qalib gəlib dağıdacaq bacarığında ikən, GÖYLƏR ALƏMİNDƏ İNSAN BƏDƏNİYLƏ OLAN ŞƏXSİ İSA ƏLEYHİSSALAM O DİNİ HAQQ CƏRƏYANININ BAŞINA KEÇƏCƏYİNİ BİR MÜXBİRİ SADİQ , BİR QADİRİ KÜLLİ ŞEYİN VƏDİNƏ İSTİNADƏN XƏBƏR VERMİŞDİR. MADAM XƏBƏR VERİB, HAQDIR, MADAM QADİRİ KÜLLİ ŞEY VƏD EDİB ƏLBƏTTƏ EDƏCƏK ... (Məktubat, On Beşinci Məktub, səh. 53-54)
İmam Rəbbani də hz. İsa (ə.s)-ın ikinci dəfə gəlişinin qəti olduğunu bildirmişdir
Quran hökmlərinin gücləndirilməsi, milləti yeniləməsi bu İKİNCİ MİNDƏDİR. Bu iddianın doğruluğuna ədalətli şahid, Hz. İSA (Ə.S)-IN, HZ. MEHDİ (Ə.S)-IN BU MİN İÇİNDƏ VAR OLMALARIDIR. (Məktubatı Rəbbani, 1-ci cild, səh. 611)
Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildirlər. Yəni, Rəsulullah (s.ə.v)-in axirət (vəfatı) üzərindən min il keçdikdən sonra istərsə az olsunlar. ARADAN MİN İL KEÇDİKDƏN SONRA HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞİ DƏ BUNUN ÜÇÜNDÜR. Onun mübarək gəlişini Hatəmür-rüsül Rəsulullah (s.ə.v) müjdələmişdir. HZ. İSA (Ə.S) DA ARADAN MİN İL KEÇDİKDƏN SONRA NÜZUL EDƏCƏK (ENƏCƏK). (Məktubatı Rəbbani, 1-ci cild, səh. 440)
4 ... Hətta, "HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLƏR, HZ. MEHDİYƏ NAMAZDA UYAR, TABE OLAR ." rəvayəti bu ittifaqa və Quran həqiqətlərinə uyulmasına və tabe olunmasına işarə edər. (Şüalar, Beşinci Şüa, On Üçüncü Məsələ, səh. 587)
Hz. İsa (ə.s) hz. Mehdi (ə.s)-a tabe olacaq və hz. Mehdi (ə.s) namazda hz. İsa (ə.s)-a imamlıq edəcək
... Nəhayət Məryəm oğlu İsa Müsəlmanların (mənəvi) əmiri (Hz. Mehdi) ona: “Gəl bizə namaz qıldır, deyər. Bunun üzərinə İSA:" XEYR, ALLAHIN BU ÜMMƏTƏ BİR İKRAMI OLARAQ SİZİN BİR QİSMİNİZ DİGƏR BİR QİSİM ÜZƏRİNƏ ƏMİRLƏRSİNİZ " , DEYİR. (Hz. Mehdini imamlığa keçirir) (Səhih-i Müslim, 1-ci cild, səh. 209)
Naim Əbu Səiddən açıqlama etdi, dedi, Rəsulullah (s.ə.v) buyurur: İSA İBN MƏRYƏMİN ARXASINDA NAMAZ QILACAĞI ADAM BİZDƏNDİR (MEHDİDİR). (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar,) səh. 78, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
İbni Əbi Şeybə, Musanəfində İbni Şirindən açıqlama etdi. Dedi ki: " MEHDİ BU ÜMMƏTDƏNDİR VƏ HZ.İSAYA İMAM OLACAQ." (Cəlaləddin Sunu idinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar), səh. 79, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
Naim ibn Hammad Abdullah ibn Əmrdən açıqlama etdi. Dedi ki:“MEHDİ, İSA İBNİ MƏRYƏMİN ÜZƏRİNƏ ENƏCƏYİ VƏ ARXASINDA NAMAZ QILACAGI KİMSƏDİR .” (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar,) səh. 79, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
Buxari və Müslim Əbu Hureyrədən açıqlama etdi, buyurdu: MƏRYƏM OĞLU İSA (Ə.S) ARANIZA ENƏNDƏ VƏ İMAMINIZ SİZDƏN (MEHDİ) OLANDA GÖRƏK NƏ EDƏCƏKSİNİZ?. (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar), səh. 79, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
Əbu Naim Cabirdən açıqlama etdi, dedi Rəsulullah (s.ə.v) buyurdu: İsa ibn. Məryəm göydən enər, müsəlmanların əmiri (mənəvi lideri) olan Mehdi, İsa (ə.s)-a: "Gəl bizə namaz qıldır"- deyər. O (HZ. İSA Ə.S) İSƏ BU ÜMMƏTƏ ALLAHIN BİR İKRAMI OLARAQ "XEYR, SİZİN BƏZİLƏRİNİZ BƏZİLƏRİNİZİN ƏMİRİDİR" DEYƏR. (HZ.MEHDİNİ İMAMLIĞA KEÇİRİR ) (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar,) səh. 79, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
İbni Macə, Ravyanı, İbni Huzeymə, Əbu Avane, Hakim və Əbu Naim, Əbu İmamədən açıqlama etdilər. Dedi Rəsulullah (s.ə.v) bizə xitab etdi. Dəccalı xatırlayaraq belə buyurdu: “... Artıq imamları onlara səhər namazını qıldırmaq üçün önə keçdiyi sırada bir də baxarlar ki, İsa İbni Məryəm (ə.s) səhər vaxtında enmişdir. Bu imam (Mehdi) Hz. İsanı önə keçirmək üçün arxa -arxa çəkilir. HZ. İSA (Ə.S) ONUN ÇİYİNLƏRİNƏ ƏLİNİ QOYAR VƏ ONA DEYƏR Kİ: "KEÇ ÖNƏ, NAMAZ QILDIR . ÇÜNKİ , QAMƏT SƏNİN ÜÇÜN GƏTİRİLMİŞDİR " BUNUN ÜZƏRİNƏ İMAMLARI (MEHDİ) ONLARA NAMAZI QILDIRAR. (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar,) səh. 79, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
Əbu Əmr və Dani Sünəndə Huzeyfə (r.ə)-dan açıqlama etdilər. Dedi, Rəsulullah (s.ə.v) buyurdu: Mehdi baxar ki, Hz. İsa ibni Məryəm enmişdir, sanki saçlarından su damlayır haldadır və Mehdi ona deyər ki, "Keç önə , insanlara namazı qıldır." HZ. İSA İSƏ DEYƏR Kİ: "NAMAZ ANCAQ SƏNİN ÜÇÜN İQAMƏ OLUNDU." BUNUN ÜZƏRİNƏ, O MƏNİM ÖVLADIMDAN BİR ŞƏXSİN (MEHDİNİN) ARXASINDA NAMAZ QILAR . (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar), səh. 80, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
Əbu Əmr və Dani Sünənin Cabir ibn Abdullahdan açıqlama etdilər. Dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Ta ki, İsa İbni Məryəm fəcrin doğulması zamanı Beytül-Müqəddəsdə Mehdi üzərinə nüzul edənə qədər mənim ümmətimdən bir tayfa Haqq üzrə mübarizə edəcək. O zaman Mehdi deyir: "Ey Allahın Peyğəmbəri, keç önə, bizə namaz qıldır." O (HZ. İSA) İSƏ, "BU ÜMMƏTİN BİRİ (MEHDİ) DİGƏRLƏRİNƏ ƏMİRDİR " deyər. (Cəlaləddin Suyut inin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar), səh. 80, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
Əhməd, Muslim, İbn Cüreyr və İbni Hibban, Cabir ibn Abdullahdan açıqlama etdilər. Buyurdu: "Qiyamətə (Dəccal ilə döyüşə) qədər mənim ümmətimdən bir qrup Haqq üzrə qalib olaraq mübarizə edəcək və İsa ibn Məryəm göydən nüzul etdiyində onların əmiri (mənəvi lideri Hz. Mehdi) ona : "Gəl bizə namaz qıldır" deyər. Ancaq O, bu ümmətə Allahın bir ikramı olaraq "SİZİN BİRİNİZ DİGƏRLƏRİNİZƏ ƏMİRDİR " CAVABINI VERƏR. (YƏNİ İMAMINIZ MEHDİ ARANIZDADIR. O QILDIRMALIDIR DEMƏK İSTƏYİR.) (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Əlamətil Mehdiyyil Muntazar), səh. 80, Tərcümə: Müşərrəf Gözcü - Qəhrəman Nəşriyyat)
"Bilindiyi kimi, Hz. İsa (ə.s) zühur edəcək və Dəccalı fikirlə yox edəcək. Bu da bir həqiqətdir ki, HZ. İSA HZ. MEHDİDƏN HAKİMİYYƏTİ (müsəlmanların mənəvi liderliyini) ALMAYACAQ, ÇÜNKİ, LİDER (müsəlmanların mənəvi öndərləri) QUREYŞDƏNDİR. MADAM İNSANLAR ARASINDA BU İKİSİ MÖVCUD OLACAQ , ELƏ İSƏ HZ. İSA (Ə.S) ONUN ƏMİRİ DEYİL, VƏZİRİ OLACAQ . BUNA GÖRƏ DƏ HZ. MEHDİNİN ARXASINDA NAMAZ QILACAQ VƏ ONA TABE OLACAQ . (Məhəmməd ibn Rəsul Əl-Hüseyni Əl Bərzənci, Qiyamət Əlamətləri Pamuk Nəşrləri, səh. 185)
İmamları saleh bir insan olan Mehdi olduğu halda Beytül-Müqəddəsə sığınarlar. Artıq imamları onlara səhər namazını qıldırmaq üçün önə keçdiyi bir sırada bir də baxarlar ki, Məryəm oğlu İsa səhər vaxtında enmişdir. Mehdi Hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. HZ. İSA ONUN ÇİYİNLƏRİNƏ ƏLİNİ QOYAR VƏ ONA DEYƏR Kİ, "KEÇ ÖNƏ, NAMAZ QILDIR , ÇÜNKİ, QAMƏT (fərz namazı qılmaq üçün oxunan azan, namaza başlamaq işarəsi) SƏNİN ÜÇÜN GƏTİRİLMİŞDİR ." ... (Əbu Rəfiyə rəvayət edilmişdir; İmam Şarani, Ölüm, Qiyamət, Axirət və Axır Zaman Əlamətləri, Bədir Nəşriyyat, səh. 495-496)