İSA ƏLEHİSSALAMI İMANIN NURU İLƏ (imanın işığıyla) TANIYAN VƏ TABE OLAN CAMAAT-I RUHANİYƏ-İ MÜCAHİDİNİN (mübarizə edən ruhani camaatının) KƏMIYYƏTİ (sayı), Dəccalın məktəb və əsgər sayı qədər elmi və maddi ordularına nisbətən çox AZ VƏ KİÇİK olmasına işarə və kinayədir (məqsədindədir). (Şualar, səh. 495)
Şəxsi mənəvi qardaşlarımdan soruşuram: İSA ƏLEYHİSALAMI İMANIN NURU İLƏ (imanın işığıyla) TANIYAN cümləsindən nə başa düşürsünüz?
1. İMANIN NURU İLƏ bu kəslər kimi tanıyır? İSA ƏLEYHİSSALAMI tanıyırlar. Şəxsi mənəvini tanımırlar, hz. İsa (ə.s)-ın şəxsən özünü tanıyırlar.
2. İSA ƏLEYHİSSALAMI tanıyan kimdir? İnananlardan ibarət olan ruhani camaat.
3. İnananlardan ibarət olan ruhani camaat necə hz. İsa (ə.s)-ı tanıyır? İmanın nuru, fərasət və bəsirətlə hz. İsa (ə.s)-dakı üstün əxlaq xüsusiyyətlərini, yüksək iman əlamətlərini görərək hz. İsa (ə.s)-ı tanıyırlar.
4. Hz. İsa (ə.s)-ın camaatı çoxdurmu? Xeyr deyil. Hz. Mehdi (ə.s)-ın camaatı kimi az sayda mömindən ibarət olan kiçik bir camaat.
5. Bu kiçik camaatın lideri və idarəedicisi kimdir? Hz. İsa (ə.s).