1. Yaşıla çalan boz gözlüdür.
2. İti baxışlıdır. (Əhməd b. Hənbəl, I, 374; Əbu Yala V, 108)
3. Üzü azacıq çillidir.
4. Saçı, saqqalı qızıl rənginə çalan şabalıd rəngdədir.
5. Saçları "saçını daramış və sanki saçından su damcılayır kimi" nəmli, yaş görünüşündədir. (Taberani, Kəbir XI, 73.)
Saçları baxımlı, bir az dalğalı (nə dümdüz, nə də həddindən artıq buruq), qulağı ilə boyun arasına qədər uzanır və saçlarının qulaqlarına qədər olan hissəsi düz, aşağı qismi isə dalğalıdır.
6. Uzuna yaxın orta boyludur. (Müslim)
7. Geniş çiyinli, incə bellidir.
8. Üzü aydın, nurlu və tərtəmizdir. (Nəvəvi II, 232; İbn Həcər VI, 484)
9. "Sanki hamamdan yeni çıxmış kimi al çöhrəlidir" (Buxari, "ənbiya" 24, 48; Müslim, "iman" 272.)
10. Üzü həm ciddi həm canlıdır.
11. Ağzı, burnu qüsursuz gözəllikdədir.
12. Alnı düz və təmizdir.
13. Sıx saqqallıdır.
14. Kiçik və gözəl burunludur.
15. Gözləri atəş kimi parlaqdır.
16. Üzü qırmızıya çalan ağ rəngdədir. (Taberani, Kəbir XXIV, 433)
17. Ayaqları və əlləri təmiz və parlaqdır.
18. Görünüşü nəcib və xoşagələndir.
19. Atletik bədənlidir.
20.Nazik və uzun barmaqları, mükəmməl şəkildə əlləri vardır.
21. Çevik və güclüdür.
22. Ona baxanlar doya bilməzlər, diqqətlərini də ondan çəkmək istəməzlər.
QAYNAQLAR
Hz. İsa (ə.s) camalı hədislər
Başını əydiyi zaman su damlayar, qaldırdığı zaman ondan inci kimi gümüş dənələri diyirlənər." (Müslim, "fitən" 110; Tirmizi, "fitən" 59).
Başına su dəymədiyi halda, sanki saçlarından su damlayır kimidir."( Əbu Davud, "məlahim" 14; Əhməd b. Hənbəl, II, 406, 437.)