Bu halda münafiqlər mövzusunda niyə iki hissəyə ayrıldınız? Halbuki Allah, onları etdikləri əməllərə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Allahın azdırdığını hidayətə çatdırmaqmı istəyirsiniz? Allah kimi azdırsa, artıq sən ona qəti olaraq bir yol tapa bilməzsən. (Nisa surəsi, 88)
Münafiqlər həmişə məntiqlə danışdığı üçün bəzən cahil və saf müsəlmanlar həqiqətən təsirlənə bilər. Quran barədə dillərini əyib-bükərək danışarlar. Ayədə Allah “danışdıqlarında dinləyərsən” deyir, zəngin dəbdəbəli də görünə bilərlər. Allah ona da Quranda diqqət çəkmişdir. Münafiqin əsl məqsədinin qazanc olduğu aydın olur. Amma Allah onları azdırır. İstədiyiniz qədər çalışın hidayətə çatmazlar deyir.
Onlar, özləri kafir olduqları kimi sizin də kafir olmağınızı istədilər. (Nisa surəsi, 89)
Hər münafiq təkdir. O iztirabdan, o kədərdən özünü divardan divara vurar, ona görə başqalarının da özü kimi havalanmasını istəyər, amma əlbəttə ki, dərhal gəl dinsiz ol deməz. Elə desə, alacağı cavab məlumdur. Quranda elə deməz. Onu qarmaqarışıq labirintlərin içinə çəkər, onu həqiqi dinmiş kimi labirintlərin içində boğar. Adam axırda mən bunu edə bilməyəcəyəm deyər. İndi anladınmı yaşanmayacağını deyər. Danışmağın, gülməyin, yeriməyin, hər şey haramdır deyər və Allah bunu belə buyurur deyər. O insan da zəifdirsə, onsuzda münafiq ya zəif insanı, ya mənfəəti olanı seçər, onu boğunca özünü geriyə çəkər. Onsuz da şeytan da belə edir. Nə edir, “mən Allahdan qorxuram, mən yalnız çağırdım siz gəldiniz” deyir, münafiq də belədir.
Özü necə gedir, müsəlmanları buraxıb mal üçün, pul üçün, rahatlıq üçün? Gedərkən bəhanə tapar. Amma bu bəhanəni taparkən mütləq Allah ilə aldatmağa çalışar, özü də nümunə olar, özünü göstərər. Sən də get, sən də get və bu mübarizə dayansın deyər. Səni də öz vəziyyətinə salamaq istəyər