Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (6 sentyabr 2012, 18:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. "Allahın öz lütfündən onlara verdikləriylə sevinirlər". Hər cür nemət. Sevinirlər. Bəzi qardaşlarımız da ağlayırlar. Bax, onlar sevinirlər. Madam ki, onlar sevinirlər, ailələr də sevinməlidirlər. Vətəndaşımız da sevinməlidir. Onlar sevindiyi halda, sən ağlasan, bu nə olar? Çox anormal şey olar. Sevinməli bir şey vardır ki, onlar sevinirlər, elə deyil? Onların sevindiyinə biz də sevinməliyik. "Arxalarından gəlib özlərinə hələ çatmayanlara müjdələməyi istəyərlər ki," yəni hələ çata bilməyənlərə yaşadıqları yerin necə cənnət kimi olduğunu müjdələməyi istəyərlər deyir, gələcək şəhidlərə. "Onlar üçün heç bir qorxu yoxdur", dünyada var, qorxacaqları mühitlər olur. Təbii ki, müsəlman, Allahdan başqa heç kəsdən qorxmaz, lakin qorxu mühiti var. Müsəlmanlar qorxunu yaşamaz ayrı. Allah: "Həmçinin onlar kədərlənməyəcəklər" deyir.
Ayədə, "Onlar, (şəhidlər) Allahdan bir neməti, bir lütfü (bolluğu) və həqiqətən də, Allahın möminlərin əcrini", əcrini, yəni savabını "puç etmədiyini müjdələyirlər". Bax, "Onlar, (şəhidlər) Allahdan bir neməti, bir lütfü (bolluğu)", yəni cənnətdəki imkanlar boldur. "Və həqiqətən, Allahın möminlərin mükafatını", yəni savabını "puç etmədiyini müjdələyirlər". İnsanların ağladığını görsə, şəhid buna nə deyər? Özü sevinir, sevinərək gülür, əylənir, nemətlərdən istifadə edir, şəhidlik mövqeyinin nemətlərindən. Baxır, insanlar ağlayır. İndi bu şəhidin xoşuna gedər, yoxsa onu narahat edər? Narahat edər. Bu müsəlmana yaraşmaz, haramdır.