Özlərinə; "Əlinizi (döyüşdən) çəkin, namaz qılın, zəkat verin" deyilənləri görmədinmi? Halbuki, döyüş üzərlərinə yazıldığında, onlardan bir qrup, insanlardan Allahdan qorxar kimi- hətta daha da şiddətli bir qorxuyla- qorxuya qapılırlar və: "RƏBBİMİZ, NƏ DEYƏ DÖYÜŞÜ ÜZƏRİMİZƏ YAZDIN, BİZİ YAXIN BİR ZAMANA TƏXİRƏ SALMALI DEYİLDİNMİ?" dedilər. De ki: "Dünyanın ləzzəti və faydası azdır, axirət isə müttəqilər üçün daha xeyirlidir və siz "bir xurma çərdəyindəki nazik tel qədər" belə haqsızlığa məruz qalmayacaqsınız". (Nisa surəsi, 77)
Münafiqləri ayıran əsas bir nöqtə var görürsünüzmü? İslam Birliyinə, (elmi mübarizəyə) cəhdə qarşı olmaları. Allahın dininin yayılması və dünyaya hakim olması. Namaz, oruc hamısını edirlər. Hətta əlavə istəyirlər, məsələn, mal kəsiləcəksə açıqlama istəyirlər. Amma İslam Birliyi olsun deyincə burada canları yanar, ilişdikləri nöqtə budur.