Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 may 2012, 23:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nisa surəsi 113. Allah, Peyğəmbərimiz (s.ə.v)-ə: "Əgər Allahın lütfü və rəhməti sənin üzərində olmasaydı" deyir, lütfü və rəhməti, "onlardan bir qrup", xurafatçı dəstəsi, "səni də azdırmaq üçün", baxın, Peyğəmbəri də azdırmaq istəyirlər, "tələ qurmuşdu. Halbuki onlar, təkcə özlərini azdırar və sənə heç bir şeylə zərər verə bilməzlər. Allah, sənə Kitabı və hikməti endirdi". Allah: “Sən Kitaba tabesən” deyir, "və sənə bilmədiklərini öyrətdi. Allahın üzərinizdəki lütfü çox böyükdür" deyir. Xurafatçılar o dövrdə də fəaliyyət göstərirdilər.