SAFFAT SURƏSİNİN 171-173-CÜ AYƏLƏRİNDƏ AXIR ZAMAN VƏ HZ. MEHDİ (Ə.S.)A İŞARƏLƏR VARDIR
ucgen

SAFFAT SURƏSİNİN 171-173-CÜ AYƏLƏRİNDƏ AXIR ZAMAN VƏ HZ. MEHDİ (Ə.S.)A İŞARƏLƏR VARDIR

1052
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: "Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq zəfər çalacaqlar!" (Saffat surəsi, 171-173)
 
 
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: "Onlar mütləq qalib gələcəklər. Zəfər çalacaqlar!"
 
Ayənin bu hissəsində Allah elçi olaraq göndərdiyi peyğəmbərlərə mütləq Allah qatından kömək görəcəklərinə və mütləq dini təbliğlərində müvəffəqiyyət əldə edəcəklərinə dair söz verdiyini bildirmişdir. Bu söz, Allahın iman edənlərə vəd etdiyi çox əhəmiyyətli bir sirrdir. Allah ayəsində "mütləq" ifadəsi ilə də bu kömək və zəfərin heç qaçılmaz şəkildə müsəlmanların olduğunu vurğulamışdır. Ayənin bu qisimi həm bəşər tarixi boyunca Allahın elçi olaraq göndərdiyi peyğəmbərlərə, mücəddidlərə, vəli şəxslərə, həm də axır zamanda zühur edəcək və İslam əxlaqını bütün dünyada hakim edəcək olan Hz. Mehdi (ə.s.)a işarə edir.
Peyğəmbərimiz (s.ə.v)in rəvayətlərində Hz. Mehdi (ə.s.)ın axır zamanda bütün inkarçı, ateist fəlsəfələrə, darvinist və materialist düşüncəyə qarşı böyük bir üstünlük təmin edəcəyi, müsəlmanlara Quranla, xristianlara İncillə, yəhudilərə isə Tövratla təbliğ edəcəyi və dünyanın hər yerini mənəvi fəth edərək İslam əxlaqını hakim edəcəyi bildirilmişdir.
 
 
 
... Bizim əsgərlərimiz (möminlər) labüd olaraq zəfər çalacaqlar!
 
Allah ayənin son hissəsində müsəlmanların hansı şərtlər daxilində olursa olsun, mütləq inkarçı sistemlərə, düşüncələrə və güclərə qarşı qalib gələcəklərini bildirmişdir. Bu nəticə Allahın dəyişməz bir qanunudur. Bəqərə surəsinin 249-cu ayəsində Allah "... Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!" şəklində bildirərək müsəlmanlar sayca, imkanca, güc cəhətdən daha az və zəif görünsələr belə Allahın mütləq onları inkar edənlərə qarşı qalib edəcəyini bildirir.
Peyğəmbərimiz (s.ə.v) axır zamanda zühur edəcək olan Hz. Mehdi (ə.s.)ın 313 tələbəsi və müsəlman birliyinin köməyi ilə İslam əxlaqını yer üzündə hakim edəcəyini hədislərində açıq şəkildə bildirmişdir.
Çox az sayda müsəlman Hz. Mehdi (ə.s.)a tabe olacaq. Onunla birlikdə inkar edənlərə qarşı fikrlə mübarizə davam etdirəcəklər. Ustad Səid Nursi Həzrətləri Mehdi camaatının bu istiqamətinə belə diqqət çəkmişdir:
... Bu vəzifənin istinad etdiyi qüvvət və mənəvi ordusu, tək ixlas və sədaqət və təsanüd sifətlərinə tam sahib olan bir qisim şagirdlərdir. Nə qədər az da olsalar, mənən bir ordu qədər qüvvətli və qiymətli sayılarlar."(Əmirdağ Lahikası, 259)
Ustad Əmirdağ Lahikasında, Hz. Mehdi (ə.s.)a tabe olanların çox az sayda olmalarına baxmayaraq, sahib olduqları ixlas, sədaqət xüsusiyyətləri ilə son dərəcə güclü və təsirli olacaqlarını və bütün dünyada İslam əxlaqının hakimiyyətinə vəsilə olacaklarını (1) ifadə etmişdir.
Hz. Mehdi (ə.s.)dan sonra Hz. İsa (ə.s.) zühur edəcək və onlar birlikdə yaşayıb vəzifə yerinə yetirəcəklər. İçində olduğumuz bu çağda, gözəl əxlaq tam mənası ilə hakim olacaq və bütün insanlar din əxlaqını istədikləri kimi yaşayacaqlar.  Allah Quranda
 
Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)
 
şəklində bildirərək Hz. Mehdi (ə.s.) və Hz. İsa (ə.s.) dövrü olan axır zamana da işarə etmiş və axır zamanda insanların dəstə-dəstə Allahın haqq dininə gələcəklərinə, yəni çox sayda insanın iman edəcəyinə işarə etmişdir.
 
 
1. Hz.Mehdi (ə.s.) təməli Allahın inkarı üzərinə qurulan materializm, ateizm və darvinizm kimi dinsiz axınları tam mənası ilə təsirsiz hala gətirərək insanların imanını xilas edəcək. (Sikkeyi Tasdiqi Qeybi, s. 9), (Əmirdağ Lahikası, s. 259)

PAYLAŞIN
logo
logo
logo
logo
logo