Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)
Adnan Oktar: "Ədn bağları. Ora girərlər, altından çaylar axar". Yəni evlərin aralarından kiçik-kiçik, şırıl-şırıl çaylar axır.
"İçində onların istədikləri hər şey var". Bax, diqqət yetirin, istədikləri hər şey deyir, nə istəyirsə, ağlından nə keçirsə. Avtomobil, ev, uçmaq istəyirsə uçmaqla əlaqədar hər hansı vasitə, dünyada həmişə düşündüyü hər hansı şey, bəyəndiyi hər hansı şey. Nə istəyirsə ağlından keçən kimi meydana gəlir.
"Allah, təqva sahiblərini belə mükafatlandırar. Belə ki, mələklər gözəl şəkildə canlarını aldıqları vaxt: "Sizə salam olsun" deyərlər", (Nəhl surəsi, 31-32). Müsəlmanın canını almağa gəldikləri zaman; Səlamun Aleykum, Aleykum Salam deyirlər. Baxır, üzü nurlu, bir-birindən gözəl insanlar var. Vəfat edən sevdikləri də var. Çox hörmətlə; "Səni almağa gəldik" deyirlər, inşaAllah, Allahın icazəsi ilə. "Hazırsanmı" deyirlər? "Əlhamdulillah" deyir. Ya Allah, bundan sonra gedirlər Allahın icazəsi ilə.
"Belə ki, mələklər gözəl şəkildə canlarını aldıqları vaxt: "Sizə salam olsun" deyərlər". "Və əleyna və əleyküm salam" deyirlər onlar da, inşaAllah. Lakin bunu, yəni canı alındığı zaman insanlar görə bilməz, yəni bəzən danışarkən də canı alına bilər, bəzən də gözünü yuçduqdan sonra canı alınar. Canı alındığı zaman, yuxudan oyanırmış kimi qəfildən oyanar, lakin bu dünya həyatının, hazırkı şeyi insanlara tutqun və bulanıq gələcək. Yəni heyrətamiz yuxu aləmində yaşadığını anlayacaq, düşünəcək. Yəni, oyandığı zaman, əsil oyanmanın bu olduğuna inanacaq, yəni bunun yuxu olduğuna konkret əmin olacaq. Halbuki, oyandığı yer də yenə yuxu aləmi kimi bir aləmdir, yəni o aləm də yenə elə bir aləmdir. Lakin, o qədər dəqiqdir ki, daha çox dəqiq olduğu üçün, bu dəfə oyandım deyəcək. Halbuki, yenə oyanmamışdır, yəni bu da bir yuxu aləmidir, inşaAllah. Bu heç bitməz inşaAllah.