Adnan Oktarın 19 fevral 2011 Kahramanmaraş Aksu və Qaziantep Olay Tv-dəki canlı söhbətindən
Adnan Oktar: Nəhl surəsi, şeytandan Allaha sığınıram. 26-cı ayə; “Onlardan öncəkilər də hiylə qurmuşdular”. “Daha əvvəlki dəccallar da hiylə qurmuşdular” -deyir Allah. “Sonra Allah onların tikililərini özülündən dağıtdı,” biz də nə edirik darvinizmin təməllərinə vururuq, kökünə vururuq. “Tavanları başlarına uçdu”. Darvinizmi təpələrinə keçirtdikmi? Keçirtdik. “Və əzab onlara gözləmədikləri yerdən gəldi” heç gözləmədikləri bir ölkədən, heç gözləmədikləri bir şəhərdən, heç gözləmədikləri bir insandan darvinizmə ən böyük zərbə gəldi. Onlar da təəccübləndilər, biz də təəccübləndik maşaAllah. Və darvinizm çökdü. “Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır”. Altından çaylar axar, çünki çay sevgisi var içimizdə. Bax, “Orada onların ürəklərinin istədikləri hər şey vardır”. Nə qədər şey diləyə bilər bir insan? Sonsuz diləmə imkanı var deyil mi? “Sonsuz dilədiyinizi, nə istəyirsinizsə edəcəyəm” -deyir Allah. “Diləyin cənnətdə nə istəyirsinizsə edəcəyəm” -deyir Allah. “Allah müttəqiləri belə mükafatlandırır” -deyir Allah. “Sonsuza qədər sonsuz istədiyinizi yerinə yetirəcəyəm” -deyir Allah. Baxın “sonsuza qədər, sonsuz istəklərinizi yerinə yetirəcəyəm”. MaşaAllah. “O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!” Daha ilk canını alarkən müjdəni verir “Cənnətə daxil olacaqsınız” -deyirlər. Və xoşluqla canlarını alırlar müsəlmanların. Müsəlmanın heç bir yerdə canı incimir. Və “sizə salam olsun” –deyərlər bir dəfə, “salam və Aleyna Aleykum Salam” -deyir.