Hud surəsi; 32-43 (Axırzamanın Nuh (ə.s)-ı kimi olan Mehdi (ə.s)-ın gəmisinə minənlər xilas olacaqlar, dəccalın tərəfdarları mənəvi cəhətdən boğulacaqlar)
ucgen

Hud surəsi; 32-43 (Axırzamanın Nuh (ə.s)-ı kimi olan Mehdi (ə.s)-ın gəmisinə minənlər xilas olacaqlar, dəccalın tərəfdarları mənəvi cəhətdən boğulacaqlar)

903

Adnan Oktarın 16 yanvar 2011-ci il Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

 

Adnan Oktar: Bismillah açıram. Hud surəsi, 38; “Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”. Müsəlmanların hakimiyyəti, dəccaliyyətin yox olmasından bəhs etmirmi burada? O dövrün Mehdi (ə.s)-ı kimdir? Hz. Nuh (ə.s). Mehdi (ə.s)-ın tələbələri kimdir? Gəmi əhli. O dövrün dəccaliyyəti kimdir? Bütün dünya. Bütün dünyanı indi dəccaliyyət bürümədimi? Bürüdü. Bir ovuc Mehdi qrupu, Mehdi birliyi bunlara qarşı mübarizə aparırmı, aparmırmı? Məhz eynisidir. Məsələn, 42-ci ayədə deyir: Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”” “Mehdi camaatına qoşul, küfrün tərəfində, dəccalın tərəfində olma” -deyir oğluna. O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!””. Materialist düşünür, Qurana görə düşünmür. Yəni o dövrün haqq olan kitabına görə düşünmür. “Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu”. Dəccal tərəfdarları boğulurlar, yox olurlar. 32-ci ayə “Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın””. Nuh (ə.s) nə deyir? Yaradılışı müdafiə edir. Onlar nəyi müdafiə edirlər? Təsadüfü müdafiə edirlər. Yaradılış inancı ilə təkamül inancının bir mübarizəsi var. Bax, “bizimlə mübahisə etdin”, “mübahisə” deyir. Mübahisəyə girir, elmi mübahisəyə. Mübahisəmizi də çox uzatdın” -deyir. Narahat olurlar onun təbliğ etməsindən. Hal-hazırda bizdən narahat olduqları kimi. Bizdən də narahat olmurlarmı? “Uzatdın, sən nə edirsən?” -deyirlər. “Səni ağlasığmaz işgəncələrə düçar edərik, öldürərik, asarıq, kəsərik” -deyirlər. Biz Mehdi (ə.s) öncüsü olaraq bu təhdidləri alırıqsa, demək ki, Mehdi (ə.s) da alır. “Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”. Biz də vəd etmirikmi? Müsəlmanlıq hakim olacaq, küfr yox olacaq deyə vəd etmirikmi? Vəd edirik. Vəhyə istinad edərək, Peyğəmbərimiz (s.ə.v)-in vəhyini nəql edirik. “O dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də ondan yaxa qurtara bilməyəcəksiniz””. Biz də nə deyirik? Allah istəsə Mehdi (ə.s)-ı sizin qarşınıza çıxarar, İsa Məsih (ə.s)-ı da qarşınıza çıxardacaq deyirik. Allahdan yaxa qurtara bilməzsiniz deyirik. “Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz””. Darvinistlərə, materialistlərə izah edirik, Allah azdırmaq istəmiş, dinləmir adamlar, deyilmi? O sizin Rəbbinizdir və Ona qaytarılacaqsınız”. “Yoxsa onlar: “Onu özündən uydurdu!” – deyirlər?” Bizə də elə deyir adamlar, təkamüllə bağlı izahlarımızı “özü uydurur” -deyirlər. Yaradılışı izah edirik, “uydurur” -deyirlər. “De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”. Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə”. Mehdi (ə.s) dövründə də yalnız Mehdi camaatı Mehdi (ə.s)-a tabe olacaq. Nə deyir ayədə? “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək” -deyir Allah. Kimlərin inanacağı məlumdur. “Elə isə onların etdikləri əməllərə görə kədərlənmə”. Haramdır kədərlənmək. “Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar””. Mehdi (ə.s)-ın gəmisinə minənlər xilas olacaqlar, mehdiyyət gəmisinə minənlər xilas olacaqlar. Dəccalın tərəfdarları da Axırzamanda boğulacaqlar, mənəvi cəhətdən boğulacaqlar. Axırzamanın Nuh (ə.s)-ı kimidir Mehdi (ə.s), inşaAllah. Ona görə deyir; “Qarda sürünərək belə olsa, onun yanına gəlin (onun gəmisinə gəlin, onun birliyinə gəlin). Anadolu hal-hazırda Nuhun gəmisi kimidir, Türkiyə. Bütün dünyanı qurtaracaq gəmidir. Həqiqətən görünüşü də gəmi kimidir. Ətrafı dənizlərlə örtülü, hər tərəfi dənizlərlə örtülü. Ortada bir gəmi kimi, inşaAllah.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo